Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycan neftinin yükləndiyi 1000-ci tanker Supsa terminalından yola salındı

Tarix 30.11.21, 9:08

Font ölçüsü : - / +
bitmap-img6


BP-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

"Report” xəbər verir ki, İtaliyaya yola düşən "Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 000 barel xam neft yüklənilib.

"Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”, - bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva deyib.

Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 000 barel təşkil edir.

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev deyib ki, istismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr ediləsidir.

Qeyd edək ki, AÇG üzrə iştirak payları aşağıdakı kimidir: "bp” (30.37%), "SOCAR” (25.0%), "MOL” (9.57%), "İNPEX” (9.31%), "Equinor” (7.27%), "ExxonMobil” (6.79%), "TPAO” (5.73%), "İTOCHU” (3.65%), "ONGC Videsh Limited (OVL)” (2.31%).

Xatırladaq ki, bp AÇG tərəfdaşlarının adından Bakı-Supsa adlanan Qərb İxrac Boru Kəmərinin (QİBK) və Qara dənizdə yerləşən Supsa terminalının əməliyyatçısıdır.



Xəbərin oxunma sayı : 904




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap