“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Rusiya atəşkəsə yox, yeni hücumlara hazırlaşır“ - Zelenski

Tarix 11.08.25, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin, şübhəsiz ki, atəşkəsə və ya ümumilikdə müharibəyə son qoymağa hazırlaşmır. Ruslar yeni hücum əməliyyatlarına başlamaq üçün qoşun və texnikasını hərəkətə gətirir.

"Report"un məlumatına görə, bu barədə "RBC-Ukrayna" Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətinə istinadən xəbər verir.

Qeyd olunub ki, Zelenski bu gün Putinin əslində nəyə hazırlaşdığı barədə kəşfiyyat hesabatını dinləyib: "O, qətiyyən atəşkəsə hazırlaşmır. Putin yalnız ABŞ rəhbərliyi ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və Ukraynaya təzyiq göstərməklə əvvəlki kimi hərəkət etmək fikrindədir".

Zelenski iddia edir ki, rusların müharibədən sonrakı vəziyyətə hazırlaşmaq üçün siqnallar aldığına dair heç bir əlamət yoxdur.

"Əksinə, onlar öz qoşunlarını və qüvvələrini elə hərəkət etdirirlər ki, yeni hücum əməliyyatları həyata keçirsinlər. Əgər kimsə sülhə hazırlaşırsa, o, bunu etmir. Biz tərəfdaşlarımızı döyüş meydanındakı, diplomatiyadakı və Rusiyanın gələcək tədbirlər planında real vəziyyət barədə məlumatlandırmağa davam edirik", - Zelenski əlavə edib.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Trampla Putin arasında görüşün keçirilməsi planlaşdırılır.



Xəbərin oxunma sayı : 1294




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap