“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Əxlaqsız təklifi rədd etdiyim üçün yer tutmadım“ - Müsabiqədə qalmaqal

Tarix 19.10.21, 17:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin “Best Model” yarışmasında “Best Smile” gözəli seçilən Elmas Yıldız “2-ci sayfa” verilişində iddiaları ilə gündəm olub.

Axşam.az xəbər verir ki, Elmas qalibin müsabiqədən əvvəl təyin olunduğunu bildirib:

“Yer tutanlar əvvəlcədən bəlli idi. Onlara ayrı otel otağı tutuldu. Yer tutacaq iştirakçıları Erkan Özermana masaj etməyə çağırırdılar”.

Yıldızın sözlərinə görə, məsul şəxs kişi iştirakçılara da zəng edərək “Erkan Özermana masaj etmək istəyərsən?” deyə, mesajlar göndərib. Alınan rədd cavablarına isə “Yarışda görərsən sən” deyə qarşılıq verilib.

“Best model” iştirakçılarından olan Barış Arslan da verilişə zəng edərək Elmas Yıldızın dediklərini təsdiqləyib:

“Həmin əxlaqsız təklifləri qəbul etməyəcəmsə, yer tuta bilməyəcəyim söhbəti tamamilə doğrudur. Qulaqlarımla eşitdim. Telefonda mesaj göndərilərək mənə bunlar deyildi. Əxlaqsız təklifi qəbul etmədiyim üçün yer tutmadım. Mükafata layiq olmayan adlar 2-3-nü birdən aldı. Yarışma tarixində kiminsə üst-üstə bu qədər dərəcə alması yaşanmayıb. Mən səhnədə şok oldum”.

Qeyd edək ki, 83 yaşlı Erkan Özerman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Qaqşalova və Bartu Dilmendir.






Xəbərin oxunma sayı : 991




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap