Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Niyə Xankəndini vurmuruq“... – Deputat Fazil Mustafa

Tarix 06.08.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlaması işğalçılığın təsdiqi deyil. Çünki bu açıqlamaya qədər həm onun, həm də keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qarabağ ərazisinə daxil olması özü işğalçılığın təsdiqi deyildimi?

AzFakt.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa dünən Nikol Paşinyanın Qarabağa səfəri zamanı çıxışına münasibət bildirərkən deyib.

O Ermənistanın işğalçılığını təsdiq edən yetərincə faktların olduğunu bildirib:

“Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması və oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir. Sadəcə, son açıqlama Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib. Burada iki məqsəd ola bilər. Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik təxribat yönəldir. İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib”.

Millət vəkili bildirib ki, Paşinyanın bu ifadələri savaşa başlamamız üçün ciddi səbəbdir:

“İndi niyə Xankəndini vurmuruq, niyə hücum edib torpaqları almırıq kimi sualları cavablandıracaq imkana və informasiyaya sahib deyiləm, ancaq onu bilirəm ki, biz Azərbaycan ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar. Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil və ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər. Çünki bu gün bizim ermənilərlə savaşımız qismən atəşkəs zolağı üzərindən davam edir, o zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var. Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik. Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir. Burada isə şəxsi mənfəət hislərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik”.(Axar.az)



Xəbərin oxunma sayı : 352




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap