“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Bakıdayam, ibadət edirəm...” – Ziya Məmmədov son həbslərdən danışdı

Tarix 20.05.20, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Musavat.com-a açıqlamasında ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimindən və bu günlərdəki fəaliyyətindən danışıb. 

Sabiq nazir bildirib ki, karantin günlərində dövlətin qoyduğu qaydalara əməl etməyə çalışıb: “Karantin günlərini çox ciddi şəkildə keçirib, dövlət tərəfindən qoyulan qaydalara əməl edirəm. Bu günlərdə heç bir rayona getmədim. Karantin günlərini Bakıda keçirirəm. Qoyulan qaydalara əməl etmək bizim vətəndaşlıq borcumuzdur. Son günlər karantin rejimində yumşalma olsa da, hələ ki çölə çıxmamışam. Lakin çıxmaq niyyətim var”.

Ziya Məmmədov son dövrlərdə icra başçıları və yüksək ranqlı məmurların korrupsiya əməllərinə görə saxlanılması məsələsinə aşağıdakı kimi münasibət bildirib: “Dövlətin bütün tədbirlərini bütün dövrlərdə dəstəkləmişəm, dəstəkləyirəm və uğurlar arzu edirəm. Onların əməllərinə isə hüquq-mühafizə orqanları qiymət verəcək. Başqa fikir bildirmək istəmirəm".

Sonda Ziya Məmmədov hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib: “Bu günlər ərzində mən də oruc tutub, ibadətimi etmişəm. Allah hər kəsin oruc-namazını qəbul etsin”.



Xəbərin oxunma sayı : 1627




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap