Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 30 May 2023

    Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO

  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

“Sığortalı kreditlər varisdən tələb edilə bilməz” - Deputat

Tarix 24.05.23, 16:48

Font ölçüsü : - / +
bitmap-img6


“Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz”.

AzFakt.com xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov Konstitusiya Məhkəməsinin qərarınıl şərh edərkən bildirib.

bitmap-img6

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələri şərh edib. Məhkəmə hesab edir ki, ipoteka krediti alan vətəndaş vəfat edərs, onun borcunu varisləri ödəməlidir.

Millət vəkili vurğulayır ki, həyat sığortasının əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir.

“Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın”, - qeyd edib.

İqtisadçı xatırladır ki, hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir.

“Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir”, - V.Bayramov bildirib.



Xəbərin oxunma sayı : 562

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap