“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanda kreditlərlə bağlı yenilik! - Mərkəzi Bankdan qərar

Tarix 12.08.25, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nda dəyişiklik edib.

AzFakt.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, yeni kreditlər, eləcə də kredit ödənişləri barədə məlumatlar növbəti 1 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim ili ərzində azı 1 dəfə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) təqdim ediləcək. İndiyə qədər yeni kreditlərlə bağlı məlumatlar hər təqvim ayının 1-nə olan vəziyyətə görə növbəti 4 iş günü ərzində təqdim edilirdi.

Bundan başqa, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının yazılı, o cümlədən MKR vasitəsilə elektron formada müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasında aparılacaq. İndiyədək düzəlişlər yazılı müraciət və məhkəmə qərarı əsasında aparılırdı.

Həmçinin bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunacaq.

Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına münasibətdə 9 ay sonra qüvvəyə minəcək, qüvvəyə minənə qədər ödənilməmiş bütün kreditlərə şamil ediləcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.




Xəbərin oxunma sayı : 1129




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap