Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycana təhlükəli arılar gətirilib - VİDEO

Tarix 27.03.26, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistandan Azərbaycana bir TIR gənələrlə yoluxmuş arılar gətirildiyi iddia olunur. İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir. Beynəlxalq ticarətdə bu gənənin arı ailələri, paket arılar və ana arılar vasitəsilə digər ölkələrə keçmə riski yüksəkdir.

Xezerxeber.az-ın məlumatına görə, arıçılıqla məşğul olan şəxslər bildirirlər ki, digər ölkədən idxal edilən gənəsi olan arılar yerli arılar arasında xəstəlik yayır və kütləvi tələfata səbəb olurlar.

Özbəkistandan gətirilən arıların aparıldığı İsmayıllı rayonundakı arıçılar isə bildirirlər ki, digər rayon sakinləri tərəfindən Özbəkistandan gətirilən arı ailələri heç bir rəsmi sənəd və sertifikat olmadan satışa çıxarılıb.

Məsələ ilə bağlı Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, rəhbərli etdiyi qurum tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.

Onun sözlərinə görə, arıların idxalının qarşısının alınması ilə bağlı artıq aidiyyəti qurumlara müraciət olunub.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, məsələ araşdırılır və əlavə məlumat veriləcək.





Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap