Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Məmurların, icra başçılarının həbsi davam edəcək” - Deputat

Tarix 09.06.20, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Məmurların, icra başçılarının həbsi davam edəcək. 

AzFakt.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar öz iradəsini ortaya qoyub:

“Yerlərdən dəfələrlə şikayətlər almışıq və alırıq. Müsbət hallar qeydə alınsa da, hələ də neqativlər çoxdur. Ona görə də hesab edirəm ki, şəffaflığın təmin olunması, vətəndaş narazılığının aradan qaldırılması üçün proses davam etdirilməlidir. Cəmiyyətdəki neqativlər təmizlənməlidir ki, cənab Prezidentin qarşıya qoyduğu bu məsələlər öz müsbət həllini tapsın. Əsas odur ki, ortaya siyasi iradə qoyulub. Hazırda müəyyən səngimələrin olduğu düşünülür, amma hüquq-mühafizə orqanları öz araşdırmalarını davam etdirir. Çünki vətəndaşların irad bildirdiyi məsələlərə biganə yanaşıla bilməz”.

“Cənab Prezidentin son çıxışları Azərbaycanın inkişafı üçün atılacaq addımların davam etdirildiyindən xəbər verir. Biz hər zaman cənab Prezidenti dəstəkləyirik. Dövlət başçısının atdığı addımları müsbət qiymətləndirirəm və hesab edirəm ki, onun başladığı işin davam etdirilməsi üçün hər birimiz çalışmalıyıq”, - deyə parlamentari vurğulayıb.



Xəbərin oxunma sayı : 943




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap