“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır” - Hərbi ekspert

Tarix 26.10.20, 22:07

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar Azərbaycanda hərbi vəziyyətlə bağlı bəzi şəxslər hərbi formalar geyinməyə başlayıb. Hətta hərbiyə aidiyyəti olmayan bəzi incəsənət nümayəndələri hərbi rütbəli formalar geyinməklə şəkil və videolar paylaşır, cəbhə bölgəsinə yollanırlar.

Hərbi ekspert Ruslan İmanquliyev Trend-ə açıqlamasında bildirib ki, həmin şəxslərin hərbi forma geyinməsi qanunla qadağandır: “Hərbi formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Çünki həmin şəxsin hərbi biletində uniforma daşıya bilməsi ilə bağlı qeyd bölümündə bu göstərilib. Bunu istənilən şəxs geyinə bilməz. İcazəsi olmayan şəxsin hərbi forma geyinməsi, hərbi rütbə daşıması cinayətdir”.

Ekspert bildirib ki, bütün növ hərbi formaların daşıma icazəsi xidmət etdikləri və ya təxris olduqları müvafiq qurumların icazəsi əsasında tənzimlənir. Hərbi qulluqçular öz aidiyyəti qurumlarından tərxis olunduqda hərbi biletlərində müvafiq qeydlər bölməsində qeyd edilir ki, uniforma daşıya bilər və ya bilməz. Hər bir qurum öz səlahiyyətli olduğu ərazidə bu əsası yoxlamaqla yanaşı, ümumilikdə isə ölkə ərazisində uniforma daşıdıqda buna icazə olub- olmamasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.




Xəbərin oxunma sayı : 874




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap