Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Ödənişli yolda sürət həddi açıqlandı - Əməl etməyənlər cərimələnəcək

Tarix 20.02.24, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ilk ödənişli yol olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verildi. Bundan sonra əsas müzakirə mövzusu ödənişli yolda maksimum sürət həddi oldu. Lakin hələ də qeyd olunan magistralda hər hansı sürət həddi qoyulmayıb. Bu məsələ dəfələrlə sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi. Bəziləri sürət həddi olmadığı üçün qəzaların və ölü sayının çox olacağı fikrini irəli sürdü. Əksəriyyət də ürəyi istəyən sürətdə sürmək üçün nişan qoyulmamasının tərəfdarı oldu.

Lakin son iki həftə ərzində artıq ikinci xanım sürücü Bakı-Quba-Rusiya ödənişli yolunda yüksək sürətə görə saxlanılaraq, barələrində tədbir görülüb. Qeyd edək ki, həmin xanımlar saatda 200 kilometr civarında avtomobillərini idarə ediblər. Onların saxlanılaraq cərimələnməsi də bir müzakirə məsələsinə çevrilib. Belə ki, həmin yolda heç bir sürət həddi işarəsi qoyulmadığı halda sürücülərin niyə cərimələndiyi çoxlarına qaranlıq qalıb.

Məsələnin aydınlaşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tutduq. İdarənin inspektoru polis baş leytenantı Elvin Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, nişan qoyulmasa belə avtomagistrallarda qüvvədə olan qanun ödənişli yola da aiddir:

"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq bu istiqamətdə nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Lakin təəssüflə bildirmək istəyirəm ki, bəzi sürücülər görülən tədbirlərə məhəl qoymurlar və qanunvericiliyin tələblərinə qeyri-ciddi yanaşırlar ki, bu da xoşagəlməz halların yaşanmasına səbəb olur. Mövcud qanunvericiliyin tələblərinə əsasən avtomagistrallarda sürət həddi aşılmamalıdır. Qanunvericiliyi pozanlar barəsində qanunamüvafiq tədbir görülür.

Nəzərə almaq lazımdır ki, ani bir diqqətsizlik xoşagəlməz hallara gətirib çıxara bilər. Bu baxımdan sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına tam ciddi şəkildə riayət etsinlər”.

Xatırladaq ki, avtomagistrallarda maksimum sürət həddi 110 km/saat, minimum isə 50 km/saat-dır.










Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap