Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda əmək haqları artırılacaq - RƏSMİ

Tarix 08.09.21, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Ortamüddətli dövr (2022-2025-ci illər) üzrə xərclərin proqnozlaşdırılması zamanı əsas götürülən amillər açıqlanıb.

AzFakt.com-un xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə qeyd edilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.

Ortamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı aşağıdakı amillər əsas götürülüb:

1. Əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması;

2. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, sosial ödənişlərin indeksasiyası, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, müharibə veteranlarının, əlil və şəhid ailələrinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, insanların sağlamlığının qorunması, pandemiyanın xarakterindən və kollektiv immunitetin səviyyəsindən asılı olaraq vaksinasiya tədbirlərinin davam etdirilməsi;

3. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işləri, Böyük Qayıdış Planına uyğun olaraq iqtisadi reinteqrasiya çağırışları fonunda bölgədə daha müasir və innovativ formatda təşkil olunacaq iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası.(report)



Xəbərin oxunma sayı : 2170




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap