“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Rusiya-Ukrayna arasında torpaq mübadiləsi olacaq - Tramp açıqladı

Tarix 11.08.25, 22:02

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp bu cümə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynaya müəyyən ərazilərin qaytarılmasına çalışacağını bildirib.

BBC xəbər verir ki, Tramp bu barədə mətbuat konfransında deyib.

“Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib. Onlar əsas ərazini işğal ediblər. Biz bu ərazinin bir hissəsini Ukraynaya qaytarmağa çalışacağıq”,-deyə Tramp bildirib.

ABŞ lideri deyib ki, Rusiya ilə Ukrayna arasında bir növ ərazi mübadiləsi olacaq və Ukrayna üçün həm yaxşı, həm də pis gözlənti var.

Ağ Ev rəhbəri deyib ki, Alyaskada keçiriləcək danışıqlar Putini müharibəni dayandırmağa çağırmaq məqsədi daşıyan görüş olacaq. Eyni zamanda torpaq mübadiləsi gözlənilir.

O, Putinin danışıqlar zamanı ədalətli sövdələşmə təklif edəcəyi təqdirdə Avropa liderlərini məlumatlandıracağını deyib. 

Tram onu da bildirib ki, Rusiya Prezidentinə Ukraynadakı müharibəni dayandırmağı söyləməyi planlaşdırır. 

Amerika Prezidentinin sözlərinə görə, Putin həqiqətən müharibəni bitirmək istəyir. 

Bununla belə, Tramp qeyd edib ki, Rusiya lideri onu əvvəllər də məyus edib.

“Düşünürəm ki, Putinlə görüş yaxşı keçəcək, amma pis də gedə bilər”, - deyə Tramp yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 1012




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap