Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

“İcra başçıları müğənnilərin pulunu vermir” - Lalə Məmmədova

Tarix 23.09.20, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist Lalə Məmmədova maraqlı açıqlamaları ilə gündəmə gəlib. 

AzFakt.com xəbər verir ki, axsam.az-a müsahibə verən müğənni rayonlarda verdikləri konsertlərin dadı-duzu qalmadığını bildirib: 

“İstər Rusiya, istər Türkiyə ərazicə böyükdür. Onlarda konsert təşkil edən qurumlar fəaliyyət göstərir. Bizdə Mahnı Teatrı var, vaxtında az da olsa, qastrol səfərlərimiz olurdu. İndi isə bu yoxdur. Çox vaxt sənətçilər məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar. Bunu ya telekanalların, ya da icra başçılarının "qara siyahı"sına düşməmək üçün edirlər. Bəlkə əvvəl bu cür konsertlərin dadı-duzu var idi, amma zamanla qalmadı. Rayonlardakı insanlar da doydular. İl ərzində nə qədər konsert olar? Hər sənətçinin öz auditoriyası var. Ora toplaşanlar bütün müğənniləri sevə bilməz. Tamaşaçı da icra hakimiyyətindən tapşırıblar deyə yağışda, istidə əl çalırdılar. Beləcə, dadı-duzu qaçdı”. 

Sənətçi icra hakimiyyətlərinin müğənnilərin qonorarını vermədiyini deyib: 

“Həmin konsertlərin keçirilməsi üçün istər televiziyalara, istərsə də icra hakimiyyətlərinə dövlətdən pul ödənilir. Amma sənətçilərin qonorarını vermirlər. Buna görə də müğənni toydan asılı vəziyyətdə qalır. Tək gəlir yeri toydur. Heç toydan gələn də bütöv sənətçiyə qalmır. Bəzən böyük qurumlardan sifariş gəlir: filankəsin toyunda oxumaq lazımdır. Kasıb birinin toyunda oxumaq bizim də ürəyimizdən keçir. Deyirsən, halal xoşu olsun, imkanı çatmır, ona hədiyyə etdim. Tapşırıqla hansısa toyda çıxış edirsən, halbuki məclis sahibinin sənə pul verməyə yetəri qədər imkanı var. Amma çalışdığı qurumdan, kiminsə adından istifadə edib, deyir, bir tük də qoparmaq qənimətdir. Bu, biz sənət adamlarının iç mətbəxidir. Bunu açmaqda bəlkə düz etmirəm, amma gerçəklər budur”.



Xəbərin oxunma sayı : 868

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda