“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

34 ildə 340 nəfər “Əməkdar jurnalist” adı alıb - AÇIQLAMA

Tarix 23.07.25, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri 340 nəfər “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Hesablamanı Medianews.az saytı ölkə prezidentlərinin və prezident səlahiyyətlərini həyata keçirmiş şəxslərin fəxri adların verilməsi haqqında imzaladığı qərarları təhlil etməklə aparıb.

Statistikaya “Əməkdar jurnalist” fəxri adına yenicə layiq görülmüş şəxslər də daxildir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2025-ci il iyulun 21-də imzaladığı sərəncamla 26 nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib. Həmin sərəncama qədər “Azərbaycan Respublikasının əməkdar jurnalisti” adına layiq görülmüş şəxslərin sayı 314 nəfər olub.

34 ildə yalnız bir nəfər ölümündən sonra “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib. Söhbət 1991-ci ilin noyabrında şəhid olmuş jurnalist, Milli Qəhrəman Alı Mustafayevdən gedir. Onun “Əməkdar jurnalist” adı ilə təltif edilməsi haqda qərar 1992-ci ilin aprelində imzalanıb.

“Azərbaycan Respublikasının fəxri adları haqqında əsasnamə”yə görə, “Əməkdar jurnalist” fəxri adı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və media subyektlərinin rəhbərlərinə verilir.

“Əməkdar jurnalist”lər bu fəxri ada Prezident sərəncamı ilə layiq görülürlər.

Digər fəxri adlar kimi, “Əməkdar jurnalist” adı həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarına verilə bilər.

Eyni fəxri ad bir şəxsə təkrar verilmir. Lakin bir fəxri ada layiq görülmüş şəxs əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa – bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə – təqdim edilə bilər.

Fəxri adlara layiq görülmüş şəxslərə fəxri adın vəsiqəsi və döş nişanı təqdim olunur.

Fəxri adların təqaüdü də var. “Əməkdar” fəxri adı (əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi) üçün təqaüd 200 manatdır. Hazırda bu təqaüdü alanların sayı 4500 nəfərdən çoxdur.

Fəxri adlara layiq görülmüş şəxslərə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir.

Azərbaycan dövləti 1991-ci il fevralın 5-dən Azərbaycan Respublikası adı daşıyır, müstəqillik həmin il avqustun 30-da bərpa olunub, oktyabrın 18-də konstitusiya aktı ilə rəsmiləşib.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap