“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sədərək“də yolu kəsib pul alanlar kimdir? - VİDEO

Tarix 21.09.23, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


"Sədərək” Ticarət Mərkəzi ölkəmizdəki ən böyük ticarət mərkəzlərindən biridir. Bu ticarət mərkəzinə hər gün yüzlərlə avtomobil daxil olur. Bu avtomobillər həm ticarət mərkəzindəki satıcılara, həm də alış-veriş etməyə gələnlərə aiddir. Onlar ticarət mərkəzindən çıxarkən isə müəyyən "postlardan” keçərək, ödəniş etməli olurlar. Biz də ticarət mərkəzinə baş çəkdik. Ödənişin alınması prosesini görüb, əyani göstərmək üçün qeydə aldıq. Ödəniş edərkən hansısa qəbzin verilmədiyinin şahidi olduq. 

Buradan belə nəticəyə gəlmək olar ki, qəbzi almaq üçün mütləq onu əməkdaşdan tələb etmək lazımdır, əks halda heç bir qəbz verilməyəcək. Bu da alınan pullara görə verginin ödənilib-ödənilmədiyini sual altında qoyur. 
 
Vəziyyətlə bağlı ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimlə əlaqə saxlanılıb. Kəmaləddin Qədimin  müdafiə etdiyi bu  fəaliyyət bəs görəsən nə qədər qanunidir? Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, adıçəkilən ticarət mərkəzində pul yığılması tamamilə qanunsuzdur.
 
Onun sözlərinə görə, burada ödənişin nə məqsədlə edildiyi bəlli deyil. 
 
Dövlət Vergi Xidmətindən isə bildirildi ki, "Sədərək” və bu kimi digər ticarət obyektlərində aparılmış dürüstləşdirmə tədbirləri nəticəsində bütün obyektlər vergi uçotuna qoyulub, hamısında kassa aparatları tətbiq edilib.  Vətəndaşlar hər hansı bir şəraitdə onlara qəbz təqdim edilməməsi ilə rastlaşarlarsa, Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə, yaxud müvafiq vergi orqanlarına müraciət edə bilərlər.
 
Hüquqşünas Emil Aslanov qeyd edir ki, Vergilər Məcəlləsinə görə sözügedən hallara yol verənləri cərimə  gözləyir. Belə ki, onlar min manatdan 6 min manata qədər cərimə oluna bilər. 
 
Bəli, kimsə hansısa fəaliyyətlə məşğul olmaq istəyirsə, bunu qanuni şəkildə həyata keçirməlidir. Əks təqdirdə mütləq cəzasını alacaq.

Mənbə: APA TV
 




Xəbərin oxunma sayı : 859




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap