| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Addım-addım sistem dəyişikliyi - Əliyevlərin yeni komandası
Tarix 11.11.19, 15:00 |
|
Son dövrlərdə ölkədə baş verən proseslərin, müxtəlif mənbələrdən daxil olan məlumatların təhlili oktyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və məhdud sayda hökumət üzvünün iştirak etdiyi iqtisadi müşavirənin Azərbaycanda YENİ BİR DÖVRÜN başlanğıcı ola biləcəyini gözləməyə əsas verir.
Hələlik kadrların yenilənməsi və ya çox ciddi kadr islahatları şəklində özünü biruzə verən bu prosesin ölkənin siyasi və iqtisadi idarəçiliyində önəmli keyfiyyət dəyişikliklərinə səbəb olacağına böyük ümidlər yaranıb. Daha açıq desək, tutduğu postu DÖVLƏT İÇİNDƏ DÖVLƏTƏ ÇEVİRƏN siyasi və maliyyə oliqarxlarının hakimiyyətinə son verilərək, yerlərinə xalqla ünsiyyətə girməyi bacaran gənc, müasir düşüncəli menecerlərin gətirilməsi həm də SİSTEM DƏYİŞİKLİYİNƏ hazırlığın anonsu kimi qəbul edilə bilər.
Oliqarxik sistemin sıradan çıxarılmasına “kiçiklərdən” başlanıldı
Hər halda, idarəetməyə tamamilə fərqli təfəkkürlü, müasir baxışlara malik, totalitar düşüncələrdən uzaq, adları korrupsiya və rüşvətə bulaşmamış, oliqarxik sistemin bir parçası kimi tanınmayan şəxslərin gətirilməsi bunu düşünməyə əsas verir. Əlbəttə, ümidlərin nə qədər doğrulacağını zaman göstərəcək.
Bununla belə, qeyd etmək lazımdır ki, göründüyü qədər də sadə olmayan bu prosesin başlanması hələ 2016-cı ildə reallaşdırılan Konstitusiya dəyişikliyindən sonra gözlənilirdi. Ancaq böyük ehtimalla, qarşıdan 2018-ci il prezident seçkilərinin gəlməsi, oliqarxların əllərindəki maliyyə gücündən istifadə edərək ölkədə qarışıqlıq yarada biləcəkləri təhlükəsi nəzərə alınaraq, bu proses bir müddət təxirə salındı.
Hökumətdə 2018-ci il prezident seçkilərindən dərhal sonra başlanan və mərhələlərlə davam edən kadr dəyişiklikləri (Həmin ərəfədə Səlim Müslümov, Heydər Əsədov kimi mini, Ziya Məmmədov, Fazil Məmmədov kimi iri oliqarxların vəzifədən götürülməsi) isə hələ bir müddət əvvəl startı verilmiş, Eldar Mahmudovun “çetesinin” ifşasından sonra isə zərurətə çevrilmiş oliqarxik sistemin sıradan çıxarılması istiqamətində SİYASİ İRADƏNİN olduğunu ortaya qoymuşdu.

Təbii ki, bu prosesin davamı, nəticəyə çatdırılması, oliqarxik sistemin yeni və normal bir sistemlə əvəzlənməsi üçün daha ciddi dəyişikliklərə ehtiyac duyulurdu. Daha açıq desək, bu sistemin SÜTUNLARI hesab edilən mühafizəkar şəxslərin yeni təfəkkürlü kadrlarla əvəzlənməsi zəruru idi.
Onlara toxunulması, əllərindəki gücün alınması riskli idi, ancaq…
Bu da asan deyildi, indi də asan deyil! Söhbət mövcud sistemin qurucularının, bu sistemi qoruyub saxlayanların dəyişdirilməsindən, onların maraqlarına toxunulmasından, əllərindəki GÜCÜN, səlahiyyətin alınmasından gedir! Söhbət bütün ölkə üzrə bir-birinə müxtəlif tellərlə bağlanmış, ümumi maraqları olan, arxasında müəyyən XARİCİ QÜVVƏLƏRİN də dayandığı bir səbəkənin mövcudluğuna son verilməsindən gedir!
Bunu sadəcə kadr dəyişikliyi, yerdəyişməsi kimi izah etmək, prosesin əhəmiyyətini kiçiltmək doğru deyil, sadəlövh yanaşmadır. Hər kəs, hətta 2018-ci ildən bu yana həyata keçirilən dəyişiklikləri sıradan bir hadisə kimi qələmə vermək istəyənlər də, verilən qərarların nə qədər RİSKLİ olduğunu, nə qədər ciddi HAZIRLIQ, SİYASİ İRADƏ tələb etdiyini yaxşı bilirlər.
Təsadüfi deyil ki, hətta ABŞ-ın Azərbaycandakı keçmiş səfiri belə bu prosesin əhəmiyyətini xüsusi olaraq qeyd edib. Hazırda ABŞ-da yerləşən Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü olan Robert Sekuta ölkəmizdəki bu proseslərə həsr etdiyi «Azərbaycanda genişləndirilmiş iqtisadi islahatlar» adlı məqaləsində aparılan kadr islahatlarının Vaşinqtonda da təəccüblə qarşılandığını gizlətməyib. “… 1994-cü ildən bəri Prezident Administrasiyasının rəhbəri postunda çalışan Dr.Ramiz Mehdiyevin vəzifədən getməsi bu baxımdan xüsusi əhəmiyyət daşıdı. 80 yaşı adlamış R.Mehdiyev, Qərb ideya və islahatlarına qarşı şübhəçi yanaşmaya malik birisi kimi xarakterizə edilirdi”, – deyə, diplomat başlanan prosesin böyük dəyişikliyə doğru getdiyinə işarə vurub.
Oliqarxik sistemdən bəhrələnənlər dəyişikliyə gedən yolu “minalamağa” cəhd edir…
Bir daha qeyd edək ki, biz hələlik SİSTEM DƏYİŞİKLİYİ baş verdiyini iddia etmirik. Ancaq bunun həyata keçirilməsi üçün çox əhəmiyyətli KADR DƏYİŞİKLİKLƏRİNİN reallaşdırıldığını, bir növ bazanın yaradılması prosesinin getdiyini söyləyirik. Bu da təbiidir: yeni sistemi yalnız yeni kadrlarla yaratmaq mümkündür!

Əlbəttə, belə əhəmiyyətli bir prosesin ağrısız baş verəcəyini, müqavimətin olmayacağını və ya olmadığını düşünmək sadəlövhlük olardı. Ciddi dəyişikliyə hazırlıq bu sistemdən faydalananları təbii olaraq özünüqoruma instinkti ilə hərəkət etməyə, təhlükəni görərək, “müqavimət cəbhəsi” yaratmağa vadar edir.
Dəyişilməsinə hazırlıq gedən oliqarxik sistemdən faydalananlar isə yalnız üzdə olan, vəzifədən götürülən kiçik bir qrup oliqarx və onların yaxın ətrafı deyil. 20 il, 25 il vəzifədə olaraq SİYASİ və İQTİSADİ oliqarxa çevrilənlərə bağlı minlərlə, 10 minlərlə şəxs bu sistemdən bəhrələnib, bəhrələnməkdədir. Hansı ki, bunlar siyasi, ictimai baxımdan cəmiyyətin aktiv hissəsidir. Oliqarxların nəzarətində olan sahələrdə çalışanlarla, korrupsiya və rüşvət zəncirində yer alan minlərlə şəxslə yanaşı, xeyli sayda siyasi partiya və onların yaxın çevrəsi, QHT-lər, media nümayəndələri də oliqarxik sistemin bir parçasına çevrilib.
Bu sistemin dəyişilməsi onların bir çoxu üçün MƏCHUL, bəziləri üçün hətta QARANLIQ GƏLƏCƏK vəd edir. Ona gərə də, onların “müqavimət cəbhəsində” birləşməyə, sistem dəyişikliyinə gedən yolu “minalamağa” cəhd edəcəyi və ya etdiyi şübhə doğurmur.
İslahatlara qarşı olanların 2 yolu və Prezidentin əks həmləsi…
Bu zaman görə biləcəkləri iki iş var:
Birincisi, iqtisadi sabotaj, çirkin iftiralar və digər yollarla Prezidentin vəzifəyə təyin etdiyi yeni təfəkkürlü komanda üzvlərini nüfuzdan salmaq, onlara, deməli həm də hakimiyyətə olan inamı sarsıtmaq.
İkincisi, siyasi gərginliyi “alovlandırmaq”, siyasi sabitliyi təxribatlarla, müxtəlif yollarla pozmaqla, hətta qanlı qarşıdurmalar yaratmaqla, dəyişikliyin qarşısını almaq, islahatları yarıda saxlamaq.
Müşahidələr və daxil olan məlumatlar “vurulan” və ya “vurulacağını” gözlənən oliqarxların hər iki yoldan istifadə edərək, islahatları və dəyişikliyə gedən yolu bağlamağa çalışdıqlarını göstərir.
Birinci bənddə qeyd etdiyimiz məsələlərlə bağlı Prezident özü son iqtisadi müşavirədə açıq şəkildə danışdı. Həmin müşavirədə deyilənlərdən məlum oldu ki, əvvəla, mühafizəkar dəstə adlandırılan kəsim uzun müddət müxtəlif yollarla ölkə başçısının iqtisadiyyatı liberallaşdırmaq, dövlət strukturlarında korrupsiya və rüşvəti aradan qaldırmaq cəhdlərinin qarşısını alıb.
“Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik”, - deyən Prezident, Azərbaycanda uzun illər hökm sürən vergi və gömrük “reketçiliyinin” arxasında mühafizəkar dəstənin dayandığını, onların ölkə rəhbərliyinin bu sahədə islahatlar aparmaq cəhdlərinin qarşısını müxtəlif yolarla aldığını bəyan etmiş oldu.
Anti-korrupsiya tədbirləri sabotaj olundu, Asan Xidmət yarandı…
Hansı yollarla, bunu Prezident “dərinə getmək istəmədiyini” deyərək açıqlamadı. Ancaq hələ 2011-ci ildə Prezidentin təşəbbüsü ilə başlayan korrupsiyaya qarşı mübarizə tədbirlərini mühafizəkar dəstənin necə sabotaj etdiyindən məlumatlı olanlar üçün bunu təsəvvür etmək çətin deyil.
Həmin vaxt rüşvət və “paket” sisteminin ləğvinə qarşı birləşən mühafizəkarlar bir MƏRKƏZDƏN idarə olunurmuş kimi sabotajla - dövlət aparatının işini iflic etməklə, kütləvi istefa ərizələri yazdırmaqla prosesin dərinləşməsinin qarşısını aldılar, hətta əvvəlki vəziyyətin bərpa olunmasına nail oldular.

Yeri gəlmişkən qeyd edək ki, məhz bundan sonra Prezidentin təşəbbüsü ilə ölkədə əhaliyə xidmətdə rüşvətin olmadığı alternativ bir xidmətin – ASAN Xidmətin qurulmasına qərar verildi. 2012-ci ildə fəaliyyətə başlayan bu xidmətin əhatə dairəsinin genişləndirilməsi sayəsində mühafizəkar dəstənin əsas “silahlarından” biri əllərindən alındı. Piramida şəkilli, bir-birinə bağlı rüşvət zənciri qırıldı. Bu da digər sahələrdə islahatlar aparılmasına münbit şərait yaratdı.
Konstitusiya dəyişiklikləri: oliqarxların çökdürülməsinin yeni mərhələsi başladı
Ardınca, 2016-cı il Konstitusiya dəyişikliklərindən sonra Prezident Əliyev özünün ən yaxın silahdaşı Mehriban xanım Əliyevanı I vitse-prezident təyin etməklə, islahatlar kursunu daha da dərinləşdirdi. Vergi, sosial müdafiə, gömrük, nəqliyyat kimi mühafizəkar dəstənin maliyyə gücünü formalaşdıran sahələr onların əlindən alınaraq, bu sahələrin idarə edilməsi yeni təfəkkürlü gənc kadrlara həvalə edildi. Onların maliyə-bank sektorundakı əlləri “kəsildi”, əsas söz sahibi olduqları biznes sektorlarından sıxışdırılıb çıxarıldılar. Beləliklə, oliqarxların iqtisadi sabotajla islahatların qarşısını almaq imkanları əllərindən alındı.
Buna görə də oliqarxlar, Prezidentin müşavirədə qeyd etdiyi kimi, ikinci bir yola əl atdılar – şantaj, böhtanla gənc kadrları, dolayısıyla islahatları “baltalamağa” başladılar. Əlbəttə, onlara xidmət edən partiya, QHT rəhbərləri, iş adamları və medianın vasitəsi ilə..
“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”, –deyə Prezident bunu bütün ictimaiyyətə açıq şəkildə bəyan etməkdən çəkinmədi.
Yeni mərhələ: oliqarxik sistemin bütün ünsürləri ilə iplər tam qoparılır
Bununla da, Prezident oliqarxların şantajlarına boyun əymək niyyətində olmadığını, mühafizəkar dəstənin – oliqarxik sistemin bütün ünsürləri ilə ipləri tam qoparmağa hazır olduğunu elan etmiş oldu.
“Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”, – deyən Prezidentin sonrakı günlərdə atdığı addımlar verilən qərarın nə qədər qəti olduğunu ortaya qoydu. Artıq bu “cəbhənin” tam şəkildə nəzarətə alındığı nümayiş etdirildi…

Odur ki, mühafizəkarların yeganə ümidi yuxarıda qeyd etdiyimiz ikinci yola qalır…
Mühafizəkarlar yenə ən yaxşı bacardıqları yola əl atırılar
Qeyd edək ki, islahatlara, yeniliyə dirəniş göstərən qruplaşma ölkədə hər hansı sahədə onların maraqlarına toxunan dəyişikliklər həyata keçirilməsi ehtimalı yarananda, ölkənin demokratikləşməsinə doğru addımlar atılanda əsasən siyasi gərginliyi artırmağa cəhd edirlər. Ötən illər ərzində heç bir əsas və lüzum olmadığı halda hansısa müxalifət liderinə, funksionerinə, vətəndaş cəmiyyətinin təmsilçisinə və ya azad media orqanına hücumlar təşkil edilərək, ölkədə siyasi gərginliyin artırılmasına çalışıldığını az müşahidə etməmişik.
Prezidentin əfv etdiyi şəxsin qısa bir müddət sonra yenidən həbs edilməsinin, fərqli mövqe ortaya qoyan insanlardan düşmən obrazı yaradılmasının, onların linc edilməsinin məqsədi heç də hər zaman hakimiyyətə, dövlət başçısına xidmət məqsədi daşımayıb, bəzən sadəcə ölkədə qarşılıqlı nifrəti gücləndirərək, oliqarxik sistemin mövcudluğunu qorumaq olub.
Düzdür, İlham Əliyev ölkənin güc strukturlarında qəfil dəyişikliklər həyata keçirərək, birbaşa özünə sədaqətli şəxsləri vəzifəyə gətirməklə bu cür təxribatların qarşısını böyük ölçüdə aldı.
Ancaq mühafizəkar dəstənin bu istiqamətdəki imkanlarının tam ortadan qaldırıldığını iddia etmək mümkün deyil. Təsadüfi deyil ki, sistem dəyişikliyinə yönəlik islahatlara hazırlığın başlanılmasından, oliqarxların ard-arda vəzifədən uzaqlaşdırılmasından sonra bəzi çevrələrin radikallığı daha da artıb.
Məsələn, şübhə yoxdur ki, xaricdə “söyüş müxalifəti” adı qoyulan adamların internet televiziyalarında çox səviyyəsiz bir formada ölkə rəhbərliyinin hədəfə götürülməsinin, silahlı inqilab çağırışlarının arxasında hansısa ölçüdə elə Bakıdakı oliqarxlar da dayanır. O oliqarxlar ki, bu yolla siyasi, iqtisadi islahatların qarşısını almaq, özlərinin hələ də hakimiyyət üçün lazımlı olduğunu sübut etmək istəyirlər.
Oliqarxiq sistemdən ağır zərbələr alan müxalifət partiyaları onların maraqlarına xidmət edir?
Nə qədər qəribə də olsa, illər uzunudur ki, məhz bu sistemdən ağır zərbələr alan bəzi müxalifət partiyaları da ölkədə mitinqlərə start verməklə, razılaşdırılmamış aksiyalar keçirməklə onların maraqlarına xidmət edən addımlar atmış olurlar. Bunu bilərəkdən edirlər, yoxsa bilməyərəkdən, demək çətindir. Ancaq faktdır ki, hazırda ölkədə qarşıdurmanın yaranmasına xidmət edən hər bir addım köhnə sistemin qurucularının və tərəfdarlarının maraqlarına xidmət edir.

Əlbəttə, mitinq keçirmək, kütləvi aksiyalarla hakimiyyətə və cəmiyyətə öz gücünü nümayiş etdirmək, tələblərini səsləndirmək hər bir siyasi partiyanın konstitusion haqqıdır. Ancaq indiki dövrdə bunu etmək, sadəcə doğru deyil, dövlətin və xalqın maraqlarına uyğun hesab oluna bilməz. Niyə?
Əvvəla, hakimiyyətdəki mövqeyini, əvvəlki imkanlarını itirsələr də, hələ də maliyə gücünü, vaxtilə vəzifəyə yüksəlməsinə, varlanmasına kömək etmiş olduqları yüzlərlə, minlərlə şəxsə təsirini saxlayan oliqarxiq sistemin əsas fiqurları və ya fürsətdən istifadə edən maraqlı xarici kəşfiyyatlar bu aksiyalarda təxribatlar törədə, ölkəni qanlı qarşıdurmalara sürükləyə bilərlər.
Bundan sonra ölkədə hansı vəziyyətin yaranacağını, yaxud yaradılacağını təsəvvür etmək çətin deyil. Yəni, indiki vəziyyətdə etiraz aksiyalarının, xüsusən də razılaşdırılmamış aksiyaların keçirilməsi ÖLKƏ ÜÇÜN RİSKLİDİR, Azərbaycan dövlətinı çox ağır bədəllər ödəmək məcburiyyətində qoya bilər. Bir dəfə daxili qarşıdurmanın şiddətlənməsinin nəylə nəticələndiyini görmüşük – ölkə, öz ərazisinin 20 faizini faktiki olaraq itirdi. Odur ki, hər kəsin Azərbaycanı yenidən belə bir duruma salamağa çalışan xarici və daxili qüvvələrn mövcudluğunu nəzərə alaraq, sonunu görmədiyi addımlardan çəkinməsi lazımdır.
İkincisi, indi keçirilən aksiyaların xalqın hakimiyyətə olan münasibətini ifadə edəcəyini iddia etmək də mümkün deyil. Çünki kadr islahatları nəticəsində gücünü, mövqeyini itirən oliqarxik sistemin parçaları da prosesdən narazı olduğundan, indi müxalifətin təşkil etdiyi aksiyalarda onların gizli dəstəyi ilə iştirakçı sayının nominal artımı müşahidə oluna bilər. Ancaq onların yeganə məqsədi ölkədə islahatları durdurmaq, hətta köhnə vəziyyəti bərpa etməyə nail olmaqdır.
Yəni, indiki vəziyyətdə müxalifətin aksiyalar keçirmək cəhdi sadəcə oliqarxların maraqlarına xidmət edə bilər. Bu baxımdan, əgər müxalifətin hədəfi həqiqətən də ölkədə nələrinsə müsbətə doğru dəyişməsidirsə, onda islahatların davam etdiyi müddətdə mitinqlərə ara verdiyini bəyan etməsi ən doğru addım olardı.

Fikrimizcə, qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alaraq, həmin dövrə qədər təşkilatlanmağın qayğısına qalmaq, öz gücünü qoruyub saxlamaq, hakimiyyət daxilindəki mühafizəkar dəstənin “təmizlənməsinə” qədər “taym aut” götürmək, həm Azərbaycan dövlətinin, elə həm də müxalifətin özünün maraqları baxımından ən düzgün seçim olardı.
Məhz parlament seçkilərinin necə keçirilməsi, Azərbaycanda başlanan kadr dəyişikliklərinin və iqtisadi islahatların siyasi islahatlarla davam etdirilib-etdirilməyəcəyini, yəni SİSTEM dəyişkliyinin baş verib-verməyəcəyini göstərəcək.
Əgər doğrudan da hakimiyyət islahatlar kursuna sadiqdirsə, ölkədən mühafizəkar sistemin bütün qalıqlarını silib atmaq niyyətindədirsə, parlament seçkiləri də böyük ölçüdə demokratik şəkildə keçiriləcək. Hakimiyyətin seçkilərə saxtakarlığa ümid edən, məddahlıqdan başa heç bir özəlliyi ilə seçilməyənlərlə deyil, namizəd olduğu bölgədə tanınan, insanların inamını, hörmətini qazanan, seçicilərdən səs ala biləcək şəxslərlə qatılması bunun ilk göstəricisi olacaq.
Bunu təbii ki, həm də müxalifət təmsilçilərinin dairələrdə normal şəkildə təbliğat aparmasına, seçkilərdə qalib gələnlərin parlamentə düşməsinə mane olunub-olunmaması da göstərəcək.
İslahatların dərinləşəcəyinə dair bəyanatlar proseslərin təxminən bu istiqamətdə davam edəcəyini, Milli Məsclisin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağına ümid yaradır. İqtidar deputatlarının səviyyəli, nüfuzlu şəxslərdən təşkil edilməsi, müxalifətin Milli Məsclisə buraxılması Azərbaycanda siyasi mübarizənin meydanlardan parlament divarlarının arasına keçməsinə gətirib çıxarar. İqtidar-müxalifət mübarizəsinin sivil müstəviyə daşınması, iki tərəf arasında düşmənçiliyin normal siyasi rəqabətə çevrilməsi həm ölkənin gələcəyi, həm də Qarabağ məsələsi, daxil problemlərin həlli baxımından alternativsiz seçimdir.

Əlbəttə, burada əsas məsuliyyət və görüləcək işlər hakimiyyətin yeniləşən komandasının, o cümlədən yeni güc nazirlərinin üzərinə düşür. Ancaq müxalifətin də münasibətlərin sivil müstəviyə daşınması üçün atmalı olduğu addımlar az deyil. Hakimiyyətə qarşı düşmənçiliyə söykənən təbliğatdan imtina olunması, “söyüş müxalifəti”, silahlı inqilaba çağıranlarla hər hansı bağlılığın olmadığının rəsmən bəyan edilməsi, qisasçılıq mövqeyində olanlarla yolların ayrılması, aparılan islahatlara, kadr dəyişikliklərinə obyektiv qiymət verilməsi bu istiqamətdə müxalifətdən gözlənilən addımlardır.
Qəbul və etiraf etmək lazımdır ki, məhz Prezident Əliyev və onun ən yaxın silahdaşı xanım Əliyeva apardıqları AĞILLI SİYASƏT nəticəsində Azərbaycanda uzun illər ərzində mövcud olan və ölkənin əsas probleminə çevrilən oliqarxik sistem sıradan çıxarılmaqdadır.
Belə demək mümkünsə, Azərbaycanda hakimiyyətin içəridən dəyişilməsi prosesi gedir. Ölkə rəhbərliyinin nəzarəti altında hakimiyyət mühafizəkarlardan alınaraq, yeni təfəkkürlü gənclərə ötürülür. Yəni, tez-tez vurğulandığı kimi, ölkədə “yuxarıdan inqilab” baş verməkdədir.
Ölkənin işıqlı gələcəyi üçün bu prosesin uğurla başa çatması çox əhəmiyyətlidir. Odur ki, oliqarxik sistemin son qalıqlarının təmizlənməsi prosesinin önünü kəsə biləcək bütün addımlardan qaçmaq, qansız-qadasız başa çatdırılmasıa dəstək vermək zəruridir. Azərbaycan dövlətinin bu günü və gələcəyi naminə…
İsmayıl İSMAYILBƏYLİ
Azpolitika.info
Xəbərin oxunma sayı : 898
Analiz
Xəbərlər
-
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası
-
Elektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək
-
Sabiq nazir külli miqdarda borca düşdü - FOTO
-
Bu idmançılar və idman mütəxəssisləri təltif edildi - SİYAHI
-
“Azərbaycanla ticarət dövriyyəsi tarixi rekord qıracaq“ - Çin səfiri
-
Smartfonlar Azərbaycana bu ölkələrdən gətirilib - SİYAHI
-
“Balaca Heydərin iki oğlu var“ - İlham Əliyev
-
“Az yatır, çox götür“ şüarı ilə dələduzluq - VİDEO
-
Maştağa sakinlərinin yol problemi niyə həllini tapmır? - VİDEO
-
Bakıda avtobus qəzaya uğradı: 2 nəfər ölüb, 9 nəfər yaralanıb
-
Azərbaycanın gələn il pul siyasəti necə tənzimlənəcək? - Mərkəzi Bank açıqladı
-
Hindistanın şirkəti Rusiya neftinin alışını bərpa edib - Trampa verilən vədi pozdu
-
Tacikistan-Əfqanıstan sərhədində atışma - Ölənlər var
-
Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Gələn il inflyasiya neçə faiz olacaq? - RƏSMİ
-
“Yer kürəsində artıq dörd fəsil mövcud deyil“ - Araşdırması
-
Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
-
Dünyanın ən bahalı idman klubları açıqlandı - SİYAHI
-
“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın” - Zeynəb Həsəni
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
ABŞ Aİ rəsmisinin ölkəyə girişini qadağan edib - Dövlət katibi açıqladı
-
Çay hazırlamaq üstündə dava: Qubada gəlin qayınanasının başını divara çırpdı
-
İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Novxanıda “ölüm yolu“: Piyada keçidi olmayan küçədə faciələr bitmir
-
AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümüdür
-
Qalib xalqın Qalib Lideri
-
Azərbaycan xalqının 22 il əvvəl etdiyi seçim zaman keçdikcə öz doğruluğunu tam təsdiqlədi
-
“Müdaxilələr olmasaydı, indi xoşbəxt idik“ - VİDEO
-
Bakıda avtomobillər bu küçəni keçəndə batır - VİDEO
-
Sumqayıtda zavodun tüstüsü evlərə dolur - VİDEO
-
İki il əvvəl itkin düşən şəxs qətlə yetirilibmiş - Şübhəli saxlanıldı
-
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTO
-
Bir ildə 5,4 milyonluq sifariş - Sirli “Avtoyoltikintiservis” kimindir?
-
Eyyubov qardaşlarının dəbdəbəli biznesi - FOTOLAR
-
Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub - İlham Əliyev
-
“Fənərbağça“ klubunun prezidenti saxlanıldı - Narkotik işi ilə bağlı
-
“ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin...“ - Hikmət Hacıyev
-
Sabah yağış və qar yağacaq - PROQNOZ
-
“44 günə Ermənistanı böyrü üstə qoyduq” - Prezident
-
Azərbaycanda inanılmaz HADİSƏ - cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?
-
Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı və onun rifahı dayanır
-
“Çin peyklərinin çəkilişləri Ukraynanın enerji obyektlərinə zərbələrlə üst-üstə düşüb“ - Zelenski
-
“İşğal dövründə Ağdam, demək olar ki, urbisidə məruz qalıb“ - Prezident
-
Nigeriyada taun, Monqolustanda dabaq xəstəliyi... - Hökümət hərəkətə keçdi
-
Türkiyədə həbslərin “yeni dalğası“ - Yenə xeyli tanınmış saxlanıldı
-
“Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı“ - Prezident
-
FHN-dən “Qafqaznet“ə daha bir tender - Bu il 2,5 milyonluq sifariş verilib
-
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı? - VİDEO
-
Prezident və xanımı Ağdam sakinləri ilə bir arada - FOTO/VİDEO
-
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Doğum günün təbrik edib
-
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə hökm oxundu - 2 il həbs
-
Azərbaycan südü hansı ölkələrdən alır, hansı ölkəyə satır? - Qiymətlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Zelenski sülh planının 20 bəndini açıqladı - İlk dəfə
-
AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?
-
İsrail Prezidenti İlham Əliyevə zəng etdi - Doğum günün təbrik edib
-
Azərbaycan dövlətinin nurlu sabahlarının təminatı
-
“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi
-
“Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil“ - İnfeksionist
-
İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak etdi - FOTOLAR
-
Bu şirkət nizamnamə kapitalını azaldıb - 14,6 milyon manat
-
Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə
-
Sosial media fenomeni axtarışa verildi - Narkotik alveri və fahişəlik ittihamı ilə
-
İş günlərinin yerləri dəyişməyib - “Həftəsonu məktəblərdə dərs olmayacaq“
-
“Putin hücuma cəsarət etməyəcək“ - Rutte 2 şərtini açqıladı
-
“Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil“ - Nazir müavini
-
Sığorta yığımlarının 69 faizi bir şirkətin payına düşüb - SİYAHI
-
Maskın “Stralink“i təhlükədə - Rusiyanın hədəfində ola bilər
-
“Rahatlığın Məkanı - Cold” sakinlərin rahatlığını pozub - poliklinikanın binası satıldı, yol isə…
-
Sabiq deputatın şirkəti fəaliyyətini dayandırıb - 1,5 milyon borcu var
-
Gecə 3-də qonşusunun evinə qanunsuz girdi - Bu cəza verildi
-
“Fənərbağça” prezidentinin ekspertiza nəticəsi açıqlandı - Kokain aşkarlandı
-
Putin Əliyevə məktub göndərdi:“Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir“
-
Rayonlarda otel qiymətləri 4300 manata kimi bahalaşıb - SİYAHI
-
Epşteynin “seçim meyarları” üzə çıxdı: istintaq sənədlərində dəhşətli detallar
-
Prezident İlham Əliyev Kərkicahan sakinləri ilə bir arada - VİDEO
-
Həbs edilən Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var?
-
Moskvada generalın qətlindən sonra yenidən partlayış oldu - İki yol polis öldü
-
92 yaşlı kişi ilə 89 yaşlı arvadı dəm qazından boğularaq öldü - Saatlıda
-
“Narahat olmayın gələn il daha çətin olacaq“ - Corcia Meloni
-
Türkiyədə təyyarə qəzası - Liviya Baş Qərargah rəisi həlak oldu
-
ABŞ-ın xüsusi təyinatlı bölmələri Venesuelaya yaxın ərazilərə yerləşdirilir - The Wall Street
-
Böyük Qayıdış davam edir:Xocavənd və Cəbrayıl rayonlarına növbəti köç karvanları yola salınıb
-
“Narkotik istifadə etsəm də, satmamışam” - Qalmaqal böyüyür
-
ABŞ Venesuela sahillərinə xeyli sayda qoşun göndərib - “The Wall Street Journal“
-
Mehriban Əliyeva İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib - FOTO
-
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
-
Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik verə bilməyəcək - Dəyişiklik
-
Zaur Axundov həbs oluna bilər - Adı siqaret qaçaqmalçılığında hallanır
-
Xətai rayonunda yeni bina tikintisi sakinlərin narazılığına səbəb olub - VİDEO
-
Yanvarın 28-də torpaq hərracı təşkil olunacaq: İlkin qiymətlər
-
Binəqədi rayonunda daha bir qanunsuzluq - Binanın 1-ci mərtəbəsi obyektə çevrilib
-
Avtomobil qeydiyyatında “qara şüşə“ problemi - BDYP-nin tələbi qanunidirmi?
-
Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir söylədi - VİDEO
-
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
-
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
-
Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTOLAR
-
“Kənd toyuqları”nı bu vannalarda rəngləyib satırlarmış - FOTOLAR
-
Deputatlar bu tarixdə toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
-
Şəhid bulağından oğurluq edərkən kameraya düşdü - VİDEO
-
Məsud Pezeşkian İlham Əliyevə zəng etdi - Doğum günün təbrik edib
-
Elşad Abdullayevə hökm oxundu - Məhkəmə iclası
-
Ağdam şəhərində yeni hotel istifadəyə verildi - FOTOLAR
-
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
-
Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib - Ədliyyə Nazirliyi açıqlama yaydı
-
Prezident Ağdamda açılış və təməlqoyma mərasimində - FOTOLAR
-
Şahin Şıxlinski, Səfərovlar və digərləri barəsində qərar verildi - MƏHKƏMƏ
-
İranlı narkotacir saxlanıldı - 41 kq marixuana aşkarlandı
-
Prezident İlham Əliyev Xocalıdadır - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ruslan Eyyubov həbs edildi - İttiham olunduğu maddələr
-
Prezident Kərkicahan sakinləri ilə görüşdü - FOTOLAR+VİDEO
-
Azərbaycan elektrik enerjisini neçəyə alıb, neçəyə satır? - Ölkələrin siyahısı
-
İlham Əliyev Xankəndidə açılışda - FOTOLAR
-
Əlixan Rəcəbov tütün reklamı etdi - Şirkət cərimələndi-Foto
-
Sabunçu rayonunda daha bir qanunsuz tikinti - İcazəni kimi verib?
-
Prezdent onların qonağı oldu - FOTOLAR
-
Müğənnilərin Yeni il qiymətləri: 15 min manata qədər artır (SİYAHI)
-
Yağış yağacaq, külək əsəcək - Sabaha olan hava proqnozu
TOP 10
ARXİV






