Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun” – Zatulin

Tarix 20.11.19, 23:02

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 18-də Rusiyanın Birinci telekanalının populyar “Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qarabağ münaqişəsini” də müzakirə ediblər.

“Yeni Sabah” xəbər verir ki, Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər. Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin çözümü yollarına dair fikrini soruşub.

Rusiya millət vəkili deyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə münasibəti “çoxdan formalaşıb”. Zatulin bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu deyib: “Bu həllin əsasında kompromis var. “Dağlıq Qarabağ Respublikası” heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Və sizə deyim ki, o heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq”.

Zatulinin sözlərinə görə, hətta Sovet İttifaqı dağılanda da Azərbaycan Respublikasının Azərbaycan SSR-in keçmiş sərhədləri daxilində tanınmasında ifrata varılmışdı. “Çünki həmin vaxt, 1991-ci ildə üç il idi ki, münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam şəkildə nəzarət etmirdi”.

Rusiya Dumasının vəzifəlisi deyib: “Buna görə də kompromis nə ola bilər? Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır”.

Zatulin məsələnin texniki tərəfini də izah edib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağın müstəqillyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i qaytarılmalıdır.

Bundan başqa Konstantin Zatulin həmin verilişdə Azərbaycanın 2016-cı ildə baş vermiş hücumunu pisləyib və Bakının “davakar bəyanatlarını” tənqid edib.

Bu da qeyd olunmalıdır ki, jurnalist Vladimir Poznerin də son vaxtlar Qarabağa dair bir sıra bəyanatları Azərbaycanda hiddət doğurub. Bu ilin əvvəllərində Ermənistana səfər edən jurnalist orada verdiyi müsahibədə Dağlıq Qarabağa getməyə imkan tapmadığından təəssüfləndiyini bildirmişdi. Bu barədə məlumat Poznerin saytında dərc edilmişdi.

Ermənistan ictimai telekanalına müsahibəsində Pozner Ermənistana və ermənilərə rəğbət bəslədiyini demişdi: “Təəssüf ki, Dağlıq Qarabağda ola bilmədim. Məmnuniyyətlə gedərdim, amma vaxt tapa bilmədim. Gedərdim ki, orada öz mövqeyimi bildirim. Qoy hamı, o cümlədən cənab azərbaycanlılar da başa düşsünlər ki, mənim ürəyim o tərəfdə yox, bu tərəfdədir”.

Pozner bunu da demişdi ki, Bakının “qara siyahısına” düşə biləcəyi onun qətiyyən vecinə deyil: “Tutaq ki, məni qara siyahıya saldılar, bundan nə olsun? Düşünürəm ki, ondan sonra da gecələr rahat yata bilməkdə davam edəcəyəm”.



Xəbərin oxunma sayı : 3052




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap