Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Neftçi”nin büdcəsi 40 faiz azaldılıb- Açıqlama

Tarix 09.09.20, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün deyirlər ki, “Neftçi” qrup mərhələsinə düşməlidir. Bunu biz də istəyirik. Əgər mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm?”

“Report”un məlumatına görə, bu fikirləri “Neftçi”nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan “Həmsöhbət” verilişində deyib.

O bildirib ki, Avropa Liqasında yaxşı nəticə qazanmaq istəyirlər: “Nə dərəcə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, “Neftçi”də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir”.

Sultanov sabiq futbolçuları Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirdiyini etiraf edib: “Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol “mütəxəssislər”i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir? Hansıssa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür”.




Xəbərin oxunma sayı : 2725




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap