![]() |
|














Təlim-Tədris Mərkəzində rüşvət işi - MAXE qəbulunda rüşvət oyunu
Tarix 24.07.25, 14:05 |
|

Bu gün, iyulun 24-də Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Şahin Quliyev cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)aparılıb.
İttihama görə Şahin Quliyev orduya müddətdən artıq hərbi qulluqçuların qəbulu ilə bağlı həkim komissiyasının sədri vəzifəsində olarkən bu xidmətə qəbul olmaq üçün müraciət edən şəxslərdən rüşvət istəyib. O, digər zabitlərlə əlbir olaraq həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb.
Belə ki, Şahin Quliyev həmin şəxslərin həkim komissiyasından “problemsiz” keçməsi barədə vəd verib, bunun üçün müəyyən vəsaitlər tələb edib. İstintaq sənədlərinə görə, ümumilikdə MAXE kimi orduya qəbul olmaq istəyən 14 nəfər digər şəxslər vasitəsilə xidmət rəisinə rüşvət veriblər. Daha sonra ittihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun vəkili Nizami Əliyev izah edib ki, müvəkkili rüşvət almaqda yox, dələduzluq etməkdə özünü təqsirli bilir.
Təqsirləndirilən şəxsin özü də izah edib ki, MAXE kimi orduya yazılan şəxslərə qarşı dələduzluq edib: "Onlar sağlam və orduya yararlı olduqları halda, həkim müayinəsindən keçmələri üçün vəsait istəmişəm. Səhv etmişəm, peşman olmuşam. Bu iş üçün zabit yoldaşlarım məndən həmin şəxslərin komissiyadan keçmələri üçün xahiş ediblər. Mən də onların xahişi ilə bu işləri görmüşəm. Hər ay 520 nəfər MAXE olmaq üçün həkim müayinəsindən keçir. Heç kim deyə bilməz ki, kimdənsə pul istəmişəm və ya tələb etmişəm".
Təqsirləndirilən şəxs sualları cavablandıran zaman deyib ki, işdə adı keçən 14 nəfərin heç birini tanımayıb, onlarla əlaqəsi olmayıb: "Mən həkim komissiyasının sədri idim. Həmin komissiya həkimlərdən ibarət olub. Onlar da mənə tabe olublar. Həkimlər qulluğa qəbul olanları yoxlayıblar, sağlam olub-olmamaları barədə məlumatları blanklara qeyd ediblər. Sonda blanklar mənə gəlib, mən yoxlamışam. Amma onların heç biri ilə əlaqəm olmayıb. Bəzi şəxslərlə bağlı zabit yoldaşlarım xahiş edib. Mən də onlara ərk etmişəm, pul istəmişəm. Mənim heç bir kursantla birbaşa əlaqəm olmayıb. Aldığım pullardan da heç kimə vəsait verməmişəm".
Daha sonra şahid qismində Elməddin Yaşılov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi tanımayıb: "İşdə adı keçən Elşad və Elşən mənim qardaşlarımdır. Elşad hərbi xidmətdədir. Elşən isə mənim əkizimdir. Elşənlə birlikdə hərbi qulluğa qəbul olmaq üçün TTM-ə sənəd verdik. Davud adlı şəxs isə digər qardaşım Elşadın tanışı olub. Qardaşım bizim qulluğa qəbul olunmağımız üçün Davud adlı şəxs vasitəsilə pul verdi".
Daha sonra hakimlər şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. Həmin ifadədən məlum olub ki, qardaşı Elşən ilə birlikdə hərbi xidmətə qəbul olunmaq üçün sənəd veriblər: "Sənədlərimizi verəndən sonra tibbi yoxlamadan keçdik. Daha sonra yaşadığımız Ağstafa rayonuna getdik. Atam Elçin hərbi xidmətə getməyimizə etiraz etdi. Bundan sonra isə xidmətə getmədik".
Şahid daha sonra ifadəsində göstərib ki, qardaşı Elşadın Davud adlı şəxsə pul verməsi komissiyadan onların keçmək üçün işin müsbət həll olunması ilə bağlı olub: "Hərbiyə qəbul olunan zaman səhhətimizdə heç bir problem olmayıb. Amma qardaşım ehtiyat üçün bu pulu verib".
Digər şahid Elşən Yaşılov da qardaşının ifadəsinə uyğun danışıb. Onun sözlərinə görə, hərbi xidmətə qəbul olunmaq üçün onun heç bir problemi olmayıb. Hər iki şahid ifadəsində göstəriblər ki, sonradan hərbi xidmətə qəbul ola bilməyiblər.
Digər şahid Murad Müttəllimovun bildirdiyinə görə, təqsirləndirilən Ş.Quliyevi tanıyıb: "Hərbi polisə MAXE kimi qəbul olmaq istəmişəm. Bu işə qəbul olan zaman Turan adlı şəxsi Sarıyev vasitəsilə tanımışam. O, da məni Ramin adlı şəxslə tanış edib. İşimin düzəlməsi üçün pul istədilər. Məndə də damar genişlənməsi (varikoz) var idi. Buna görə də ehtiyat edirdim. Qəbul olunan zaman problem olmasın deyə pul vermişəm. Pulu verməmişdən əvvəl Ramin Şahin Quliyevin otağına girdi, çıxandan sonra pul lazım olduğunu dedi. Bundan sonra pulu onun kartına göndərmişəm. Amma sonradan hərbi xidmətə qəbul olma ilə bağlı imtina cavabı gəldi".
Təqsirləndirilən şəxs bildirib ki, Murad Mütəllimov hərbi xidmətə yararlı olub: "Varikoz xəstəliyinin yararsız olması hesab edilə bilməz. Çünki həkim yoxlamasından bu şahidə müsbət cavab verilib. Lakin imtina qərarı varikoz xəstəliyi ilə yox, başqa məsələ ilə bağlı olub".
Şahid özü də etiraf edib ki, onun həkimdən aldığı sənədlərdə xidmətə yararlı yazıblar. Onun sözlərinə görə, lakin imtina qərarının nə ilə bağlı olduğu ona məlum deyil.
Növbəti ifadə verən şahid isə Nurlan Şahverənov olub. Onun sözlərinə görə, MAXE olmaq üçün sənədlərini TTM-ə təqdim edib. Bildirib ki, orada qohumu işləyib, işinin tezləşməsi üçün qohumu vasitəsilə Şahin Quliyevə pul verib. Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib. Maliyyə yoxlamaları zamanı məlum olub ki, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Şahin Quliyev bir qrup şəxslə əlbir olmaqla rüşvət alıb.
DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, bir müddət əvvəl TTM-in Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə də xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilib. Sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 406
Hadisə
Xəbərlər
-
“Premium Bank” və onun vəzifəli şəxsi cərimələndi - 60 min manat
-
Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
-
İnəkləri sağa bilmədiyi üçün arvadını döymüşdü - Bu cəzanı aldı
-
Polis Pirallahıda əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu
-
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
-
Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Bakıda söyüş söyən həkim həbs edilib: “Pasiyent pulumu vermirdi...“
-
“Putin və Tramp ilə görüşə bilərəm“ - Ərdoğan
-
Məşğulluq Agentliyi anbar icarəyə götürür - Ayda 106 min verəcək
-
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski
-
“Turan Tovuz“un “Traktor“la oyunu ləğv olundu - Səbəb açıqlandı
-
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
-
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
-
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
-
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
-
Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA
-
Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb
-
Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO
-
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
-
Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - Sabahın havası
-
Hakan Fidanın bu görüntüləri gündəm oldu - “Konkret ünvanlara mesaj verir...“
-
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb - Tendersiz
-
Problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
-
“Meqa Sığorta“nın yığımları ilin əvvəlindən azalır - 2,3 milyonluq eniş...
-
İş adamı Rövşən Mehdiyev həbsdən buraxılıb - Dələduzluq ittiham ulunmuşdu
-
ABŞ-dən Şimali Koreyaya yeni sanksiyalar - 1 şirkət və 3 vətəndaşa maliyyə qadağası
-
Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO
-
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
-
Növbəti estetik əməliyyat qurbanı - Bədəni çürüyür
-
Goranboyda dəhşətli qətl:Yeniyetmə ana və nənə öldürüldü
-
İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir - Qanun nə deyir?
-
Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
-
Daha 110 ailə azad olunmuş ərazilərə yola salındı - Fotolar
-
Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır? - VİDEO
-
UEFA Konfrans Liqası: “Sabah“ Moldova klubunu məğlub edib
-
Qusman vəzifəsindən azad edildi - 2 gün əvvəl Qarabağda olub
-
Sabah bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb - DİM məlumat yaydı
-
Prezident bu tələbələrə verilən təqaüdləri artırdı - SƏRƏNCAM
-
Altmışdan çox zərərçəkmiş danışdı - Onlar dinlədi-Fotolar
-
Polis narkotacirlərin saxlanılması əməliyyatından görüntüləri yaydı - Video
-
12 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olunub - RƏSMİ
-
Sabah 39 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
-
Kamboca-Tailand sərhədində qarşıdurma - Ölənlər var
-
“Fənərbaxça” Avropa Liqası səviyyəsində komandadır” - Joze Mourinyo
-
“Zəngəzur dəhlizi iki ölkənin suveren məsələsidir” - Peskov
-
Bakıda bu bağçada qeydiyyatsız uşaq və maliyyə maxinasiyası: müdirə işdən qovuldu
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - TAM SİYAHI
-
Təlim-Tədris Mərkəzində rüşvət işi - MAXE qəbulunda rüşvət oyunu
-
Aİ ABŞ mallarına 30% rüsum tətbiq edə bilər – “Bloomberg”
-
Zakir Fərəcov inşaat şirkətindən geyim alır - 395 min manatlıq şübhəli tender
-
Gecə səkini dağıdılaraq parkinqə çevirdilər - Gündüz bərpa etdilər + FOTOLAR
-
“İki kilometr aralıdakı şəhid bulağından su daşıyırıq...” - Video
-
Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ
-
Bayden memuarlarının hüquqlarını satdı - 10 milyon dollara
-
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib - Nələr müzakirə olunub?
-
Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi - Neftçalada
-
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
-
Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götürülüb - FHN
-
Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı
-
Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?
-
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?
-
Dövlət Agentliyi hansı ekspertlərlə “işləyir“? - 101 min manatlıq anlaşma var
-
Yevlaxda dəhşətli hadisə: Torpaq üstündə həmkəndlisini öldürdü
-
Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər
-
Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu - Məhkəmədən son qərar
-
Nigar Camal festivala bodidə gəldi - VİDEO
-
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - VİDEO
-
“Sun City Hotel Spa Naftalan“-da Özbəkistan vətəndaşının ölümü - FOTO
-
Çempionlar Liqası: “Qarabağ“ “Şelburn“u darmadağın etdi
-
Renka motosikletinin qiymətini açıqladı - FOTO
-
“Hayduk“la matçda qələbəyə yaxın olan tərəf idik“ - Rəşad Sadıqov
-
Firudin Qasımovun ölkədən çıxışına “stop” qoyuldu - Vergi borcuna görə
-
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib - Bəzi məsələlərdə razılaşma olub
-
Xətai rayonunda lift problemi sakinləri təngə gətirib - VİDEO
-
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ
-
34 ildə 340 nəfər “Əməkdar jurnalist” adı alıb - AÇIQLAMA
-
İstanbul danışıqları sülhə aparan yol ola bilər - Hakan Fidan
-
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
-
Yeni təhsil proqramları hazırlanır - Komissiyanın növbəti iclası keçirildi
-
Balakəndə kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO
-
Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VIDEO
-
Gəncədə atışma olub - Polislə axtarışda olan şəxs arasında
-
Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır - XƏBƏRDARLIQ
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
-
Bəzi ərazilərə leysan yağacaq - XƏBƏRDARLIQ
-
“ASAN Xidmət“ deputata məxsus mebel şirkətindən geyim alır - 745 minlik
-
DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi - Video
-
İqtisadiyyat Nazirliyində yeni təyinatlar - Aparat rəhbəri dəyişdi
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
-
Neft Fondundakı pullar hansı valyutalarda saxlanılır? - SİYAHI
-
Kəmaləddin Heydərov bu idarəyə yeni rəis təyin etdi - FOTO
-
Hərbçimiz xəstəlikdən dünyasını dəyişdi - RƏSMİ
-
Bakıda qalmaqallı “Ekol Media” işi - Aktyor olmaq istəyənlər aldadıldıqlarını iddia edir
-
Daha dörd rayona prokuror təyin edildi - Kamran Əliyevdən əmr
-
Suriya rəsmən Türkiyədən hərbi dəstək istədi - Milli Müdafiə Nazirliyindən açıqlama
-
Abşeron-Xızı Regional Təhsil İdarəsində yoxlama - Pozuntular aşkarlandı
-
Prezident sərəncam imzaladı:2 milyon manat ayrıldı
-
Qəza zamanı xanımının ölümünə səbəb olmuşdu - Hökm oxundu
-
“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı“ - VİDEO
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - Tam siyahı
-
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb - VİDEO
-
“Defacto“ mağazası cərimələndi: Paltarı 5 manat baha satıb
-
Türkiyənin ilk hipersəsli ballistik raketi təqdim edildi - 3 min km. məsafədəki hədəfləri vurur
-
“Məgər Konfederasiyasının pulu yoxdur?“ - “Rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir“
-
İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar ləğv ediləcək
-
Prezident İlham Əliyev Misirin dövlət başçısına məktub göndərib - MƏTN
-
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
TOP 10
ARXİV