Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Almaniyada Mertsə etimad çökür: Narazılıq rekord həddə çatdı

Tarix 07.06.26, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya kansleri Fridrix Mertsin fəaliyyətindən narazı olanların sayı rekord həddə çatıb.

Bu barədə INSA sosioloji institutunun "Bild" qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrinə görə, respondentlərin cəmi 15 faizi Fridrix Mertsin fəaliyyətini müsbət qiymətləndirib. Bu göstərici kansler üçün indiyədək qeydə alınmış ən aşağı səviyyədir. Aprelin sonu ilə müqayisədə dəstək səviyyəsi daha 4 faiz bəndi azalıb.

Eyni zamanda, sorğuda iştirak edənlərin 77 faizi Mertsin fəaliyyətindən narazı olduğunu bildirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 6 faiz bəndi artıb. Respondentlərin 8 faizi isə suala cavab verməkdə çətinlik çəkib.

Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyəti də vətəndaşlar tərəfindən aşağı qiymətləndirilib. Belə ki, respondentlərin yalnız 16 faizi hökumətin işindən razı olduğunu bildirib. Sorğu iştirakçılarının 78 faizi isə hökumətin fəaliyyətini mənfi qiymətləndirib.

Araşdırmada 1 005 nəfər iştirak edib. Sorğu iyunun 4-5-də keçirilib.

Tədqiqatın nəticələri göstərib ki, kanslerə və onun kabinetinə qarşı narazılıq hakim koalisiyanın tərəfdarları arasında da artır. Söhbət Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçicilərindən gedir.

"Öz seçicilərini belə inandıra bilməyən hökumət uğursuzluğa məhkumdur. Narazılığın miqyası yeni federal hökumətin fəaliyyətinin ikinci ilində adətən müşahidə olunan səviyyəni xeyli üstələyir", - deyə INSA-nın rəhbəri Herman Binkert bildirib.



Xəbərin oxunma sayı : 892




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap