Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO Modelin bikini üstündə pencəyi - Fotosessiya Evlilik üçün oğlundan icazə aldı
Axtar
 
  • / Maqazin / — 30 Yanvar 2019

    Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO

  • / Maqazin / — 29 Yanvar 2019

    Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2019

    Modelin bikini üstündə pencəyi - Fotosessiya

  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq - Ali Baş Komandan

Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

“Zamirədən sonra hədəfdə Anar Məmmədovdur” – Sensasiyalı açıqlama

Tarix 11.11.18, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Hər şeydən görünür ki, Britaniya öz paytaxtına bütün dünyadan oliqarxların “zəvvarlığına” son vermək qərarına gəlib. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə “İzahedilməz Sərvət Sərəncamı”dır (UWO).

Britaniya dövləti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən cinayət istintaqı başlatmaq hüququ əldə edib. Bu məcburi qəbul edilmiş qərardır, çünki belə getsə, tezliklə Londonda “təmiz ingilis” evləri torpaqları qalmayacaq.

“Transparency International UK”un məlumatına görə, Londonda elit evlərin 87%-ni əcnəbilər alıblar və əldə edilmiş mənzillərin 42%-i korrupsiyanın yüksək səviyyədə olduğu ölkələrdən olan alıcılara məxsusdur. Qeyri Hökumət Təşkilatının fəalları hesab edirlər ki, “Londonda 4,2 milyard funt sterlinqlik mülklərin əldə edildiyi vəsaitlərin mənşəyini müəyyən etmək mümkün deyil”.

bitmap-img6

Britaniya ədalət qoruyucularının diqqət mərkəzinə ilk düşən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin, öz pul səpmək ehtirasını cilovlaya bilməyən xanımı Zamirə Hacıyeva oldu. Britaniya hüquqşünasları onun kapitalına baxaraq maliyyə vasaitini şübhəli hesab ediblər və xanım Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar.

Demək lazımdır ki, Britaniya ölçüləri üzrə mülk planka, hansıyla ki, belə araşdırmalar mümkündür, tamamilə kiçikdir — vur-tut 50 min funt sterlinq. Özü də bu halda “siyasi əhəmiyyətli şəxslər” (SƏŞ) kimi müxtəlif səviyyəli deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri tanınırlar. Və qonaqpərvər London belələrinə qucağına sığınmaq üçün müəyyən bir vaxta kimi o qədər cox imkan verib ki... Deyək ki, keçmiş SSRİ-nin sanballı və imkanlı vətəndaşları öz vasitələrini sərmayə şəklində Böyük Britaniyanın aktivlərinə və daşınmaz əmlak bazarına fəal şəkildə hələ keçən əsrin 90-cı illərinin ortalarından qoymağa başlamışdılar. Və bu gün Dumanlı Albiona postsovet məkanından biznesmen və məmurların milyardlarla dollar vəsaiti axıb gedib.

Bəs necə, axı Knight Frank mülkiyət agentliyinin məlumatına görə, Londondakı elit mülk sahiblərinin beşdə bir hissəsi rus dilində danışanlardır.

Bununla belə, Britaniya hakimiyyətinin yeniliyinə, pul vəsaitlərinin Rusiya Federasiyasına mümkün qayıdışı haqda fikir ayrılıqlarına baxmayaraq, dəfələrlə məhz Rusiya ekspertləri reaksiya veriblər.

 

Hər halda Rusiyanın biznes-ombudsmanı Boris Titov bir məsələdə əmindir: Rusiya aktivlərinə Londonun gücləndirilmiş diqqəti hər şeydən əvvəl rusiyalıların, hansılar ki, öz ölkələrində təqibdən qaçaraq Böyük Britaniyada gizlənməyə məcbur olublar, həyatını çətinləşdirəcək.

“Onlara oliqarxlarla, hansılar ki, öz varidatlarını gizlədirlər və ya hansısa səbəblərdən Rusiya ilə münaqişədədirlər, eyni münasibət olacaq. Halbuku həmin kasıb insanlar gizlənməyə məcbur olublar və Rusiyaya qayıtmaq istəyirlər. Amma onlara da oliqarxlara olan münasibət bəslənəcək”, – deyə Titov vurğulayıb.

ekrem

Tanınmış vəkil Əkrəm Həsənov isə Virtualaz.org-a açıqlamasında Azərbaycan hakimiyyətini qaçmış oliqarxların pulunu leqallaşdırmağa çağırıb: “Onsuz da Qərb onları bizə qaytarmayacaq, belə olan halda niyə ağıllı hərəkət edib, onların pulunu leqallaşdırmayaq? Həm də ki, Britaniya qaçmış əcnəbilərin pulunu birinci dəfə ekspropriasiya etmir. Heç olmasa ağ emiqrasiyanın nümayəndələri ilə bağlı yüzillik köhnə tarixi xatırlayaq. Demək istəyirəm ki, Londonun bu planda zəngin təcrübəsi var.

Anar Məmmədov ile ilgili görsel sonucu

Mən bildiyim qədəri, Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbsi qoymaq niyyətindədir. Ümumiyyətlə, London hələlik yalnız Azərbaycanın ədalət sistemi ilə problemləri olan azərbaycanlıların pulunu alır. Bilmirəm, ingilislər Zamirə Hacıyevanın pulunu Azərbaycana qaytaracaqlarmı, amma özünü vətənə ekstradiya edə bilərlər. Ancaq o, pulsuz bizə ümumiyyətlə lazım deyil, ona görə daha məntiqli olardı ki, bizim hüquq-mühafizə orqanlarımız onunla sazişə getsinlər: özün pulu qaytar və biz sənə toxunmayacağıq.

Bir sözlə, qaçmış korrupsionerlərin pulu ölkəyə qayıtmayacaqsa, onların ekstradisiyasından bizə heç bir xeyir gəlməyəcək”, – deyə vəkil əminliklə bildirib.






Xəbərin oxunma sayı : 409

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda