| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
Tarix 07.12.21, 14:45 |
|
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı - parlamentinin yaranmasından 103 il ötür.
"Report†xatırladır ki, 1918-ci ilin dekabrın 7-də saat 13.00-da Azərbaycan parlamentinin ilk iclası başlayıb.
1918-ci il mayın 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etməklə ilk parlamentli respublikanın əsasını qoyub. Həmin ilin sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin qurulmasından 3 ay sonra Bakının bolşevik-daşnaq işğalından azad olunması ilə Azərbaycan hökuməti Gəncədən Bakıya köçüb. Cümhuriyyətçilik prinsiplərinə sadiq qalan F.Xoyski hökuməti parlamentin çağırılması üçün hazırlıq prosesini başladıb. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü ilə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başlayıb. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürüb.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu barədə qərar qəbul olunub. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməli olub. Beləliklə, Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınıb. Qanunverici orqana Alman Milli Şurası 1, Yəhudi Milli Şurası 1, Gürcü Milli Şurası 1 və polyak komitəsi 1 nəfər nümayəndə göndərilməli idi. Bundan başqa, qanunda parlamentə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin üzvlərinin deputat toxunulmazlığı vardı.
Dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşı parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşı səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb.
Xatırladaq ki, hökumət və parlamentin çox ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayıb. 1918-ci ildə Xalq Maarif Nazirliyi yaradılıb ki, onun da əsas məqsədi ölkədə savadlılığın yüksək səviyyəsini təmin etmək və dəstəkləmək, xalqın mədəniyyətini təbliğ etmək olub. Nazirlik sayəsində ölkənin hər yerində məktəblər, gimnaziyalar, qızlar üçün məktəblər, uşaq bağçaları, qısamüddətli müəllim hazırlığı kursları, kitabxanalar açılıb, kənd yerlərində xəstəxanalar və feldşerlər şəbəkəsi yaradılıb, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılıb. Bu baxımdan 1919-cu il sentyabrın 1-də parlamentin qəbul etdiyi "Bakı Dövlət Universitetinin yaradılması haqqında†qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət rəhbərlərinin xalq qarşısındakı ən mühüm tarixi xidməti olub. Azərbaycan xalqının Cümhuriyyət ideyalarının qorunub saxlanmasında və müstəqilliyə yenidən nail olunmasında Bakı Dövlət Universiteti əvəzsiz rol oynayıb.
Ölkədə elmin və təhsilin inkişafına xüsusi diqqət yetirən parlament bu sahədə milli kadrların hazırlanmasının sürətləndirilməsi üçün böyük səylər göstərib. Hökumətin təklifi əsasında ölkə parlamenti Azərbaycan gənclərindən 100 nəfərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi haqqında qanun qəbul edib. Parlamentin xaricə göndəriləcək gəncləri seçmək üçün M.Rəsulzadənin (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə) başçılıq etdiyi beş nəfərdən ibarət xüsusi müsabiqə komissiyasının yaradılması bu işə nə qədər böyük diqqət yetirildiyini göstərir. Komissiyanın qərarı əsasında 45 nəfər ali təhsil almaq üçün Fransaya, 23 nəfər İtaliyaya, 10 nəfər İngiltərəyə, 9 nəfər Türkiyəyə göndərilib. Rusiyada təhsil almaq üçün seçilən 13 vətəndaş müharibəsinin başlaması ilə əlaqədar ora gedə bilməyib.

Yaxınlaşan xarici müdaxilə təhlükəsinin qarşısını almaq üçün Cümhuriyyət parlamenti və hökuməti gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün çoxlu işlər görüb. Parlament 1918-ci il dekabrın 28-də Paris Sülh Konfransına parlamentin sədri Əlimərdan Topçubaşının başçılığı ilə xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edib. Azərbaycan nümayəndə heyəti böyük çətinliklərin öhdəsindən gələrək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olub.
Azərbaycan parlamentinin və hökumətinin daim diqqətini çəkən ən mühüm məsələlərdən biri də yaxın qonşularla münasibətlər məsələsi olub. Gürcüstanla münasibətlər gərgin işlərdən sonra yoluna qoyulsa da, Ermənistan hakimiyyətinin böyük ərazi iddiaları ucbatından Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilməyib.
Türkəsilli qacar sülaləsinin idarə etdiyi İran ilə bir sıra saziş və müqavilələr imzalanıb və bu sənədlər parlament tərəfindən ratifikasiya edilib.
Parlamentdə ümumilikdə 270-dən çox qanun layihəsi təqdim edilib, onlardan 230-a yaxını qəbul edilib. Qanunların hazırlanması, müzakirəsi və təsdiqində 11 fraksiya və qrupun deputatları iştirak edib.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentində 11 komissiya fəaliyyət göstərib: — Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Müəssislər məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, Mandat komissiyası, Hərbi işlər üzrə komissiya, Aqrar məsələlər üzrə komissiya, Sorğular üzrə komissiya, Təsərrüfat-sərəncamverici məsələlər üzrə komissiya, Ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Fəhlə məsələləri üzrə komissiya və Nəşriyyat-redaksiya komissiyası. Komissiyalar parlamentin ümumi iclasında parlament fraksiyaları üzvlərindən təşkil olunub. Komissiyalara onun üzvləri arasından seçilmiş sədrlər rəhbərlik ediblər.
Qeyd edək ki, parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)†əsasında idarə olunub.
Azərbaycan Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadə ölkənin ilk qanunverici orqanın fəaliyyətini belə şərh edib:
"Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idiâ€.
Xəbərin oxunma sayı : 430
Hadisə
Xəbərlər
-
Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?
-
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
-
“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ
-
“Azərbaycan Restaurants“ audit tələbini yerinə yetirmədi - Cərimə olundu
-
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - FOTOLAR
-
Bakıda ilin ən uzun gecəsi olacaq - Tarix açıqlandı
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
-
Yol-nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? - Rəsmi məlumat
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran ABŞ-də “çirkli bomba” partlatmağa hazırlaşır - CNN
-
Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi
-
Bu şəxslərə 70 milyonluq dəstək: 600 mənzil və avtomobillər
-
Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı - VİDEO
-
“ATA Tinqçilik“in 37 min avroluq işi: Direktorun ölkədən çıxışına “stop“ qoyuldu
-
Din xadimləri ilə bağlı yayılan məlumatlar barədə - Xəbərdarlıq
-
“Türkiyəyə bir də zibilli ayağını basmayacağını bəyan edir...“ - Deputatdan sərt açıqlama
-
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
-
Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir - Hansı qurumlar bağlanacaq?
-
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad
-
Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - FOTO
-
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
-
Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
-
Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü
-
Yollarda faciəvi statistika: 9 ayda 500 nəfər ölüb
-
Dərsliklər niyə narazılıq yaradır? - Nazirlik ictimaiyyətin passivliyini əsas gətirdi
-
Azərbaycana 314 milyon dollarlıq smartfon idxal edilib - Ən çox hansı ölkədən gətirilib?
-
Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?
-
Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb
-
Prokuror cəza istədi, məhkəmə bəraət verdi - Bakıda səs-küylü dələduzluq işi
-
Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı - VİDEO
-
Nazir generallara ali hərbi rütbələrini təqdim etdi - FOTOLAR
-
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
-
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
-
İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT
-
Türkiyədə Sözcü TV-də əməliyyat keçirilib - Kanala qəyyum təyin edilib
-
Bülbülə gölündə bənd yarıldı: Evlər su altında qaldı (VİDEO)
-
Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
-
“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
-
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar
-
Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
-
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi
-
Azərbaycanda Milli Dirçəliş Günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür (VİDEO)
-
Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz - Diqqət
-
Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - Fotolar
-
Saxta “İvanovka” məhsulları istehsal edən sex bağlandı - VİDEO
-
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək - XƏBƏRDARLIQ
-
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
-
“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
-
“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər
-
“Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir“ - Tramp
-
“Boranı” restoranında qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar - Xitam verdildi
-
TRIPP layihəsi Tehranda narahatlıq yaradıb - İran Ermənistanı hədələyir
-
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir
-
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün şok qərar
-
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
-
Azərbaycanın 12 Milli Qəhrəmanı sağdır - SİYAHI
-
“Kristal“da gizli rəqəm OYUNU - Deputatın oğlu vətəndaşları aldadır?
-
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir
-
Avropa İttifaqından Kiyevə rekord dəstək: Ukraynaya 8 milyard avro ayrıldı
-
FHN-ə məxsus 21 nəqliyyat vasitəsi cəmi 27 min manata satıldı - SİYAHI
-
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü - Amma gör kimi məhkəməyə veriblər!
-
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır - Daha bir təyyarədaşıyan göndərdi
-
Hər 100 manatın 65 manatı... - Yeni rəqəm açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Minimum əməkhaqqı bu qədər olacaq - Əhaliyə şad xəbər
-
Ayın 17-də qar yağacaq - 10 dərəcə şaxta olacaq
-
Kirayədə qalanların bilmədiyi qayda - Bu pulu kim ödəməlidir?
-
Plastik cərrahiyyə sertifikatı olmayan Səkinə Xudiyeva cərimələndi - Şikayəti rədd edildi
-
Nazirliklərdə və icra hakimiyyətlərində yüksələn qaliblərin SİYAHISI
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Bu marşrutun hərəkət sxemi dəyişdirildi - Sərnişinlərin nəzərinə!
-
Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
-
Milli Qəhrəman Ehtiram Əliyev dəfn edildi - FOTOLAR
-
Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər AYD-dən narazılıq edirlər
-
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
-
Aİ-95 istehsalı 2,9 dəfə azalıb - SOCAR-ın açıqlamasından 2 il ötür…
-
“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı - DETALLAR
-
Xəzərin sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Xidmətinə həvalə olundu - FƏRMAN
-
Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi - YENƏ UDUZDU
-
“Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil“ - Komitə sədri
-
Prokuror generalın qızınının həbsini tələb edir - Protest verdi
-
Azərbaycanda 10 il müddətinddə qiymətlər nə qədər artıb? - Müqayisə
-
Son 10 ildə avtomobillərin sayı 33, yanacağa çəkilən xərc isə 74 faiz artıb – İnfoqrafika
-
Etibar Pirverdiyev özünə 55 min manat maaş yazdırırmış - MƏHKƏMƏ İŞİ
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
-
Milli Məclisdə büdcə müzakirələri - Hökumət üzvləri parlamentdə
-
Vəkil Elçin Əmirov həbs edildi - Dələduzluq və hədə-qorxu (FOTO)
-
Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO
-
Ağır xəstə olsa da əlillik sənədləri qəbul edilmir - VİDEO
-
Şahdağa 20 sm qar yağıb - Faktiki hava
-
İki rayonda əməliyyat: Saxlanılanlar var
-
Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
-
Nərmanov rayonunda səkinin genişləndiriməsi işlərini çətinləşdirdi - VİDEO
-
Tibb universitetinin qız tələbəsi yataqxanada hansı şəraitdə həyatını itirib? - VİDEO
-
DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu
-
Ağ Ev uğrunda mübarizə qızışır - Vensin əsas rəqibi Rubio ola bilər
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - VİDEO
-
Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar edilir - Rəsmi
-
Məcnun Məmmədov ABŞ-də işgüzar səfərdədir - FOTO
-
Donbasa qarşı NATO - ABŞ-dan yeni təklif
-
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
-
8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Bellinqem “Real Madrid”lə müqaviləsini uzatdı - AS
-
Aparılan meyvə şirəsi və enerji içkisi deyil, metamfetamin imiş - FOTO
-
Maşından 6 min pul oğurladı - Polis saxladı
-
Oğluna qız qaçıran anaya 10 il cəza kəsdilər - İki oğlu isə...
-
Kamran Əliyev argentinalı həmkarları ilə görüşdü - Fotolar
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbsdə qaldı - Məhkəmə qərarı
-
Salahdan yeni rekord - Ən çox qol vuran oyunçu oldu
-
Bayram Səfərovun bacısı baş direktor vəzifəsindən çıxarıldı - Şöbə müdiri olacaq
-
“Aylıq xərclərimizin 53-55%-i ərzağa və dərmana gedir“ - İqtisadçıdan AÇIQLAMA
TOP 10
ARXİV






