“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Sabiqlər siyasi proseslərə mövqe bildirməlidir” – Deputat Siyavuş Novruzova dəstək verdi

Tarix 08.09.19, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalar verib.

Hakim partiyanın funksioneri bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər.

“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”,- deyə S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.

AzFakt.com xəbər verir ki, Modern.az saytı Siyavuş Novruzovun fikirləri ilə bağlı partiya həmkarı, deputat Aydın Mirzəzadə ilə əlaqə saxlayıb.

Aydın Mirzəzadə deyib ki, siyasətə münasibəti yalnız vəzifədə olanda bildirmək olmaz:

“Partiya həmkarım çox vacib bir məsələyə toxunub. Bizdə vaxtilə vəzifədə olmuş, ölkənin siyasi elitasına daxil olan, ulu öndərin və prezidentin böyük etimad göstərdiyi insanlar olub. Həmin dövrlərdə o insanlar vəzifələri ilə yanaşı, siyasi proseslərdə də iştirak ediblər. Ancaq bu gün kənara çəkilib, heç bir məsələyə münasibət bildirməmək düzgün deyil. Bu baxımdan həmkarım çağırış edərək, bildirir ki, “Siz zamanında ölkənin taleyini həll edənlərdən olmusunuz, neytral ya da müxalif olmamısınız”.

Bir YAP nümayəndəsi kimi bildirirəm ki, bir insanın mövqeyi yalnız o vəzifədə olanda yox,  bütün hallarda olmalıdır. Bu baxımdan çağırış edərək, sabiqlərin siyasi proseslərə mövqe bildirməsini istəyirik.

Daha biz demirik ki, televiziya kanallarında, ya da saytlarda polemikaya girsinlər, ya da təbliğatçı rolunu oynasınlar. Sadəcə vaxtaşırı onlar mövqelərini bildirsinlər. Vaxtilə həmin şəxslərə yüksək etimad göstərilib. Düzdür, hamısı belə deyil, mövqe sərgiləyənlər də var. Lakin istərdik, onların hamısı baş verən hadisələrə münasibət göstərsin”.



Xəbərin oxunma sayı : 664




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap