Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ ordusunda general rütbəsi alan iki bacı... - Fotolar

Tarix 08.09.19, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ ordusunda xidmət edən general-mayor Maria Lodi Barrettin bacısı Paula Lodi briqada generalı rütbəsinə yüksəlib. 

Bu, ABŞ ordusunda tarixi olay sayılır.

ABŞ ordusu 1901-ci ilə qədər qadınları öz sıralarına rəsmi olaraq qəbul etmirdi. Bu gün qadınlar ordunun 1,3 milyonlıq aktiv iş gücünün 16 faizindən çoxunu yerinə yetirir.

ABŞ mediası general-mayor Maria Lodi Barrett və briqada generalı Paula Lodinin uğur hekayəsini ordudakı qadınlar üçün əlamətdar bir mərhələ hesab edib. 

Barrett və Lodinin atası, italyan mühacir Ruston Lodi, II Dünya Müharibəsində döyüşüb və `Gümüş Ulduz` mükafatına layiq görülüb. Ataları kimi hərbçi olmağa qərar verən iki bacının orduya yazılmalarının əsas məqsədi təhsil haqqını ödəmək idi.

Barrett, orduya yazılarkən sərhəddən kənarda xidmət etmək istəyirdi və Tufts Universitetindəki Ehtiyat Məmurların Təlim Korpusuna (ROTC) qoşuldu. O, 1988-ci ildə leytenant rütbəsinə yüksəldi. Barrett rütbəsini qaldırdı, bacısı Paula isə ordunun Rutgers Universiteti Ehtiyat İşçiləri Təlim Korpusuna qatıldı. Əvvəlcə qısa müddətə xidmət etməyi planlaşdıran Paula Tibbi Xidmət Dərnəyinə qoşulduqdan sonra hərbi sahədə irəliləmək istədi.

Hazırda ABŞ ordusunun müxtəlif hissələrində yüksələn bacılardan biri general-mayor, digəri isə briqada generalı kimi xidmət edir və bu, ABŞ ordusunda bir ilk olaraq tarixə keçdi.

Maj. Gen. Maria Barrett and her mother, Clara Lodi, pin 2d Lt. rank on Paula Lodi during a commissioning ceremony at Rutgers University, 1990.

Maria Lodi Barrett ile ilgili görsel sonucu

ord

 





Xəbərin oxunma sayı : 403




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap