| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Rusiya məsələsində Avropada fikir ayrılığı var“ - “Guardian“
Tarix 27.01.22, 22:20 |
|
“Rusiyaya qarşı yönəlmiş və Ukrayna sərhədlərinə qoşun toplayan Qərb ittifaqı birgə qala biləcəkmi?”
“Report” xəbər veir ki, bunu Böyük Britaniyanın “Guardian” qəzetinin yazıçısı Patrik Vintur sual edir.
“Siyasətçilər və diplomatlar bu məsələ üzərində getdikcə daha çox düşünürlər. Buna səbəb Almaniya və daha az dərəcədə Fransanın sadəcə Rusiyanın Ukraynaya qarşı hər hansısa gələcək təcavüzünə necə cavab vermək deyil, eləcə də təhlükənin yaxınlaşmasını qiymətləndirmək baxımından ABŞ və Böyük Britaniyanı kənarlaşmaqla təhdid etməsi əndişəsidir.
NATO üzvləri arasında fikir ayrılıqlarını minimuma endirmək üçün bütün mümkün tədbirlər, o cümlədən Cozef Baydenin etdiyi kimi müntəzəm telefon danışıqları aparılır. Bu fikir ayrılıqlarından tamamilə qaçmaq mümkün olmaya da bilər, çünki onlar təkcə kəşfiyyat məlumatlarının qısamüddətli qiymətləndirilməsi məsələsini deyil, həm də Rusiyanın öhdəsindən gəlmək məsələsində Almaniya və Fransanın ingilis dünyası ilə onilliklər öncə ortaya çıxan fikir ayrılığını əks etdirir.
Fransa ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) eyni məlumatında yaxın üç həftədə qaçılmaz işğal ehtimalı və ya hücum üçün təchiz edilmiş qoşunların artımını görmür. Bu, müdafiə üzrə ən yaxşı ukraynalı ekspertlərin gəldiyi qənaətdir.
Böyük Britaniyaya gəlincə, xarici işlər naziri Liz Trass Almaniyanı Rusiyadan enerji asılılığına görə açıq şəkildə tənqid edib. O, Berlinin bu yaxınlarda Estoniyaya Almaniya istehsalı olan silahları Ukraynaya ötürməkdən imtina etməsini diqqətsiz qoymadı. Almaniyanın İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Rusiyaya qarşı istifadə olunacaq silahlar verməsi fikri lənətə bənzəyir. Çərşənbə axşamı Berlində çıxış edən Almaniya kansleri Olaf Şolts qərarın “son illərin və onilliklərin hadisələrinə” əsaslandığını deyib.
Polşanın Baş naziri Mateuş Moravetski feysbukda Estoniyanın aldığı rədd cavabından narahatlığını bildirib.
Almaniya ilə bağlı vəziyyət ABŞ-da respublikaçılar arasında daha çox qıcıqlanmaya səbəb olur ki, nəticədə “Wall Street” dərgisində “Almaniya ABŞ-ın etibarlı müttəfiqidir? Yox” başlıqlı yazı dərc olunub.
Gərginlik Rusiyanın Qərbə düşmən gücə çevrilməsinin qarşısını necə almaqla bağlı iki fərqli perspektivi əks etdirir. Bu nöqteyi-nəzərlər soyuq müharibədən bəri siyasətə hakim olub.
Berlində, Vaşinqtonda, Parisdə və Londonda postsovet Rusiyasının xarabalıqları üzərində sabit nəsə tikmək barədə fikirlər daim dəyişirdi. Və müxtəlif mərhələlərdə tərəflər fərqli fikirlər səsləndiriblər.
Bill Klintonun rəhbərliyi altında ABŞ Vişeqrad Dördlüyü - Çexiya, Polşa, Macarıstan və Slovakiya ilə NATO-ya daxil olmaqdan çəkinirdi. Onlar bunu təşkilatın 1994-cü ilin yanvarında keçirilən sammitində açıq şəkildə bildirdilər. Onların fikrincə, Şimali Atlantik Alyans “Şərqlə Qərb arasında yeni sərhəd çəkmək taqətində deyil ki, bu da gələcəkdə münaqişəyə çevrilə bilər”.
Həmçinin Toni Bler də Böyük Britaniyanın Putini Qərb düşərgəsinə cəlb edə biləcəyinə dair xəyalları puça çıxdı. O, Rusiyanın G8-ə daxil olmasını fəal şəkildə dəstəkləyib. 2017-ci ildə Boris Conson xarici işlər naziri kimi Moskvaya səfər edib və Solsberidəki zəhərlənməyə (Rusiya kəşfiyyat orqanlarının keçmiş əməkdaşının zəhərlənməsi) baxmayaraq, Londondakı Rusiya pullarına göz yumdu.
Fransa da Rusiyanın 2014-cü ilin martında Krımı işğal etməsindən sonra mütəmadi olaraq fikrini dəyişir. Yalnız amerikalıların davamlı təzyiqi altında Fransua Olland sələfi tərəfindən Rusiyaya ilhaq edilmiş Krımdakı Qara dəniz limanları üçün nəzərdə tutulmuş “Mistral” tipli helikopter daşıyıcıları ilə təmin edilməsinə dair imzalanmış milyard funt sterlinqlik müqaviləni ləğv edib.
Emmanuel Makron Putini 2017-ci ilin mayında Böyük Pyotra həsr olunmuş sərgi münasibətilə Versala dəvət etmişdi. Trampın izolyasionizmi ilə üzləşən Makron 2019-cu ildə Rusiya ilə “dondurulmuş münaqişəyə” son qoymağa çağırıb. Ötən ilin iyununda Angela Merkellə birlikdə o, Putinlə sammit keçirmək təklifi ilə digər Avropa liderlərini heyrətə gətirmişdi. Çərşənbə axşamı Berlində Fransa prezidenti hələ də Rusiya lideri ilə danışmağı planlaşdırdığını, lakin gərginliyin azaldılmasının yeganə mövzu olacağını bildirib.
Halbuki Avropanın Rusiya ilə münasibətlərində mərkəzi oyunçu Almaniyadır və bu, ölkə birləşəndən bəri belədir.
Almaniyanın niyə Putinə qarşı inadkarcasına yumşaq və ya nikbin mövqe tutması barədə çox yazılıb. Bu barədə ən son yazı Con Loxun “Almaniyanın Rusiya problemi” məqaləsidir. Burada o, alman və rus elitaları arasında ticari, siyasi, mədəni və intellektual əlaqələrin əhatə dairəsini təsvir edir. Bundan əlavə, o, Putinin Almaniyanın müharibədə günahı üzərində oynamasının və almanları üzr istəmələrinə görə mükafatlandırmaqdan imtina etməsinin səbəbini izah edir.
Məsələn, C.Lox 2008-ci ilin yayında Rusiyanın Gürcüstanı işğal etməsindən sonra Almaniyanın xarici işlər naziri və Sosial Demokrat Partiyasının üzvü Frank-Valter Ştaynmayerin Avropanı sanksiyalardan çəkdirdiyini xatırladır. O iddia edirdi ki, belə bir hərəkət ölkəsinin daha sonra girmək istədiyi yerə qapıları bağlayacaq.
Merkelin 2014-cü ildə Ukraynanın işğalına reaksiyası sərt olsa da, SDP-nin rusiyalıları Xristian Demokratik İttifaqından daha yaxşı başa düşdüyünə əmin olan Ştaynmayer Moskvaya gedərək Rusiya ilə iqtisadi tərəfdaşlıq təklif edib. Eyni zamanda ölkənin üç keçmiş kansleri - Helmut Şmidt, Gerhard Şröder və Helmut Kol Merkelə Moskvanı təcrid etməməyə çağırıblar. İşğaldan bir həftə sonra “Siemens” rəhbəri Rusiyaya gəldi. Diplomatik vəziyyət pisləşdikcə Almaniyanın bir qrup keçmiş yüksəkvəzifəli xadimləri və siyasətçiləri gərginliyin azaldılması siyasətinə qayıtmağa çağıran emosional məktub yazdılar.
“Chatham House” beyin mərkəzinin son məqaləsinə əsasən, Rusiya ilə Almaniya arasındakı bu münasibətlər iki amillə formalaşıb. Birincisi, yeni Şərq siyasətidir (Ostpolitik). Söhbət Sovet İttifaqı və onun peykləri ilə bağlı “yaxınlaşma yolu ilə dəyişiklik” xarici siyasət strategiyasından gedir. 70-ci illərdə sosial demokrat kansler Villi Brandt tərəfindən təklif edilmişdi. Bu, ümumi maraqları cəmləməklə sərt xətti qırmaq cəhdi idi. Çoxları hələ də belə bir siyasətə irəliyə doğru addım kimi baxır.
İkinci amil Sovet İttifaqı ilə Almaniyanın SSRİ-dən təbii qazın tədarükü ilə bağlı razılığa gəldiyi 70-ci illərə təsadüf edən ölkələr arasında qarşılıqlı asılılıq haqqında sazişdir. Bu, Şmidtin belə ifadə etdiyi inanca əsaslanır: “Bir-biri ilə ticarət edənlər bir-birinə atəş açmırlar”. 2018-ci ilə qədər “Qazprom”un satışlarının 37%-i Almaniyanın payına düşüb və ölkələr “Şimal axını - 2” ilə bağlı razılığa gəliblər. 2000-2011-ci illər arasında Almaniyanın Rusiyaya ixracı 5 dəfə artıb.
Bu fikir SDP-nin bəzi nümayəndələri arasında hələ də üstünlük təşkil edir. Qurumu sanksiyalara cavabdeh olan hazırkı iqtisadiyyat naziri Robert Habek Rusiyanın SWIFT-ə girişinin qadağan edilməsinin əleyhinədir.
“Biz hər iki tərəfə qarşıdurmadan çıxmağa kömək edəcək yeni biznes sahələri haqqında düşünməliyik”, - o “Der Spiegel”ə söyləyib.
Lakin son həftələrdə “Ostpolitik”in xarakterik güzəştləri gənc nəsil tərəfindən tənqid edilir. Xarici əlaqələr komitəsinin sədri, sosial-demokrat Mixael Rot partiyasının Brandtın kölgəsindən çıxmasına çağırıb.
“Dünyanın olduğundan daha yaxşı olduğunu düşünə bilmərik”, - o bildirib. Digər nazirlər təkid ediblər ki, enerji sektoru, o cümlədən “Şimal axını - 2” potensial sanksiyalar siyahısından çıxarılmamalıdır.
Bütün bunlar Şoltsun amerikalılarla danışıqlarda mövqeyini dəyişir. Məsələ onun Almaniyanın xarici siyasətinə dəyərlər yeritməyə çalışan xarici işlər naziri və Yaşıllar Partiyasının nümayəndəsi Annalena Berbokla ittifaqı ilə sadələşmir. Publik parçalanmadan qaçınmaq üçün SDP Rusiyaya münasibəti ilə bağlı rəsmi partiyadaxili müzakirələr keçirməyə hazırlaşır.
Diplomatlardan biri Sovet İttifaqı dağılan zaman Aleksandr Soljenitsının dediyi fikirin aktuallığına işarə etdi və o, imperiyanın parçalanmasının idarə olunmasının nə qədər təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
“Kommunizmin dövrü bitdi. Amma onun beton konstruksiyası hələ də çökməyib. Azadlığa çıxmaq yerinə onun dağıntıları altında qalmayaq”, - A.Soljenitsin yazırdı.
Bu səbəbdən qarşıda duran vəzifə hələ “özümüzü azad etmək” deyil, “onun dağıntıları altında əzilməkdən xilas olmağa çalışmaq” idi”, - “Guardian”ın köşə yazarı qeyd edib.
Xəbərin oxunma sayı : 874
Dünya
Xəbərlər
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
-
İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək - Əraqçi
-
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO
-
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA
-
“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp
-
Nazirlik səhvini başa düşdü və bizdən üzr istədi - Anar
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 2 nəfər vəzifədən azad edilib
-
Arayikgilin məhkəməsində prokurorlar çıxış etdi - FOTOLAR
-
PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər - Vaxtı məlum oldu
-
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
-
“Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür...“ - SPACE TV rəsmi açıqlama yaydı
-
1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
-
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları - TAM SİYAHI
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 14 nəfər həlak oldu
-
Moskvadan getdi, indi oranı dronla vuranların başındadır - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
-
Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
-
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
-
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
Elşad Abbasovun “Embafinans“dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
-
Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
İcra başçısı rəisi işdən çıxardı: Yenisini təyin etdi - FOTO
-
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov kimdir? - DOSYE
-
Səudiyyə şahzadəsinin otel otağında sirli ölümü - İstintaq təfərrüatları açıqladı
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb - Türkiyəyə təyin edilib
-
Prezdent Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
-
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
-
İpoteka almaq daha asan olacaq: Süni intellekt prosesə qoşulur
-
“Space TV“nin bank hesablarına həbs qoyuldu - SƏBƏB
-
Azərbaycanda bu qədər ipoteka krediti verilib - RƏSMİ
-
Təsərrüfat sahiblərinin nəzərinə - Yeni qayda təsdiqləndi
-
Özgür Özəl 91 deputatla birlikdə CHP-dən istefa verdi - Yeni partiya yaradıldı
-
“ABŞ-ın yeni gömrük rüsumları xoşagəlməz sürpriz oldu“ - Kallas
-
Temperatur çox yüksək olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
-
Bakının bu qəsəbəsinə qatar yenidən gələcək - Stansiya da bərpa edilir
-
8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Binədə iki avtobus toqquşub - 22 nəfər xəsarət alıb
-
Abşeron RİH 57 min manata smeta alır - TENDER
-
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir - VİDEO
-
Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO
-
Konqres Trampa İran müharibəni qadağan etdi - Qətnaməni təsdiqlədi
-
Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Böyük Qayıdış davam edir: Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı
-
Şiddətli istilər Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib - “Bloomberg“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
İsrail yenə “Əl-Əqsa“ məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Hesablama Palatasının sədri
-
ABŞ quru qoşunlarını İrana yeritməyə hazırlaşır - Ələ keçiriləcək ərazilər açıqlandı
-
Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO
-
Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO
-
Akkreditasiyadan keçməyən universitetin sahibi danışdı: “Bunun arxasında duranlara...”
-
Cəbrayıl rayonunda mina partladı - Xəsarət alan var
-
Meydiyevlərin BOKT-u borca düşdü - Yeni rəhbər təyin edildi + FOTO
-
Xankəndidə kafedə yanğın - İki qadın işçi xəsarət aldı
-
“Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz” - Macar
-
“ABŞ bir neçə ssenari təklif edib” - Volodimir Zelenski
-
Məşhur aktyor, aparıcı və jurnalistlər istintaqa çağırıldı - KİMLƏR VAR?
-
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
-
Bayramov Putinin köməkçisini qəbul etdi - FOTOLAR
-
“Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb” - ADY
-
“Husilərə görə İranı vuracağıq” - Trampdan xəbərdarlıq
-
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO
-
Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox (VİDEO)
-
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
-
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
-
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şıxlinskilərlə bağlı yeni qərar: Cəzaçəkmə müəssisələrinə göndərilirlər
-
Azərbaycand park salınarkən qədim əşyalar aşkarlandı: Arxeoloqlar əraziyə cəlb olundu
-
Beyləqandakı silahlı insidentin istintaqı başa çatdı: Nə baş verib?
-
Yasamalda evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - RİH niyə susur?
-
“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
-
Bakıda 200 min manatlıq soyğunçuluq edənlər tutuldular - VİDEO
-
Mingəçevir Dövlət Universitetində yarım milyonluq təmir - Ətir satan şirkət...
-
Portuqaliya millisinə xəbərdarlıq: Ronaldodan sonra böyük pul itkisi...
-
Azərbaycanda yeni dövlət qurumu yaradılır - Prezident təsdiqlədi
-
İmişlidə 17 min manatlıq mal-qara dələduzluğu - Hökm oxundu
-
Saleh Məmmədov 24 hektar torpaq sahəsi alıb - Almaniyada
-
Bakıda autizmli uşaq skuterə görə avtobusdan düşürüldü - “Üzr istəyirik”- VİDEO
-
Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı
-
“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib - Valyuta əmanətləri kəskin azalıb
-
Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq - Sabahın havası
-
“Sədərək” və “Binə” bağlanır? - “Minlərlə insanın iş yerini itirməsi riski var“
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi
-
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir - The Wall Street Journal
-
Peşə məktəblərində təhsil haqları bəlli oldu: Ən yüksək ödəniş...
-
Maduronun tərəfdarları və əleyhdarları üz-üzə gəldi - Nyu-Yorkda
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Salyanda müəmmalı hadisə: Çoban 84 qoyunla yoxa çıxdı
-
Prezident İlham Əliyev Misir liderinə məktub göndərdi - MƏTN
-
Bakıda notariusa cinayət işi açıldı: Hüquqşünas alim mənimsəmədə təqsirləndirilir
-
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirə bilər - “Axios”
-
Skuter və velosiped sürücülərinə - Müraciət
-
Ebola can almaqda davam edir: Ölənlərin sayı mini keçdi
-
“Məni Orbanın həyat yoldaşı böyüdüb“ - Peter Madyar
-
50 manatdan 350 manatadək: Tələbələri gözləyən təqaüdlər (SİYAHI)
-
“Brent“ nefti 95 dolları keçdi: Qiymətlərdə yeni sıçrayış
-
Husilərdən yeni hücum: Səudiyyə Ərəbistanının iki tankerini hədəfə aldılar
-
ABŞ hökuməti işini dayandıra bilər - Trampdan xəbərdarlıq
-
Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO
-
Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq
-
Azərbaycan və Almaniya arasında münasibətlər təkcə ikitərəfli xarakter daşımır...
-
Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə...
-
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir
-
Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI
-
“Müvəqqəti çətinlikdir” - Putin rusiyalıları sakitləşdirir
-
Beyləqanda Milli Mətbuat Günü qeyd edildi - FOTOLAR
-
ABŞ-da qızılca tüğyan edir - Son 35 ilin yoluxma rekordu
-
Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya sərt çağırış
-
Azərbaycanda işsizlərin sayı açıqlanıb - Rəqəmlər necə dəyişib?
TOP 10
ARXİV






