“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Aysel keçmiş ərini həbs etdirmək istəyir - Məhkəməyə verib

Tarix 11.08.25, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.

"Qafqazinfo”nun məlumatına görə, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.

Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.

Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.

Nəsimi Rayon Məhkəməsi təqdim edilən sübutların kifayət etmədiyi qənaətinə gələrək A.Şükürovanın şikayətini icraata qəbul etməyib.

Ayselin vəkili Mircəlal Muradlı saytımıza bildirib ki, Bakı Apellyasiya Məhkəməsi sonradan həmin qərarı ləğv edib. İş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılıb. Hələ ki, yeni proses keçirilməyib.

Qeyd edək ki, Aysel Şükürova Bakı "Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, bir neçə il əvvəl Oqtayla dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Cütlüyün birgə evlilikdən əkiz oğlan övladı var. Bloqer 3 il əvvəl "Location” gecə klubunda baş verən partlayışda xəsarət almışdı.



Xəbərin oxunma sayı : 988




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap