“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Atatürkün partiyasını pavyon masalarına saldılar” - Ərdoğan

Tarix 10.06.26, 19:47

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) kəskin tənqid edib.

Türkiyə lideri bu barədə “X” hesabında etdiyi paylaşım edib:

“CHP-nin 38-ci qurultayı ilə bağlı gedən müzakirələrdə qurultayı təşkil edənlər də, həmin qurultaya şaibə (şübhə) qarışdığını iddia edənlər də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə daşıyıb haqqını axtaranlar da elə CHP-lilərin özləridir.

Qazi Mustafa Kamalın qurduğu partiyanı – üzr istəyərək deyirəm – pavyon masalarına salanlar yenə özləridir.

“Rüşvət aldım, rüşvət verdim, filan kəsə bu qədər pul ötürdüm” deyənlər də eyni şəkildə öz daxillərindəki insanlardır.
Ətraflı

Dünən “xalqın ümidi” adlandırdıqlarına bu gün “xain” damğası vuranlar da özlərindən başqası deyil”.

Xatırladaq ki, Türkiyənin əsas müxalifət partiyasında vəziyyətin bu həddə çatmasına səbəb ötən ay məhkəmənin çıxardığı qərardır. Belə ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən 38-ci qurultayının nəticələrini ləğv edib. Bu hüquqi qərarla qurultayda sədr seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun məğlub etdiyi keçmiş sədr Kamal Kılıçdaroğlu isə yenidən partiya rəhbərliyinə bərpa olunub.

Məhkəmə qərarından dərhal sonra partiyada fiziki qarşıdurma mərhələsi başlayıb. Qurultayın ləğv edilməsini əsas gətirən Kılıçdaroğlu tərəfdarları dərhal hərəkətə keçərək Özgür Özelin rəhbərlik etdiyi mövcud komandanı CHP-nin mərkəzi qərargah binasından çıxarıblar. Buna cavab olaraq, Özelin tərəfdarları qərargah binasının ətrafında toplaşaraq yenidən sədrliyə qayıdan Kamal Kılıçdaroğlunun və onun komandasının binaya daxil olmasına mane olmağa çalışıblar.





Xəbərin oxunma sayı : 1147




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap