“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda işıqpulu bahalaşacaq? - Rəsmi açıqlama

Tarix 24.05.23, 8:36

Font ölçüsü : - / +
bitmap-img6


Yeni təsdiqlənən ``Elektroenergetika haqqında`` qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olmayacaq. Əksinə, bu qanun hazırda istehsalı və satışı yalnız azərenerji və azərişıq tərəfindən həyata keçirilən enerji sektorunda özəl iştirakçıların fəaliyyət göstərməsinə şərait yaradacaq.

Bu baarədə Energetika Nazirliyindən verilən açıqlamada deyilir.

Nazirlikdən bildirilib ki, yeni qanuna əsasən stansiya qurub enerji depolayan özəl şirkətlər istehlakçılara elektrik enerjisi sata biləcəklər.

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov "Xəzər Xəbər"ə deyib ki, bu qanunda elektrik enerjisinin pərakəndə qiymətinin sərbəstləşməsindən söhbət getmir. Burada tariflər yenə də dövlət tərəfindən tənzimlənəcək.

Şöbə müdrinin sözlərinə görə, yeni qanun xüsusilə böyük müəssisələrə enerji təminatçısını seçmək şansı verəcək. Onlar enerjini ən ucuz satan təminatçı ilə müqavilə bağlaya biləcəklər.

Bütövlükdə, bazarda müstəqil enerji istehsalçılarının artması keyfiyyətin də yüksəlməsinə səbəb olacaq.

Qeyd edək ki, yeni qanun 2024-cü ildən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq ediləcək.






Xəbərin oxunma sayı : 424




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap