“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir? - VİDEO

Tarix 30.01.23, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycana 74 577 avtomobil idxal edilib. Bu da 2021-ci illə müqayisədə 16 617 ədəd və ya 18,2% azdır.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə qiymətləndirici Sərxan Qədirov deyib ki, əvvəl ay ərzində 5-10 avtomobil gətirən şəxslər hazırda bu sayı 2-3 ədədə endiriblər. Hətta ölkəyə nəqliyyat vasitələrinin gətirilməsi işini dayandıranlar da var.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, gözləniləndən fərqli olaraq, ölkəyə idxal olunan kiçik mühərrikli avtomobillərin sayında da azalma var. Bunun başlıca səbəbi Rusiyada istehsalın dayandırılmasıdır.

 Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan bazarında Rusiya istehsalı olan nəqliyyat vasitələri geniş yer tuturdu. Hazırda isə həmin ölkədən idxal tam dayanıb.

Eldəniz Cəfərov deyib ki, Avropa və Asiyadan isə dizel və benzin mühərrikli avtomobillərin gətirilməsində ciddi fərq müşahidə edilmir. Təkcə hibrid və elektromobillərin idxalında azalma özünü göstərir. Buna səbəb kimi də istehsalın azalması göstərilir.

Eldəniz Cəfərov onu da əlavə edib ki, Rusiyadan avtomobil idxalının dayandırılması daxili bazara ciddi təsir etməyəcək. Çünki həmin nəqliyyat vasitələrinin yerini Çin istehsalı olan avtomobillər tutur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Xəbərin oxunma sayı : 475




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap