| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Mən irqçiyəm, türk oğlu türkəm...” – Mübariz Mənsimovla müsahibə
Tarix 03.11.19, 15:17 |
|
AzFakt.com Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun “SeaNews” beynəlxalq gəmiçilik jurnalına verdiyi müsahibəni təqdim edir:
– Mübariz Mənsimov, sizi tanıya bilərik?
– 1968-ci ildə Bakıda anadan olmuşam. Anam evdar xanım, atam liman işçisi idi. Mən 9 qardaşın dördüncüsüyəm. Məndən böyük 3 bacım var. Xəzər bəziləri üçün göl, bizim üçün isə dənizdir və Bakı bildiyiniz kimi, Xəzər dənizi sahilində yerləşir… Bundan ilhamlanaraq uşaqlığımda kapitan və ya dənizçi olmaq istəyirdim, lakin ailəm məni təəssüf ki, hərbi məktəbə göndərdi. Uşaq bağçası və orta məktəbi Azərbaycanda oxudum. Mən Azərbaycanda uzun müddət qalmadım. 12 yaşım olanda hərbi məktəbə getdim, hərbi kariyeram oldu. 1990-cı ilin əvvəlində ordudan ayrıldım. 1989-cu ilin sonu 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldı. O illərdə ordudan ayrıldım və uşaqlıq arzularımın ardınca – dənizə geri döndüm. İlk növbədə dənizçiliyi öyrənməyə başladım. Gəmilərdə qısa bir müddət çalışdım. Əvvəlcə aşpaz kimi işləyirdim, amma yemək bişirməkdə yaxşı olmadığımı anlayıb göyərtəyə qalxdım. İlk gəmimi 1991-1992-ci illərdə 3 ortaq birgə aldıq. Kiçik bir balıqçı gəmisi idi… Sonra bir yük gəmisini aldıq və yük daşıma işinə başladıq. Həyatımın böyük bir hissəsi Rusiyada keçdi. 12 yaşımdan sonra Moskvada və Sankt-Peterburqda yaşadım. İlk şirkətlərimi də elə bu şəhərlərdə qurdum. O dövrdə Türkiyəyə də gəlirdim. 1993-cü ildə “Acente 34”ə ortaq oldum. Suat Dinçelek mənim sevimli qardaşım, dostumdur. Onunla tanış olduq. Öncə “Acente 34” şirkətini, daha sonra “Samed Xarici Ticarət”, ən sonda isə “Palmali” şirkətini qurduq… O zamanlar Rusiyada “Lena Liner” adlı bir şirkətim vardı. Oradan da ayrıldım və 1993-94-cü illərdən sonra demək olar ki, həmişə Türkiyədə olurdum. Ticari mərkəz olaraq Türkiyəni seçdim. Mənim ilk şirkətim 1992-ci ildə Rostovda, “Palmali” isə 1997-ci ildə yaradılıb. Daha doğrusu, şirkətimin adı dəyişərək “Palmali” oldu. 1997-ci ildə “Palmali” şirkətinin 17 gəmisi var idi. Yavaş-yavaş, böyüyə-böyüyə bu sayı 200-ə qədər artırdıq.
– “Palmali” adı haradan gəlir?
– Mənimlə 20 ildən artıq işləyən Nuray xanım var. Rusiyadan ona zəng elədim. “Mərkəzi İstanbula keçirəcəyəm, şirkət qur” dedim. “Nə şirkət?” deyə soruşdu və mən də dənizçilik şirkəti deyə cavabladım. 1997-ci ilin oktyabr ayı idi. İşdən yorğun gəlib yatdım. Səhər oyananda qapı döyüldü. Açdım ki, Nuray xanımdır. “Hər şey hazırdır, qalx imza atmağa gedək” dedi. “Nə imzası?” deyə soruşdum. “Dediyin şirkəti qururuq” dedi. Televiziyanın yanında Robinson Crusoe filminin diski var idi. Onun kimi mən də möcüzə ilə üzləşmişdim. Robinson adaya düşdüyü zaman “Mən haradayam?” deyə özünə sual edir və başı palma ağacına dəyir. Bu səbəblə harada oyandığını fərq etmir və adanın adını palmali qoyacağını deyir. Bilirsiniz palma ağacı dözümlü bir ağacdır, dəniz suyuna qarşı dayanıqlıdır, tənhalığı sevir. “Palmali” adı da oradan gəlir. Yəni ad sadəcə bu filmdən gəlir. Başqa heç bir səbəb yoxdur.
– Türkiyəyə olan sevginizi hər fürsətdə dilə gətirirsiniz. Bu sevgi necə başladı?
– Bəziləri bunu xoşlamır, amma mən irqçiyəm, türkçüyəm, türk oğlu türkəm. Mərhum babam Məcid həmişə sandıqdan bayraq çıxarar və mənə göstərib deyərdi: “Bizim əsl torpaqlarımız bu dağları aşdıqdan sonra başlayır. Biz türkük, türk”. Bax beləcə, babam mənə türkçülük sevdasını aşıladı. O, həmişə Atatürkdən danışardı. Babamın boyu çox uzun idi. Deyərdi ki, Atatürkün boyu ondan da uzundur. Bizim də xəyalımızda Atatürk boyu 2 metrdən uzun bir pəhləvan kimi qalmışdı.
– Sizin Azərbaycanla olan biznes və digər münasibətləriniz necədir?
– Azərbaycana investisiyalar yatırmağa davam edirəm. Oradakı bütün işlərimi kiçik qardaşım idarə edir. Azərbaycan mənim evimdir. Mən Azərbaycan türküyəm. Müxtəlif sahələrdə də ticarət fəaliyyətləri davam edir və davam edəcək.
– Ortaqlarınızla işbirliyinin pozulduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?
– “Palmali”nin heç vaxt ortağı olmayıb. “Palmali”nin sadəcə hər hansı fərqli layihələrdə ortaqlıqları var. ARDNŞ ilə tərəfdaşlığımız olub. Onlarla da fikir birliyi ilə ortaqlığı ləğv elədik. Onlar Azərbaycan neft şirkəti olaraq köhnədən həmişə FOB (Free On Board) satırdılar, CIF (Cost Insurance and Freight) biznesinə başlamaqları üçün kömək etdim. CİF hər zaman FOB-dan daha effektiv və daha sərfəli olduğundan əlimdən gələn köməyi etdim. Peşman deyiləm, çox gözəl bir iş gördüm. Vətənimə kömək etdim. Ümumilikdə 14 gəmimiz var idi. Mən şirkətdə 35 faiz paya sahib idim. Ayrıldım.
– Biz əsasən neft və neft məhsulları daşınmasını həyata keçirdiyinizi bilirik. Çeşitləndimi?
– Bizim əsas işimiz dənizçilik, gəmiçilik, göndərmə və lojistikadır. Limanlarda təşkilatlarımız da var. Biz yalnız öz gəmilərimizlə deyil, həm də kirayəyə götürdüyümüz gəmilərlə də daşınmaları həyata keçiririk. “Palmali Group” dünyanın ən böyük donanmalarından biridir. Xam neft daşınmasından başqa bütün daşınma işləri ilə məşğul oluruq. Qida və içki sənayesində daha çox maye yük daşıyırıq. Bütün tankerlərimiz minimum İMO II sinfinə aiddir. Qara dənizdən gələn neftin 75%-ini daşıyırıq. O bazarda da çox yaxşıyıq.
– Yeni müqavilələr varmı?
– Biz “Total”, “Shell”, BP, “Statoil”, “Vitol” ilə, dünyanın ən böyük xammal şirkəti “Glencore” kimi şirkətlərlə işləyirik. Yeni müqavilələr imzaladıq. “Tin Treyk”, “Repsol”, “İntoil”, “Nikoil”, “Yuq Rusi” və s. kimi şirkətlərlə uzun müddətli müqavilələrimiz var. Avropanın ən böyük şirkətlərindən olan “Tin Treyk” ilə münasibətlərimiz çox yaxşı səviyyədədir.
– Böyük bir donanmanız var. Bir müsahibədə dediyiniz kimi yeniliklər gözlənilir. Bu yeniliklər donanmada zəruri dəyişikliklərə səbəb olacaqmı?
– Yaxşı ki, bu məsələyə toxundunuz. Eşitdiyimə görə, “Palmali”nin gəmilərinin batdığı və satıldığı haqda yalan məlumatlar yayırlarmış. Belə deyil. “Palmali” sadəcə yaşı 15-dən çox olan gəmiləri əldən çıxarır. Yeni sistemlər, enerji qaz sistemi, SOx emissiyaları sistemi gəlir. Bununla əlaqədar hansı gəmilər bu sistemə uyğun gəlmirsə, onları satırıq. Bu da təxminən 15 gəmi deməkdir. İnşallah, yanvar ayında tender keçirəcəyik. Çox gözəl bir layihə başlayır. Türkiyə və Rusiyadakı limanlarında bu gəmiləri inşa etdirməyi planlaşdırırıq.
– Dəniz turizmində da varsınız? Yalıkavak Marina davam edir?
– Dəniz turizmində varıq və olacağıq. Biz öz mal varlıqlarımızı vermirik və verməyəcəyik də… Müəyyən bir haqsızlıq var idi. Köhnə işçilərlə yollarımızı ayırdıq. Hüquqi proses davam edir. İndi bu barədə danışmaq doğru deyil.
– Türkiyədəki son iqtisadi vəziyyət, tədbirlər, valyutalardakı dəyişikliklər sizə necə təsir edəcək? Bu kontekstdə, Türk dənizçiliyinin gələcəyini necə qiymətləndirərdiniz?
– Daha əvvəl bunu bir çox görüşdə demişəm. Türk dənizçilik sektoru güclənməlidir. Təəssüf ki, Türkiyədə iki tip dənizçi var; bir qeyri-peşəkarlar, iki gəmi sahibləri. Qeyri-peşəkarlar bazardan çıxarılmalı, gəmi sahibləri qalmalıdır. Bu işə müvəqqəti investisiya olaraq baxmayanlar, işi bilənlər… Türkiyə 3 tərəfi dənizlə əhatə olunmuş, dəniz sevdalısı xalqa sahib bir ölkədir. Dənizçilikdə yunanlılar və ruslardan daha yaxşı olmalıyıq. Bunun üçün həm güc, həm də irqi potensialmız var. Yalnız və yalnız hüququ investisiyaların düzgün həyata keçirilməsi lazımdır. Hazırda valyutalarda artım Türk gəmi sahibləri üçün bir şansdır… Çünki daşınmalar beynəlxalq valyutalarla edilir. Amma əksinə, buradakı təmir işləri, daha ucuz, əmək, tikinti xərcləri azdır. Türkiyə lirəsinin dəyər itirməsi çox üzücü bir hal olsa da, gəmi sahibləri üçün zərərlərə səbəb deyil. Avropalı bankların Türk gəmi sahiblərinə tərs münasibəti müvəqqətidir. Bu vəziyyətdən də istifadə etmək lazımdır. Daha az kredit götürüb biznesə qoymaq effektiv olacaq. Bilirsiniz, son 15 ildə gəmi sahibləri böhran içindədirlər. Həmişə eyni şeyi söyləyirəm; bir çox lazımsız donanma var idi. Keçmişdə qiymət və təhlükəsizlik baxımından ən uyğun, alternativsiz dəniz daşınması idi. Artıq belə deyil. Dəmiryolları var, boru kəmərləri var. Biz daha çox müştəri əldə etmək üçün yük sahiblərinə əminlik verməliyik. Yük sahibi qiymətləndirmə apararkən dəniz marşrutunu daha təhlükəsiz, daha sürətli və daha sərfəli bilməlidir.
– Xəyallarınızda qurduğunuz nöqtədəsiz?
– “Palmali”ni nə qədər qaralasalar da, dünya dənizində var və olacaq. “Palmali” sadəcə mənim uğurum deyil, “Palmali” böyük bir ailədir. Biz dənizçidən, dənizdən, kapitandan, aşbazdan fəhləsinə qədər bütöv bir komandayıq. İnsanın ən böyük var-dövləti şirkət deyil, şirkətin içindəki insanlardır. “Palmali” komandası çox peşəkardır. Dünyada 21 ofisimiz var. Onların hamısından məmnunam. Mən özünə inamlı biriyəm. Savaşmağı sevirəm. Adımın mənası da savaşçı deməkdir. İşi hədəfləyirəm, pulu deyil. Məqsədə çatdığım anda yerimdə dayanmıram, dərhal bir sonrakı hədəfimi müəyyənləşdirirəm.
– Hobbiniz nədir?
– Kitabları, üzməyi, atları çox sevirəm. Çox yaxşı silah kolleksiyam da var. Bəlkə də, silah sevgim babamdan gələn bir zövqdür, amma bəlkə də əsgərlik illərinin də buna təsiri var. Köhnə antik silahlarım var və bunlardan bəziləri Türkiyədə hərbi muzeylərdə sərgidə nümayiş etdirilib. Atatürkün əlinə dəymiş bir bayrağı isə “Harbiye”dəki hərbi muzeyə hədiyyə etmişəm. Antik maşınlarla da maraqlanıram. Koç muzeyində sərgidə bir çox antik maşınım var. Qızılları xoşlamıram, istifadə edə bilmirəm. Heyvanları sevirəm. Evdə 100-dən çox it saxlayıram. Övladlarım da itləri sevir.
– Neçə uşağınız var? Aralarında dənizçiliyə maraqlı olan varmı?
– Dörd uşağım var. Mən uşaqlarıma təzyiq göstərmirəm. Onlar öz sahələrini azad seçəcəklər. Amma istəyərdim onlar dənizçiliyi sevsinlər. Mən uşaqlara təzyiq etməkdən daha çox dost olmaqdan yanayam. Çünki vaxtında mənə də təzyiqlər edildi, əsgər oldum, sonra isə dənizə geri döndüm. Hər şeyin bir bədəli var. Valideynlərim həyatdakı ən böyük varlığımdır, şansımdır. Əgər atam məni intizamlı bir yerə – hərbi mühitə yollamasaydı, bəlkə də bu gün bu yerlərə qədər yüksələ bilməzdim.
Xəbərin oxunma sayı : 1027
Müsahibə
Xəbərlər
-
Şakiranın konsertinə Dua Lipa gələrsə - VİDEO
-
Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
-
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
-
Həyat yoldaşını qətlə yetirən şəxs Vətən müharibəsi qazisi imiş - ŞOK DETALLAR
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? - İLGİNC
-
Pensiyalar nə qədər artacaq? - Yeni məbləğ açıqlandı
-
Zidan Ronaldu barədə: “Onun sayəsində inanılmaz kuboklar qazandım“
-
“Bu mənasız müharibəni dayandırın” - Merts Kiyevdən Putinə çağırış etdi
-
Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
-
Paşinyanla “Mossad“ı nə birləşdir - ABŞ nəşrindən şok iddialar
-
Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO
-
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
-
“Tramp Marşrutu” bizim marşrutumuzun rəqibi deyil” - Kobaxidze
-
Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
-
İran XİN-dən diplomatların ABŞ-dan qovulmasına münasibət: “Cəfəngiyyat və yalandır“
-
“Azərbaycana hücum ailəyə edilən hücumdur” - Hulusi Kılıç
-
Betonun üstündə yaşıllıq axtarışı: Bakını yaşıl şəhərə çevirmək mümkün olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
-
Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - Maraqlı görüntülər
-
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Məkkə Müdafiə Alyansı genişlənir: 6-dan çox ölkə yeni hərbi pakta qoşulmaq istəyir
-
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
-
Bakıda daha bir dəbdəbəli toy - Kutsi də gəldi (VİDEO)
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
-
Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər - “Axios“
-
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - VİDEO
-
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu - SİYAHI
-
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
-
Sabirabadda canavar təhükəsi - Xeyli heyvan tələf oldu (VİDEO)
-
Bakıda 870 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO
-
Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı
-
“Almaniyanın ən mühüm tərəfdaşı olaraq...“ - İlham Əliyev almaniyalı həmkarına yazdı
-
Marketlərdə toyuq filesi qıtlığı yaranıb - Qiymətlər artıb (VİDEO)
-
Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - FOTOLAR
-
Anar Bayramov əmr imzaladı - İlkin Namazov vəzifəsindən azad edildi
-
Elçin Əmirbəyov İsveçrə rəsmiləri ilə görüşlər keçirib - Nələr müzakirə olunub?
-
Tovuzda dəhşətli hadisə: Anasının üzərinə benzin tökərək yandırdı
-
Boşanmaq üçün məhkəməyə müraciət etdi, evində qətlə yetirildi - VİDEO
-
Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır
-
Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı - 52 nəfər saxlanıldı
-
“Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər“ - Tramp
-
“Manatlıq” taksilər yığışdırıldı: Yolda qalan sərnişin nə etsin?
-
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları” - Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
-
Dələduzlar adamları yeni üsulla aldadırlar - DTX məlumat yaydı
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - ŞİKAYƏT (VİDEO)
-
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR
-
Ağdamda 14 milyonluq layihə: Strateji istehsal müəssisəsi yaradılır
-
Bakı-Tbilisi-Bakı qatarlarının reysləri artırıldı - Biletlər bu gündən satışdadır
-
İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - Fotolar
-
“Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır“ - Prezident
-
Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)
-
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi həbs edildi - 2 aylıq
-
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib - 3 nəfər çıxarıldı
-
Azərbaycanda 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib - FOTO
-
Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq - İlham Əliyev
-
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi - Kimlər getdi, kimlər gəldi?
-
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi
-
Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR
-
Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
-
Azərbaycanda güclü yağış yağacaq - XƏBƏRDARLIQ
-
Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
-
Sumqayıtda məktəbdə 21 şagird zəhərləndi - TƏFƏRRÜAT
-
Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi
-
“Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq” - Prezident
-
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar
-
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - FOTO
-
Tanınmış rəqqas qalmaqallı görüntülərdən danışdı: “Pula görə etdi“
-
Müasir ideoloji işlər aparılmalıdır - İlham Əliyev
TOP 10
ARXİV






