“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər

Tarix 24.07.25, 9:25

Font ölçüsü : - / +
bitmap-img6


“Elm və Təhsil Nazirliyinin susqunluğu minlərlə ailəni tələyə salır”

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib. Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır. Qurum ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamları agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşdığını açıqlayıb.

Əlavə edilib ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmaq tövsiyə olunur.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

Kamran Əsədov

Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xaricdə təhsil alan tələbələrə və onların valideynlərinə ünvanladığı xəbərdarlıq son illərdə sürətlə yayılan, amma mahiyyəti cəmiyyət üçün çox da aydın olmayan bir təhlükəyə - "aldadıcı diplom sənayesinə" diqqət çəkmək baxımından mühüm olsa da, bu açıqlama problemin kökünə deyil, yalnız nəticəsinə reaksiya verir. Söhbət qonşu ölkələrin, xüsusilə də Gürcüstan, Rusiya və Qazaxıstanda yerləşən, reytinqi və akademik nüfuzu şübhə doğuran universitetlərdən alınan diplomların Azərbaycan ərazisində tanınmamasından gedir. Halbuki bu prosesin əsas məsuliyyəti yalnız fərdi vətəndaşların yox, həm də dövlətin üzərindədir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyd edir ki, tənzimlənən ixtisaslar - müəllimlik, hüquq və mühəndislik üzrə xarici universitetlərin məzunlarının DİM tərəfindən keçirilən nostrifikasiya imtahanlarında nəticələri zəifdir və bu hal getdikcə artır. Bu, çox ciddi siqnaldır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli, 127 nömrəli qərarı ilə təsdiqlənmiş “Xarici dövlətlərin ali təhsil kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən, ali təhsil müddətində tələbə tədrisin normativ müddətinə uyğun təhsil almalı və həmin təhsil müəssisəsində fiziki olaraq iştirak etməlidir. Amma bu tələbə əksər hallarda əməl olunmur və bəzi özəl xarici universitetlərdə formal qeydiyyatla, distant sistem üzərindən və ya rəsmi olmayan şəkildə diplomlar verilir. Bu diplomlar isə Azərbaycan qanunvericiliyi ilə uyğun gəlmir və nəticədə vətəndaşların nə vaxtı, nə pulu, nə də ümidi qalır".

Mütəxəssisin sözlərinə görə, təəssüf doğuran məqam ondan ibarətdir ki, bu təhlükəli tendensiyanın yayılmasının əsas səbəbi marifləndirici siyasətin olmamasıdır: “Elm və Təhsil Nazirliyi bu sahədə effektiv və davamlı maarifləndirmə işi aparmır, xaricdə təhsil almaq istəyən gənclərə real riskləri izah etmir, valideynləri və ictimaiyyəti vaxtında xəbərdar etmir. Müraciətlər ancaq diplomlar tanınmadıqdan sonra, insanların hüquqi problemi yarandıqda başlanır. Halbuki bu məsələyə proaktiv yanaşmaq, ictimaiyyəti əvvəlcədən məlumatlandırmaq və zərərli vasitəçiləri ifşa etmək dövlətin borcudur. Hazırda bu proses müdafiə deyil, yalnız passiv reaksiya ilə aparılır.

Statistikaya nəzər yetirdikdə, vəziyyətin ciddiliyi daha da aydın olur. 2023-cü ildə TKTA-nın açıqlamasına görə, yalnız Gürcüstanda yerləşən dörd universitetdən - “European University”, “New Vision University”, “Caucasus International University” və “Geomedi” - daxil olan diplomlar üzrə nostrifikasiya müraciətlərində imtina halları 50%-dən yuxarı olub. Həmin universitetlərin əksəriyyəti “asan qəbul”, “diplom zəmanətli” kimi reklam kampaniyaları ilə Azərbaycan vətəndaşlarını cəlb edir, amma nəticədə bu diplomlar nə müəllim işləməyə, nə hüquqşünas olmağa, nə də texniki ixtisaslarda fəaliyyət göstərməyə imkan verir.

Dünya təcrübəsinə baxdıqda, xarici diplomların tanınmasında keyfiyyətə nəzarət ciddi şəkildə aparılır. Almaniyada “Zentralstelle für auslandisches Bildungswesen (ZAB)” qurumu tərəfindən xarici diplomların tanınması yalnız təhsil müəssisəsinin reytinqinə deyil, eyni zamanda proqramın məzmununa və fakültənin akkreditasiyasına əsasən həyata keçirilir. Fransada “ENIC-NARIC” mərkəzi diplomların tanınmasını real tədqiqatlar və qiymətləndirmə mexanizmləri üzərindən qurur. Bu ölkələrdə heç bir halda universitetin diplomu avtomatik olaraq hüquqi qüvvə daşımır - hər diplom ayrı-ayrılıqda təhlil olunur və şəffaf əsaslarla qərar verilir. Amma bu ölkələrdə təhsilə dair açıq məlumat bazaları mövcuddur, vətəndaş əvvəlcədən hansı diplomun tanınacağını bilir və buna görə qərar verir. Azərbaycanda isə bu məlumatlar, əksər hallarda, ya vaxtında açıqlanmır, ya da texniki və məhdud şəkildə paylaşılır".

Kamran Əsədov qeyd edir ki, əgər dövlət bu sahədə düzgün koordinasiya, maarifləndirmə və hüquqi nəzarət mexanizmlərini tətbiq etsəydi, bu qədər vətəndaş bu qədər ciddi problemin içində qalmazdı: “Təhsil şirkətlərinin reklamları, "asudə diplom" təklifləri və saxta vədlər ucbatından insanlar həm maddi, həm də mənəvi itkiyə uğrayır. TKTA-nın çağırışı müsbət addımdır, lakin gecikmiş və məhdud təsirlidir. Təəssüf ki, Elm və Təhsil Nazirliyinin bu sahədə konkret siyasəti, planı və proqnozu yoxdur. Bu, birbaşa dövlətin informasiya borcunun yerinə yetirilməməsi deməkdir.

Nəticədə, bu sahədə nə dəyişib: vətəndaşlar daha çox ziyan çəkir, diplomlar daha çox rədd edilir, hüquqi proseslər uzanır. Nə dəyişməlidir: dövlət bu prosesi tam nəzarətə götürməli, təhsil şirkətlərinin fəaliyyətinə ciddi hüquqi tənzimləmə gətirilməli, ictimaiyyətə tam və aydın məlumat verilməli, xaricdə təhsil bazarına vahid platforma üzərindən nəzarət sistemi yaradılmalıdır.

Əgər bu gün bu məsuliyyətli addımlar atılmasa, yaxın illərdə minlərlə vətəndaşın “diplom var, amma hüququm yoxdur” problemi ölkədə sosial və hüquqi gərginliyin əsas səbəblərindən birinə çevriləcək. Təhsil sahəsindəki məsuliyyətsizlik gələcəyin fəlakətidir - və bu fəlakətin qarşısı yalnız maariflənmiş cəmiyyət və ciddi dövlət siyasəti ilə alınar".



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap