|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Saraydan məhbəsə gedən “özbək şahzadəsi”…- Gülnarə Kərimova hakimiyyəti və çoxmilyonluq biznesini necə itirdi?
Tarix 02.08.17, 1:26 |
|
"Bizi bütün dünyada rəzil etdin!" – qəzəbli İslam Kərimov avtomobilindən düşən kimi onu gözləyən qızına tərəf getdi. Əvvəlcə ona şillə vurdu, sonra da əməlli-başlı döyməyə başladı. "Bu nə şəkildir?! Kameraların qarşısına yarıçılpaq çıxanda düşünmürdün ki, tək özünü yox, məni, ananı, bütün ailəmizi rüsvay edirsən?!". Gülnarə Kərimova atasının ayaqlarına düşərək "Məni bağışla!" dedi. Qəzəbi soyumayan prezident ayağı ilə qızına vurdu və rezidensiyanı tərk etdi".
Özbəkistandan olan müxalifyönlü jurnalistlər Gülnarə Kərimovanın 4 il əvvəl yoxa çıxmasını belə təsvir etmişdilər. O vaxtdan "özbək şahzadəsinin" taleyi haqda dəqiq-dolğun məlumat verən yox idi. Nəhayət bu il iyulun sonlarında Özbəkistan prokurorluğu elan etdi ki, ölkənin mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova həbs olunub və ona bir neçə maddə üzrə ittiham irəli sürülüb. İttihamların arasında dələduzluq, cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırmaq da vardı. Məlum oldu ki, Gülnarə Kərimova hələ 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilib. İsveçrə hökuməti isə Kərimovaya məxsus, dəyəri 840 milyon dollar olan aktivlərin üzərinə həbs qoyub.
Strateq.az xarici mətbuata istinadən bu qalmaqalın arxasında duran məqamlara, bir neçə il əvvəl böyük siyasi ambsiyalarının olduğu bildirilən xanım Kərimovanın niyə cinayət təqibinə məruz qaldığına aydınlıq gətirməyə çalışacaq.
Psixoloji portret…
Gülnarə Kərimova uzun illər medianın diqqət mərkəzindəki əsas fiqurlardan olub. Tez-tez moda sərgilərini ziyarət edir, müsahibələr verir, media da onu messenat və uğurlu pop-sənətçi kimi təqdim edirdi.
Amma medianın cızdığı bu obraz müşahidəçilərin qənaəti ilə üst-üstə düşmürdü. Məsələn, 2000-ci ildə amerikalı diplomatlar xanım Kərimovanın psixoloji portretini tamamən fərqli təsvir etmişdilər.
Onlara görə, Gülnarə Kərimova ölkəsində nifrət qazanan və varis kimi qəbul edilməyən simalardandır. ABŞ Dövlət Departamentinin əməkdaşları bu qənaətdə idilər ki, prezidentliyə namizədliyini verəcəyi təqdirdə, Kərimovanı nə xalq, nə də elita dəstəkləyəcək: "Özbək ictimaiyyəti onu nə lider, nə "Millətin atası"nın davamçısı (İslam Kərimov) kimi qəbul edəcək".
Dövlət Departamentinin Gülnarə Kərimova ilə bağlı bu mövqeyi 2013-cü ildə – "WikiLeaks" saytı qurumun gizli yazışmalarını dərc edəndə üzə çıxmışdı.
Bununla belə, 2010-nun əvvəllərində bəzi KİV-lər onu İslam Kərimovun varisi adlandırırdı. Xanım Kərimova 2012-ci ildə jurnalistlərə demişdi: "Hərdən mənə tavanımın (hara qədər yüksələ biləcəyinin) harada olduğunu demək çətin olur. Lakin özümü sərt sərhədləri olmayan, özünü inkişaf etdirən biri hesab edirəm».
Özünü prezident postunda görüb-görmədiyinə dair suala isə Gülnarə belə cavab vermişdi: "Özümü ambisiyalı insan sayıram. Ambisiyası olan hər kəs dövlət başçısı ola bilər. Təbii ki, bununla yanaşı, beyin və hədəf də lazımdır".
Bu ifadə Kərimovanın prezidentin varisi olmaqdan imtina etməməsi kimi tirajlandı.
Lakin elə həmin müsahibəsində o, atasını prezident olmağa ən layiqli namizəd kimi dəyərləndirmişdi: "O, kasıb və çoxuşaqlı ailədən gəlib. Və kifayət qədər böyük uğurlar qazanıb".
Şöhrətin zirvəsində…
Həmin dövr Gülnarə Kərimovanın karyerası yüksələn xətt üzrə davam edirdi. Özbəkistan Xarici İşlər Nazirliyində çalışırdı. 1995-ci ildən nazirin müşaviri kimi, 2003-2005-də Moskvadakı səfirlikdə məsləhətçi kimi, 2008-dən ölkəsinin BMT-də və Cenevrədəki digər beynəlxalq təşkilatlarda daimi təmsilçisi kimi. Paralel olaraq xarici işlər nazirinin beynəlxalq məsələlər və mədəni-humanitar sahə üzrə müavini postunu tutmuşdu. 2010-dan 2012-dək isə Özbəkistanın Madriddəki səfiri olmuşdu.
Dövlət qulluğunda uğur qazanmaqla yanaşı, o həm də müğənnilik edirdi. 2012-ci ildə ABŞ-da səhnəyə çıxmışdı.
<iframe width="540" height="390" src="https://www.youtube.com/embed/Io7aaJsi85s" frameborder="0" allowfullscreen></iframe>
Təsis etdiyi "Özbəkistanın mədəniyyət və incəsənət forumu"nun bir neçə ölkədə nümayəndəliyi vardı. Bu ad altında tədbirlər, moda həftələri təşkil olunur, özbək dizaynerlərin əl işləri nümayiş etdirilirdi.
2005-ci ildə Kərimovanın şəxsi brendi olan "Guli" adı altında geyim, parfümeriya və zinət əşyaları satışa çıxarıldı.
2012-ci il Gülnarə Kərimovanın mediadakı populyarlığının ən yüksək olduğu dövr idi. Elə həmin il İsveçrə prokurorluğu Gülnarə Kərimovanın yaxın ətrafındakı 4 nəfərlə bağlı təhqiqat başlatdı. Bir il sonra isə Kərimovanın özünə "çirkli pulların yuyulması" ittihamı üzrə cinayət işi başladıldı.
İstintaqçıların diqqətini Özbəkistanın telekommunikasiya bazarında qanunsuz fəaliyyət çəkmişdi. İş üzrə Kərimovanın adına olan 560 milyon avroluq bank hesabı donduruldu.
Elə həmin il Kərimova İspaniyadakı səfir postunu tərk etdi. 2013-cü ilin yayında isə mətbuatda xəbər yayıldı ki, onun Parisdəki mülkünə və dəbdəbəli kurort sayılan San-Tropedəki villasına həbs qoyulub.
2014-cü ildə mətbuat yazdı ki, Fransa məhkəməsi "mütəşəkkil dəstə tərəfindən çirkli pulların yuyulması" və "əcnəbi vəzifəli şəxslərin korrupsiya əməlləri" təhqiqatı çərçivəsində Özbəkistan prezidentinin böyük qızının mülklərinə həbs qoyub.
"Saçlarımı yenidən hör, atam mənim"…
2014-cü ildə Gülnarə Kərimovanın adına olan müəssisələr və biznes imperiyası mülkiyyətçilərini dəyişdi. Bir qismi də tamamən qapadıldı.
"Guli" firmasının kosmetika və geyimləri vitrinlərdən yığışdırıldı. "Coca-Cola"nın Özbəkistan qolunda problemlər yaşandı. Həmin vaxt Özbəkistandakı zavoda G.Kərimova nəzarət edirdi. Prezident qızınına məxsus spa-mərkəzinin və kinoteatrın da sahibi yeniləndi.
2016-cı ilin 2 sentyabrında ölkənin birinci prezidenti İslam Kərimovun ölüm xəbəri yayıldı."YouTube"da dərhal "Yurtbaşı" adlı mahnı peyda oldu. Kadr arxasında qadın oxuyurdu: "Yanımda olanda qədrinizi bilmədim, saçlarımı yenidən hör, atam mənim".
Lakin növbəti gün dəfn mərasimində Gülnarə Kərimova gözə dəymədi. Orada yalnız Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva iştirak edirdi.
Bir il keçdi və 2017-ci ilin 28 iyununda Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimovaya aşağıdakı ittihamlar üzrə cinayət işinin açıldığını elan etdi – dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və xidmət qaydalarının pozulması, sənəd saxtalaşdırılması, cinayət fəaliyyəti ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsi.
Xanım Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb.
Məlumata görə, 12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış 1 milyard 394,1 milyon dollarlıq, 18,5 milyon franklıq və 63,5 milyon avroluq aktivlər aşkarlanıb.
Bir müddət əvvəl mətbuat xaricdə Gülnarə Kərimovaya məxsus daşınmaz əmlakın da bir hissəni üzə çıxarıb dərc etmişdi.
Siyahıda aşağıdakılar vardı:
– Parisdə 30 milyon avroya alınmış mülk. Mülk Madumarov R.T adlı şəxsin adına rəsmiləşdirilib;
– Cenevrədə 2473 kv.m.-lik 2 mərtəbəli villa. 2009-cu ildə 18.2 milyon dollara alınıb;
– Dubayda elit yaşayış kompleksində 3 mənzil;
– Dubayda möhtəşəm villa. 36,9 milyon dollara alınıb;
– Dubayda – «Dubai Marina» rayonunda yerləşən «DAMAC HEİGTS» göydələnində 3 mənzil;
– Honq-Konqda 36 milyon dollara alınmış mülk;
– Londonda Chesham-25 küçəsində yerləşən binanın 4 ayrı mərtəbəsində 4 mənzil;
– BƏƏ-də «The Palm Jumeirah»da dəyəri 13,1 milyon dollar olan torpaq sahəsi;
– San-Trope-də villa. 2010-cu ildə 2,5 milyon avroya alınıb;
– Parisdə mənzil. 2007-ci ildə 30 milyon avroya alınıb;
– Moskva şəhəri, Komsomol prospekti, «Kamelot» yaşayış kompleksində 420 kv.m-lik mənzil;
– Krımda pansionat;
– Moskva şəhəri, Krasin küçəsi, ev 21-də üç otaqlı mənzil;
2013-cü ildə isə Gülnarə Kərimova vergidən yayınmaqda ittiham olunmuş və iki il sonra məhkəmə onun barəsində 5 il həbs cəzası çıxarmışdı. Elə həmin gün İsveçrə prokurorluğundan xəbər çıxmışdı ki, Kərimovanın 840 milyon dollarlıq aktivlərinə həbs qoyulub.
«İslam Kərimovun təşəbbüsü ilə başladılan cinayət işi Özbəkistanın birinci prezidentinin siyasətçi kimi məsuliyyətindən xəbər verir. Gülnarə Kərimova 2014-cü ildən məhz onun göstərişi ilə izolyasiyadadır. Hazırkı ittihamlar isə iş üzrə yeni epizodların yaranması ilə bağlıdır", – deyə Orta Asiya üzrə ekspert Aleksandr Knyazev bildirir.
Ekspertin sözlərinə görə, Gülnarə Kərimovanın işində hər hansı siyasi motiv yoxdur. Kərimovanın siyasi ambisiyaları ilə bağlı deyilənlər isə qərbli piarçıların ortaya atdığı iddiadır.
Orta Asiya üzrə digər mütəxəssis Rustam Burnaşev deyir ki, Gülnarə Kərimovanın adı ətrafında medianın qaldırdığı səs-küy son xəbərləri obyektiv qiymətləndirməyə imkan vermir: «Dövlətin birinci şəxsləri və onların övladlarının həyatı ilə bağlı şayiələr həmişə olacaq. Hələ ki Özbəkistan hüquq-mühafizə orqanlarından quru faktlar ala bilirik".
Hər bir halda Gülnarə Kərimovanın yüksəlişi və enişi bir daha təsdiqləyir ki, piarçıların cızdığı tablo siyasi reallıqdan uzaq olur. Dövlət Departamentində Gülnarə Kərimovaya hələ illər əvvəl "diaqnoz" qoyulmuşdu – ölkənin ən arzuedilməz adamı.
Qonşu ölkənin nümunəsi də bunu təsdiqləyə bilər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə keçmiş kürəkəni Raxat Aliev arasında yaşanan qalmaqal… Bu qalmaqalı məhz Vaşinqtondan olan lobbiçilərlə piarçıların alovlandırdığı bildirilir. Raxat Aliev o vaxt Avstriyada səfir postunu tuturdu. O, Qazaxıstandan olan biznesmenlərin oğurlanmasında ittiham olunmuşdu. Rəsmi versiyalara görə, Aliev Vyanadakı həbsxanada intihar etmişdi. Bir vaxtlar Raxat Aliev də Qazaxıstan prezidentinin varisi kimi qiymətləndirilirdi…
Xəbərin oxunma sayı : 1339
Analiz
Xəbərlər
-
“Sevdiyim kişi dünyasını dəyişdi” - Xumar Qədimova
-
Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq - Özü açıqladı
-
Ulu öndərin nadir geyimlərinin sərgiləndiyi muzeydən VİDEOREPORTAJ
-
Azərbaycanda itkin düşənlər: evdən çıxıb geri qayıtmayanların sayı
-
Bakıda daha bir bina sökülür - VİDEO
-
Yer kürəsində güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq
-
Ukraynada sülhə gedən yol yalnız döyüş meydanından keçir - Finlandiya Prezidenti
-
Bakıda idman zallarında qiymətlər necədir? - SİYAHI + VİDEO
-
İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində - FOTOLAR
-
Abituriyentlərin nəzərinə: Nəticələr elan olundu
-
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Mehdiyevin bankı ən problemli banklar sırasında - Rüstəmovun bankı isə...
-
Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər - FOTOLAR
-
Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI
-
Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA
-
“Qafqazda aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır” - Prezident
-
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
-
Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
-
DTX kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən xəbərdarlıq
-
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
-
“Delimitasiya və demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir“ - Dövlət başçısı
-
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - FOTO
-
Prezident və birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə görüşüb - FOTOLAR
-
MSK sədrindən növbəti seçki açıqlaması – “Bu tarixdən arxaya çəkilə bilməz”
-
Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTOLAR
-
Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı – 13 ilin statistikası
-
Sabiq rektora ağır cəza verildi - Prorektoru qətlə yetirənlərə hökm oxundu + FOTO
-
Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı
-
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - FOTOLAR
-
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - FOTOLAR
-
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
-
Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər
-
“Milli Məclisin yeni tərkibində ciddi dəyişiklik olacaq“ - Qulamhüseyn Əlibəyli
-
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - FOTOLAR
-
Prezident Füzulidə açılışlarda iştirak edib – FOTOLAR
-
Ceyhun Bayramov və Ararat Mirzoyan görüşü başlayıb - Almatıda
-
“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var“ - Ərdoğan
-
“Ailə sirlərini açıqlayan məlumatlar yayılıb” - Rəsmi xəbərdarlıq
-
“Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır
-
Ukrayna torpağın altında zavodlar şəbəkəsi yaradıb - “El Mundo”
-
Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza
-
Meteohəssas insanların nəzərinə: İki gün maqnit qasırğası olacaq
-
Üç ayda 138 milyard dollarlıq çip satılıb: Kim daha çox alıb?
-
Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!
-
Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ
-
“TikTok“ Türkiyədə bu səbəbdən bloklana bilər - Yayman hədələdi
-
Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...
-
Azərbaycanda güclü zəlzələ olacaq? - Rəsmi cavab
-
Musa Qurbanlının qiyməti açıqlandı -10 milyon?
-
“HƏMAS-ın 24 batalyonundan 20-sini məhv etmişik” - Netanyahu
-
Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
“Laçın, Füzuli, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ailəsi qayıdıb” - PA rəhbəri
-
Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik? - VİDEO
-
Xətai və Binəqədi rayonlarında qaz olmayacaq - Xəbərdarlıq
-
Prezident Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım etdi - FOTO
-
Trampın 18 yaşlı oğlu siyasi karyeraya başlayır - FOTO
-
ƏDV qəbzləri ölüm saçır: Mütəxəssisdən xəbərdarlıq (VİDEO)
-
Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
-
“50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır“ - VİDEO
-
Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ
-
Həzi Aslanovun müəmmalı həyatı: Fəhləlikdən “general” rütbəsinə necə ucaldı? - VİDEO
-
Piştaxtadakı toyuqlar niyə fərqli qiymətə satılır? - VİDEO
-
Xətai rayonunda evlər plana düşdü: Sakinlər etiraz edirlər - VİDEO
-
“Keşlə” bazarının satıcıları: “20 ildir burada çalışırıq, bizə xəbərdarlıq olunmayıb” - VİDEO
-
Bu universitet 137 vəzifəyə işçi axtarır - SİYAHI
-
Spirtli içki qəbul edib evini yandırdı - FOTO
-
Azərbaycan-Bolqarıstan münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir
-
Hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? - AÇIQLAMA
-
İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - AÇIQLAMA
-
Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR (VİDEO)
-
8 Noyabr prospektində nə baş verir? - Təmir işləri təhlükəli vəziyyət yaratdı + VİDEO
-
Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO
-
Səkiləri zəbt edən pilləkənlər: Məsələ həllini necə tapacaq? - VİDEO
-
Kirayə evlərlə bağlı vacib məlumat - Ev sahibləri... (VİDEO)
-
“Tezliklə ABŞ-da amerikalı qalmayacaq“ - İlon Mask
-
İki ölkə arasında əməkdaşlıq əlaqələri bütün sahələr üzrə yüksəlir
-
Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO
-
Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən “kupça“ veriləcək
-
Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA
-
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL
-
Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ
-
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO
-
Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi - VİDEO
-
Moskvada Qələbə Paradı keçirildi – Fotolar
-
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
-
Keşlə bazarı sökülür? - Rəsmi açıqlama
-
“NATO Ukraynaya qoşun yeritmək fikrində deyil“ - Stoltenberq
-
Serbiyada Çin liderini təmtəraqla qarşıladılar - Brüssel narahatdır
-
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır
-
“Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var
-
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
-
“Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar” - Peskov
-
Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi (FOTO)
-
Naxçıvanda qaya uçqunu olub - FOTOLAR
-
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
-
Lənkəranda əməliyyat keçirilib - 22 kiloqram narkotik aşkar olunub
-
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTOLAR
-
Yasamalda icra hakimiyyətinin razılığı ilə zirzəmini mənzil etdilər - VİDEO
-
Azərbaycan və Bolqarıstanı dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət birləşdirir
-
Ölkədə neft hasilatı 6% azalıb – SOCAR
-
“ABŞ İraqın nüvə silahına malik olduğuna inanmaqla səhv edib” - Bayden
-
Bu şəxsin yerini deyən adama 2000 manat mükafat veriləcək - VİDEO
-
DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO
-
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon “atıb“lar
-
Nazirlik Əli Həsənova bağlı şirkətlə 115 min manatlıq müqavilə imzaladı – Müəmmalı tender
-
Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?
-
Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir - VİDEO
-
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
-
Deputat oğlunun Londondakı şirkəti aktivlərini artırıb - 6 milyona çatıb
-
İranda qadın alveri və intim xidmətlər barədə şok faktlar - VİDEO
-
Aliment problemindən çıxış yolu - fond niyə yaradılmır?
-
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTOLAR
TOP 10
ARXİV