Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Bu adam makler Fuad Babayev qruplaşmasına aiddir” - Etibar Əliyev

Tarix 26.09.22, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Deputatdan təhsillə bağlı şok ittihamlar...

"Azərbaycanın görkəmli şəxsiyyəti, uzun illər Maarif naziri olmuş akademik Mehdi Mehdizadə deyirdi ki, nazir kabinetində oturanda ən ucqar kənddə belə dərslərin necə keçirilməsini hiss etməlidir. İndi Bakı şəhərinin mərkəzində belə dərslərin necə keçirilməsi heç kimi maraqlandırmır. Rüşvət halı ictimailəşəndə, məktəbə yaraşmayan hərəkətlər baş verəndə işə keçirlər. Mehdi müəllim təyin etdiyi məktəb direktorlarına arxayınlaşaraq bu ifadəni işlətmişdi. Onun zamanında direktor işləmək böyük məsuliyyət tələb edirdi. Direktorlar tədrisi yüksək səviyyədə təşkil etməli, tərbiyə prosesini nizama salmalı, həm də uşaqların fiziki hazırlığı üçün çalışmalı idilər".

AzFakt.com xəbər verir ki, bunu deputat Etibar Əliyev qeyd edib.

Millət vəkili təhsil sistemini sərt tənqid edib:

"Zaman dəyişdi. İndi qruplaşmaların təyin etdirdikləri əksəriyyət direktorları yalnız qazanc maraqlandırır. Məktəbin sinifləri, idman zalları arendaya verilir, tədrisin keyfiyyəti heç kimi maraqlandırmır, məktəbin tərbiyə funksiyasından isə söhbət belə gedə bilməz. XXİ əsrin məktəbinin qarşısında daha ciddi vəzifələr qoyulur. Məktəb uşaqları həm də zərərli informasiyalardan qorumalıdır. Uşaqlar zərərli informasiyalarla elə məktəbdə əhatə olunurlar. Məktəbdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər. İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, "Tərəqqi" medalı ilə təltif olunan, "İlin müəllimi" seçilən direktor müavinini kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş direktor müavinini həmin məktəbə direktor təyin ediblər. Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır".

"Azərbaycanın tanınmış məktəb direktoru, "Zəngi" liseyinin qurucusu, elmlə təhsilin vəhdətini yaratmaq işində gecə-gündüz çalışan, sağlamlığını bu işə qurban verən fizika riyaziyyat - elmləri namizədi Bayram Heydərov dünyasını dəyişən kimi rüşvətxorluqda və intriqabazlıqda ad çıxarmış birini bu məktəbə direktor təyin etdilər. Uzun illər təhsildə qabaqcıl mövqe tutmuş bir liseydə tədris mühitini darmadağın etdilər. Yenə də məqsəd bəllidir. Məqsəd Ölkə təhsilini viran qoymaqdır. Digər qabaqcıl məktəb, lisey və gimnaziyaları da bu vəziyyətə salıblar. Yaxud Gəncə, Daşkəsən, Göygöl, Goranboy kimi böyük rayonların təhsilini bir aqronoma tapşırıblar. Məktəb heç bir qruplaşmanın qurbanına çevrilə bilməz. Məktəb dəyərdir. Məktəbi qoruyan cəmiyyət gələcəyini qoruyur", - deyə Etibar Əliyev fikirini tamamlayıb.(Yenisabah)



Xəbərin oxunma sayı : 1273




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap