“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əkizlərdən birinin oğurlanması iddiası ilə bağlı - Xəstəxanadan açıqlama

Tarix 07.08.20, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Bakıda qadın doğuş zamanı əkiz körpələrindən birinin həkim tərəfindən oğurlandığını iddia edib. Bu iddia ilə Namazova Aytən Oqtay qızı çıxış edib. 

Qadının şikayətçi olduğu Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasının direktoru Fikrət Zeynalov “Qafqazinfo”ya açıqlamasında xəstənin iddiasının əsassız olduğunu bildirib.

"Ana doğuş zamanı bir uşaq dünyaya gətirib. Guya UZİ zamanı qadının iki uşağı olduğu göstərilib. Bunu onu  kim  deyib, bilmirəm. Bu, qeyri-mümkün bir şeydir" - deyə xəstəxana rəhbəri bildirib. 

Məsələ ilə bağlı xəstəxanının doğum şöbəsinin müdiri Arzu Babayeva da "Qafqazinfo"ya açıqlamasında qadının iddiasını təkzib edərək, məsələyə belə aydınlıq gətirib:

"Xəstənin dediyi məlumat yanlışdır. Onun dediyinə görə, guya xəstəxanaya çoxdöllü hamiləliklə qəbul olunub. Demək olar ki, tam açılışla doğum şöbəsinə qəbul olunub. Qadının 3 300 qram çəkidə övladı dünyaya gəlib. Doğulandan dərhal sonra uşağın diski çıxıb. Xəstəni özünə də məlumat verilib ki, sizin dediyiniz yanlışdır, çoxdöllü hamiləlik deyil. Ola bilsin ki, mexaniki səhv olsun. Bu qadın hamiləlik müddətinə nə həkimə gedib, nə də müayinədə olub. Heç hamiləlik qeydiyyatına da düşməyib. Qadın bir dəfə UZİ müayinəsindən keçib, o da böyük hamiləlik müddətində olub. Onda da ola bilər ki, exogenliyi düzgün müəyyən edə bilməsinlər". 



Xəbərin oxunma sayı : 3241




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap