“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“15 gün karantin əvəzinə bizi evə yola salırlar” - Həkimlərdən etiraz

Tarix 31.05.20, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


"Artıq iki aydır ki, həkimlərimiz ATU-nun Tədris Cərrahiyyə Klinikasında yorulmadan çalışır. 31.05.2020-ci il tarixində işi sona çatan həkimlərimiz üçün son gündü. Amma həkimlər və tibb bacıları 15 gün karantinə saxlanılmaq əvəzinə yaxma götürülərək evə yola salınır. Bu da koronaviruslu xəstələrlə təmasda olan həkimlərimizin etirazına səbəb olub".

Sabah.az xəbər verir ki, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərən, 2 aydır burada çalışan həkim-yazıçı Məlahət Hümmətqızı yazıb. 
ƏTRAFLI
Project GLO

Sosial şəbəkə vasitəsilə etiraz edən həkimlər evlərinə, ailələrinə virus aparmaqdan, yaxınlarını yoluxdurmaqdan qorxurlar:

"Həkimlər evə getmək istəmir. Evinə, ailəsinə virus aparmaqdan, ailəsini, övladını yoluxdurmaqdan qorxur. Qaydalara əsasən, həkim 15 gün oteldə karantində qalmalıdır. Bu ilk günlər aprel ayında belə idi. Həkim 15 gün işləyib, 15 gün karantində qalırdı. Amma may ayının əvvəlində vəziyyət dəyişdi. Bildirildi ki, həkim 1 həftə də karantində qala bilər. May ayının sonunda isə artıq həkimə karantin lazım deyil, evə gedə bilər - dedilər. Vəziyyətin bu hala gəlib çıxması həkimlərdə, xüsusilə yeni işləməyə gələn həkimlərdə inamsızlıq yaratdı. Ailələri üçün təlaş keçirtdilər. Əgər doğrudan da həkimə karantin müddəti lazım deyildisə, onda nə üçün əvvəldən 15 gün həkimlər karantində saxlanılırdı? Həkimlərimizə yaxma verdikdən sonra cavab mənfi çıxarsa oteli tərk etmək tapşırığı verilib. Həkimlərsə etiraz edir. Görəsən, onları eşidən, duyan, kömək əlini uzadan olacaqmı?".



Xəbərin oxunma sayı : 406




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap