“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub -Tokayev

Tarix 15.08.25, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstanda vəzifələrə təyinatlar namizədlərin peşəkarlığına əsaslanır, çünki ölkədə “artıq ailə-klan sistemi yoxdur”. 

Bunu respublika prezidenti Qasım-Jomart Tokayev ölkə müəllimlərinin konfransında deyib: "Cəmiyyətimiz dəyişir, vətəndaşların şüuru dəyişir. Dövlət qulluğunda meritokratiya prinsipi bərqərar olunur. Artıq hakimiyyətdə ailə-klan sistemi yoxdur. Vəzifələrə təyinat zamanı ilk növbədə bilik və peşəkarlıq nəzərə alınır".

Dövlət başçısının sözlərinə görə, ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində “qanun və qaydaya hörmət sarsılmaz prinsipə çevrilir”: "Bir sözlə, Qazaxıstan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub".

Qeyd edək ki, Qazaxıstanın keçmiş lideri, 85 yaşlı Nursultan Nazarbayev 30 il respublikanın rəhbəri postunu tutub. 2019-cu ildə o, istefa verdiyini elan edərək, respublikada transformasiyanı davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə işarə edib. Daha sonra konstitusiyaya uyğun olaraq dövlət başçısının səlahiyyətləri Senatın sədri kimi Tokayevə verilib. 2019-cu ilin iyununda keçirilən prezident seçkilərində Tokayev qalib gəlib. 2022-ci ilin noyabrında növbədənkənar seçkilərdə yenidən Qazaxıstan prezidenti seçildi. (musavat.com)



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap