“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? - SİYAHI

Tarix 15.08.25, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk yarısında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 4 milyard 541,6 milyon dollar olan 12 milyard 365 milyon kubmetr təbii qaz satıb.

Yeniavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 367 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 4,6 milyard kubmetr (513 dollar);
Türkiyə – 4,9 milyard kubmetr (276 dollar);
Gürcüstan – 1,33 milyard kubmetr (113,5 dollar);
Bolqarıstan – 871,8 milyon kubmetr (372 dollar);
Yunanıstan – 442,9 milyon kubmetr (543 dollar);
Serbiya – 177,15 milyon kubmetr (563 dollar).
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk yarısında Azərbaycan Türkmənistandan 187 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 150 və 185 dollar olub.
Məlumat üçün bildirək ki, Azərbaycan daxilində əhaliyə satılan təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif 100 manat (59 dollar – hər 1000 kubmetr üçün), 1200 - 2500 kub metrədək olan hissəsi üçün 200 manat (118 dollar), 2 500 kub metrdən çox olan hissəsi üçün isə 250 manat (147 dollar) müəyyənləşdirilib.
Göründüyü kimi, Azərbaycanda əhaliyə satılan təbii qazın orta satış qiyməti 183 manat (108 dollar) təşkil edir.



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap