“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Adları qalmaqalda hallandırılan Pediatriya İnstitununun işçilərindən AÇIQLAMA

Tarix 11.08.20, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Dünən AzFakt saytında Elmi Tədqiqat Pedriatriya İnstitutunda bir qrup şəxsin dələduzluluğu barədə daxil olmuş məlumat əsasında yazı dərc edildi. 

Həmin yazıda qeyd etmişdik ki, Bakı şəhərinin Yasamal, Binəqədi, Nərimanov və digər Rayon Polis İdarələrinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilən şikayətlərdən sonra məlum olmuşdur ki, K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun direktoru Nəsib Quliyevin yaxın qohumları olan Nazim Hümbətov, Zərifə Hümbətova, Natavan Hümbətova, Türkan Məmmədova, Hicran İsmayılova, Rza Məmmədov və Əfruzə Cəbiyeva, həmçinin K.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun işçiləri Lalə Mövsümova, Şuşaxanım Cəfərova, Xatirə Tahirova, Sənubər Quliyeva və Səbinə Mansurova tərəfindən çoxsaylı insanlara qarşı etibardan sui-istifadə etməklə törədilmiş dələduzluq cinayətləri, bu cinayətlərin həyata keçirilməsi zamanı əllərində olan imkanlardan istifadə edərək həyata keçirdikləri hədə-qorxu ilə tələb etmə cinayətləri, vəzifəli şəxsin adından istifadə etmə və digər cinayət əməlləri törədilmişdir. 

Məlumatda bildirilirdi ki, hazırda hüquq mühafizə orqanlarında Elmi Tədqiqat Pedriatriya İnstitutunda baş verən cinayətlə bağlı araşdırma aparılır.

AzFakt.com-un yaydığı məlumatdan sonra yazıda adı keçən Elmi Tədqiqat Pedriatriya İnstitutunun işçiləri saytımızla əlaqə yaradaraq məsələyə münasibətlərini bildirdilər. 

Yazıda adı keçən Zərifə Hümbətova, Xatirə Tahirova, Şuşaxanım Cəfərova və Sənubər Quliyeva bildirdilər ki, “verilən məlumat düz deyil və zərəçəkən tərəfik”. Tibb bacısı Zərifə  Hümbətova yazıda adları çəkilənlərin hamısının zərəçəkmiş şəxs olduğunu və tibb bacısı Məmmədova Günay Ənvər qızı tərəfindən onlara qarşı dələduzluq edildiyini bildirdi. Zərifə Hümbətova qeyd etdi ki, Günay Məmmədovanın əməlləri barədə Yasamal Polis İdarəsinə, Korrupsiyaya Qarşı mübarizə İdarəsinə və digər hüquq mühafizə orqanlarına şikayət ediblər. 

Qeyd edək ki, Elmi Tədqiqat Pedriatriya İnstitutunun bir qrup işçisinin qabaqcadan əlbir olaraq dələduzluq etmələri ilə bağlı saytımıza daxil olan digər məlumatlarla bağlı araşdırmalarımız davam edir. 







Xəbərin oxunma sayı : 2407




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap