“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Almaniya polisi məscidlərə nəzarəti gücləndirdi - FOTO

Tarix 30.05.20, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada məscidlərin hücum təhdidləri almaları Federal Daxili İşlər Nazirliyini gücləndirilmiş iş rejiminə keçirib.

“Report”un Avropa bürosunun məlumatına görə, təhdidlərin haradan və kimlərdən gəldiyi bilinməsə də, məscidlərə qarşı ola biləcək hansısa hücumun qarşısını almaq məqsədi ilə ətrafda polis patrul xidməti daha da gücləndirilib.

Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, məscidlərlə bağlı sonuncu təhdid faktı Hessen federal əyalətinin paytaxtı Viesbaden şəhərində qeydə alınıb.

Naməlum şəxsdən(və ya şəxslərdən) məktub alan Diyanət İşləri, Türk-İslam Birliyinə (DİTİB) aid məscidlərdən biri ötən həftə cümə namazı vaxt müvəqqəti olaraq bağlanıb.

Məlumat üçün bildirək ki, hazırda Almaniyada 2800 məscid var. Onlardan 900-ü DİTİB-ə aiddir. Məscidlər tez-tez müxtəlif hücumlara məruz qalır. Əsasən radikal irqçilər tərəfindən edilən hücumlar zamanı məscidlərin qapısına kəsilmiş donuz başı atılır, qapı və pəncərələri sındırılır, satanizm və nasizm işarələri çəkilir.



Xəbərin oxunma sayı : 604




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap