“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yeni təhsil proqramları hazırlanır - Komissiyanın növbəti iclası keçirildi

Tarix 23.07.25, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 23-də Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib.

AzFakt.com xəbər verir ki, elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və nazirliyin rəsmiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsil proqramlarının hazırlanmasında yeni yanaşmaların tətbiqinin əhəmiyyətindən və bu işdə əmək bazarı və ali təhsil sisteminin nümayəndələrinin birgə iştirakının vacibliyindən söz açıb. Nazir müavini bildirib ki, əsas məqsəd gənclərimizin müasir tələblərə uyğun, keyfiyyətli təhsil alması və əldə etdikləri bilik və bacarıqların əmək bazarının ehtiyaclarına cavab verməsini təmin etməkdir.

Daha sonra təqdimatla çıxış edən Komissiyanın üzvü, nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman Komissiya və işçi qrupların fəaliyyəti barədə, eləcə də bugünkü iclasın gündəliyində duran əsas məsələlər barədə məlumat verib.

Qeyd edilib ki, iclasın gündəliyindəki əsas məsələlərdən biri işçi qruplar tərəfindən təqdim olunmuş və ekspertizadan keçmiş təhsil proqramlarının mərhələli şəkildə təsdiqidir. İclasda, həmçinin ali təhsil müəssisələri üçün ixtisaslar üzrə yeni təhsil proqramları əsasında ixtisaslaşmaya dair nümunəvi təhsil proqramı və tədris planlarının hazırlanması müzakirə olunub.

Komissiya üzvləri bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib, xüsusilə əmək bazarının tələblərinə uyğunlaşdırılmış təlim nəticələrinin önəmini vurğulayıblar.

İclas müzakirə formatında davam etdirilib.








Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap