Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Marsa ilk səfər iki il sonra baş tutacaq” – Mask

Tarix 09.09.24, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


İlon Mask “Starship” kosmik gəmisinin Marsa ilk səfərinin iki il sonra baş tutacağını gözləyir.

AzFakt.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“İki ildən sonra ilk “Starship”lər Marsa göndəriləcək. Yerlə Mars arasında növbəti transfer pəncərəsi açılacaq. Onlar pilotsuz olacaq və Marsa enişin təhlükəsizliyini sınaqdan keçirəcək. Əgər eniş uğurlu olarsa, dörd ildən sonra ilk pilotlu gəmilər Marsa buraxılacaq”, - Maks bildirib.
O, əlavə edib ki, bundan sonra uçuşların tezliyi eksponensial şəkildə artacaq. “Onların əsas məqsədi 20 il ərzində Marsda özünü təmin edə bilən şəhər yaratmaq olacaq”, - o, deyib.
Qeyd edək ki, “Starship” Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. “Starship” kosmik sisteminin universal olacağı nəzərdə tutulur. Bu sistemdən müxtəlif versiyalarda Yer orbitinə pilotlu uçuşların təşkil edilməsi, həmçinin müxtəlif versiyalarda peyklərin buraxılması üçün istifadə etmək mümkün olacaq.
Eyni zamanda bu kosmik sistem vasitəsilə Aya və Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi gözlənilir.
Yenidən istifadə edilə bilən “Super Heavy” sürətləndiricilərinin və “Starship” gəmilərinin Yerə şaquli eniş etməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1105




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap