“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağır xəstəlik daşıyan ağcaqanadlar Avropaya yayıla bilər – Xəbərdarlıq

Tarix 14.08.20, 10:15

Font ölçüsü : - / +
bitmap-img6


Alimlər xəbərdarlıq edirlər ki, yaxın onilliklər ərzində ağcaqanadlar vasitəsi ilə yayılan Denge, Çikunqunya, Zika və digər təhlükəli tropik infeksiyaların Cənubi və Şərqi Avropa və Şimali Amerikada yayılma təhlükəsi mövcuddur.

Bu da öz növbəsində nadir xəstəliklərin epidemiyalara çevrilməsinə səbəb olacaq. Əsas səbəb isə qlobal istiləşmədir.

RİA “Novosti” xəbər verir ki,  bu virusların daşıyıcısı əsasən “Aedes aegypti” ağcaqanadıdır. Ağcaqanad insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran “Dirofilaria” cinsinin filamentoz qurdlarının sürfələrini daşıyır.

Həşəratların yaşadığı yer Afrika materikidir. Bu gün həmin ağcaqanad bütün tropik bölgələrdə yaşayır, lakin mütəxəssislərin proqnozlarına görə, tezliklə təhlükəli həşərat şimala hücum edəcək. Bununla bağlı hətta, Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Mütəxəssisləri Konqresi də xəbərdarlıq etmişdi.

Artıq avqust ayında Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin mütəxəssisləri Fransanın Yer şəhərində Zika virusuna yoluxma qeydə alıblar.

Ötən il isə Rusiyanın mərkəzi hissəsinə Misirdən və Cənub Şərqi Asiyadan Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olan təhlükəli həşəratlar köç edib. Qeyd olunur ki, cənub bölgələrində müəyyən xəstəliklərin yayılması qeydə alınmışdı. Ağcaqanadların bu ərazilərə gedib çıxmasına əsas faktor qlobal istiləşmədir. (report)




Xəbərin oxunma sayı : 3031




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap