“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Agentlkdə 213 minlik tender: “Rabitəbank”ın əsas səhmdarı necə qalib gəlib?

Tarix 02.11.24, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN – 
1400143091) olub.

“Meqa Sığorta” ASC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.

Bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilkdə 523 əməkdaşın bir illik könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 213 min 384 manat ödəyəcək.

Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün il ərzində ödəniləcək tibbi sığorta haqqı 408 manat olacaq. 

Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb.

ASC-nin nizamnamə kapitalı 23 000 000 manat təşkil edir.

“Mega Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.

1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.

Abdullayevin kürəkəni eyni zamanda “Faza” Mənzil Tikinti Kooperativi,  “Trust Holding” MMC  və “Black Sapphire” MMC-lərin də qanuni təmsilçisidir(Yeniavaz)



Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap