“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycan dərhal Qarabağa girməlidir” - AKP millət vəkili

Tarix 14.07.20, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə “Yeni Akit” qəzetinə danışıb.

Virtualaz.org xəbər verir ki, Gündoğdu Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağı geri almaq üçün dərhal hücuma başlamalı olduğunu deyib.

“Ermənilər son hücumlarında 3 azərbaycanlı əsgərimizi şəhid etdi. Ermənistan bəzi dövlətlərin əlaltısı kimi çıxış edərək bölgədə qeyri-sabitlik yaratmağa çalışır. Azərbaycanın bir an öncə öz torpaqı olan Dağlıq Qarabağ bölgəsinə girməsi lazımdır. Çünki 3 əsgərimizi şəhid edən Ermənistan bu işin böyüməsini istəyir. İllərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəlib. Türkiyə hər zaman Azərbaycanın arxasındadır”, - Metin Gündoğdu deyib.

AKP millət vəkili bildirib ki, ermənilər tarix boyu türk millətinə işgəncə edib. Onun sözlərinə görə, Ermənistan bu bölgədə özünü imperialist xəyallardan heç cür azad edə bilməyən bir ölkədir.

“1915-ci il hadisələrinə görə hər zaman Türkiyəyə hücum etdilər. Öz əməllərinə nəzər salmadan türklərin onlara zülm etdiyini bildirdilər. Dünyanın bütün arxivlərində isə ermənilərin türk millətinə zülm etdiyi ortadadır. Ermənilər o gündən bu günə qədər bölgənin qarışması üçün can atır”, - o deyib.





Xəbərin oxunma sayı : 1267




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap