“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Tarix 13.08.25, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, bu çərçivədə, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;
- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin inzibati binasının fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının odadavamlılığının yanma qrupunun müəyyənləşdirilməsi ilə bağlı sənədlər təqdim edilməyib;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Qafqaz” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.



Xəbərin oxunma sayı : 1018




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap