“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir”

Tarix 11.09.26, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


44 günlük Vətən müharibəsi şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova "Unikal Baku” şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.

AzFakt.com xəbər verir ki, Ülviyyə Abbasova sitat.info-ya açıqlamasında Nəsimi Qədirovun ona 5 min manat borclu olduğunu bildirib. Şəhid anasının iddiasına görə, borcunu tələb etdiyi üçün Nəsimi Qədirov və həyat yoldaşı tərəfindən təhqir olunub. O, Elnarə Qədirovanın ona "Get, şəhidinə hörmət elə, dilənçi” dediyini söyləyib.

Ülviyyə Abbasova həmçinin Nəsimi Qədirovun başqa şəxslərə, o cümlədən bəzi tanınmış simalara da borclu olduğunu iddia edib.

Şəhid anası aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını və pulunun geri qaytarılmasına kömək göstərilməsini istəyib:

"Bu adamın arxasında kimin dayandığını bilmirəm. Bu gün tutulur, sabah yenidən azadlığa çıxır. Xahiş edirəm, mənə kömək etsinlər, pulumu geri ala bilim”.

Qeyd edək ki, yayılan məlumata əsasən, Nəsimi Qədirov 2026-cı ilin mayında Ülviyyə Abbasovanı təhqir etdiyinə görə 5 sutka inzibati həbs cəzası alıb.

Bundan başqa, 2011-ci ildə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Nəsimi Qədirovun saxlanıldığı bildirilir.



Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap