| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Azərbaycanda icbari sığorta bazarı da çöküb: Səbəb bəllidir
Tarix 19.04.26, 10:50 |
|
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% azdır.
Eyni dövrdə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat olub ki, bu da illik müqayisədə 27,3% artım deməkdir. Nəticədə sığorta yığımları ilə ödənişlər arasındakı nisbət daha da sıxlaşıb: hər 100 manat sığorta haqqına qarşı 62,7 manat ödəniş edilib. Bir il əvvəl bu göstərici 34,7 manat idi.
Ümumi sığorta bazarında da oxşar dinamika müşahidə olunur. Yanvar-fevral aylarında 16 sığorta şirkəti tərəfindən 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu da 1,3% azalma deməkdir. Ödənişlərin həcmi isə 148,800 milyon manata yüksələrək illik müqayisədə 37% artıb.
Beləliklə, ümumi bazarda hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş kimi geri qaytarılıb. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub. Maraqlıdır, icbari sığorta bazarının kiçilməsinin səbəbi nədir?
"Yığımlar kəskin şəkildə azalıb”
Sığorta eksperti İlkin Nəcəfov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, əsas səbəb daşınmaz əmlakın icbari sığortası üzrə yığımların ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalmasıdır. Onun sözlərinə görə, keçən ilin ilk iki ayı ilə müqayisədə bu il yığımlarda beş dəfədən çox azalma qeydə alınıb: "Bu azalmanı şərtləndirən əsas səbəb dövlət və dövlətə bağlı təşkilatlara məxsus daşınmaz əmlak üzrə icbari sığorta müqavilələrinin yenilənməsində yaranan gecikmələrdir. Müqavilələr yeniləndikdən sonra bu fərq müəyyən qədər bərpa olunacaq”.
"Avtomobil sahəsində yığımlar artacaq”
Ekspert qeyd edir ki, avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlarda da oxşar dinamika müşahidə olunur. Hətta bu seqmentdə 2-3 faiz həcmində artım qeydə alınıb: "Sığorta bazarında zərərlilik səviyyəsinin yüksək olması müəyyən çağırışlar yaradır. Xüsusilə taksi fəaliyyəti və kiçik həcmli nəqliyyat vasitələri üzrə zərərin yüksək olması səbəbindən bəzi sığorta şirkətləri avtoicbari sığorta bazarında aktiv fəaliyyət göstərməkdən çəkinir. Bununla belə, icbari sığorta şərtlərinə əsasən, şirkətlərin müraciətlərə imtina etmək hüququ olmadığından müqavilələr məcburi şəkildə bağlanır. Bununla yanaşı, İcbari Sığorta Bürosu və Mərkəzi Bank tərəfindən taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üzrə bonus əmsalının 1,5 dəfə artırılması nəzərdə tutulur. Bu dəyişiklik Bakı şəhəri üzrə minimum 25 min avtomobili əhatə edərək sığorta haqlarının artmasına səbəb olacaq və bazarda yığımların müəyyən qədər yüksəlməsinə gətirib çıxaracaq”.
"Azalma həyat sığortası seqmenti ilə bağlıdır”
Sığorta eksperti Pərviz Quliyev isə bildirir ki, icbari sığorta bazarında müşahidə olunan təxminən 29 faizlik azalma əsasən həyat sığortası seqmenti ilə bağlıdır. Onun sözlərinə görə, söhbət qanunvericilikdə "istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta” kimi qeyd olunan, praktikada isə işəgötürənin məsuliyyət sığortası kimi tanınan məhsuldan gedir: "Bu sığorta növü həm dövlət, həm də özəl müəssisələr üçün məcburidir və işçilərin iş vaxtı ərzində baş verə biləcək risklərini əhatə edir. Əvvəlki illərdə dövlət müəssisələri bu sığorta növü üzrə ödənişləri ilin əvvəlində sığorta şirkətlərinə həyata keçirirdi. Lakin 2026-cı ildən etibarən tətbiq edilən dəyişiklik nəticəsində bu ödənişlər artıq sığorta şirkətləri vasitəsilə deyil, birbaşa sosial təminat sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən sığorta şirkətlərinin yığımlarında azalma qeydə alınıb. Hazırda özəl müəssisələr əvvəlki qaydada sığorta şirkətləri ilə işləməyə davam edir. Ümumilikdə isə bazarda müşahidə olunan azalmanın əsas səbəbi dövlət müəssisələrinin bu ödənişləri artıq sığorta şirkətləri üzərindən etməməsidir”.
Ödənişlərin artmasının səbəbi
Mütəxəssis bildirir ki, ödənişlərin artmasının səbəbi də bazarda paralel şəkildə müşahidə olunan bir neçə amillə bağlıdır. Xüsusilə, yaşam sığortası burada əsas rol oynayır: "Həyatın yığım sığortası məhsulu mövcuddur. Bu məhsul üzrə keçən ildən etibarən dövlət müəssisələrində yeni müqavilələrin bağlanması dayandırılıb. Lakin əvvəlki dövrlərdə bağlanmış müqavilələr üzrə ödənişlər davam edir. Üç illik müqavilələrdə müddət başa çatdıqca ödənişlər həyata keçirilir. Ona görə də ödənişlərin artmasının səbəblərindən biri də məhz həyatın yığım sığortası üzrə aparılan ödənişlərdir. Konkret olaraq iki məhsul üzrə dəyişiklik müşahidə olunur: birincisi, həyat sığorta şirkətlərində istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta üzrə yığımların azalması, ikincisi isə həyatın yığım sığortası üzrə ödənişlərin artmasıdır. Bu isə onu göstərir ki, həyat sığorta şirkətləri daha çox könüllü məhsullara fokuslanmalıdır. Bu məhsullar həyatın ölüm halından sığortası, kritik xəstəliklərdən sığorta və digər könüllü sığorta növləridir. Bu sığorta növlərinin daha çox təbliği, reklamı və maarifləndirilməsi həyata keçirilməlidir ki, həyat sığorta şirkətləri könüllü məhsulların satışını və gəlirlərini artıra bilsin. Bu çağırış yalnız həyat sığorta şirkətlərinə aid deyil. Qeyri-həyat sığorta şirkətləri də könüllü məhsulların satışını artırmaq üçün daha geniş maarifləndirmə və təbliğat fəaliyyəti həyata keçirməlidir”.
Risk nə qədər yüksəkdirsə...
P.Quliyev vurğulayıb ki, əslində sığorta haqlarının bahalaşması hansısa məhsulun bazardan çıxarılması ilə əlaqəli deyil: "Ümumilikdə sığorta haqlarının yüksək olması sığortalanan obyekt üzrə mövcud risklərin yüksək olması ilə bağlıdır. Məsələn, siz fərqli evləri sığortalaya bilərsiniz, amma əgər müəyyən bir ev üzrə risk daha yüksəkdirsə, həmin obyektə tətbiq olunan sığorta tarifi də daha yüksək müəyyən edilir və nəticədə sığorta haqqı daha çox olur. Ona görə də hazırda hansısa sığorta məhsulunun bazardan çıxması digər sığorta növlərində qiymət artımına səbəb olmur. Çünki faktiki olaraq həmin məhsul ümumiyyətlə satılmadığı üçün onun bazardan çıxması digər sığorta növlərinin qiymət dinamikasına təsir etmir”.
Xəbərin oxunma sayı : 103
Sosial
Xəbərlər
-
Güclü yağış yağacaq, şimşək çaxacaq, sel olacaq - Xəbərdarlıq
-
Serbiya Prezidenti Azərbaycana gələcək - Gələn ay
-
“Tramp İranın təqsirinin nə olduğuna cavab vermir“ - Pezeşkian
-
Bank kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb - Tam siyahı
-
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Venerada həyat Yer mənşəli ola bilər - Alimlər heyrətamiz nəticəyə gəlib
-
Sülh sazişinin tezliklə imzalanacağına ümid edirik - Hakan Fidan
-
Boş qalan mənzillərə qənim kəsilən oğrular - VİDEO
-
9 nəfərdə telefon aşkarlandı - İmtahandan çıxarıldılar
-
Meloni yaxın həftələrdə Azərbaycana səfər edə bilər - “Euronews”
-
Paşinyan arvadı ilə barışıb? - Yenidən bir yerdə görünüblər + VİDEO
-
Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
-
Tehran raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər - “The New York Times“
-
Ağ çörək sağlamlığa necə təsir edir? - Diyetoloqlar açıqladı
-
Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?
-
Maşın bazarında durğunluq: Maraq niyə azalıb? (VİDEO)
-
Niderland parlamentində Azərbaycana qarşı siyasi riyakarlıq - Video
-
Bəzi rayonlarda yağış yağıb - Faktiki hava açıqlandı
-
Xersonda avtomobilə zərbə endirilib - Ölən və yaralananlar var
-
Azərbaycanda icbari sığorta bazarı da çöküb: Səbəb bəllidir
-
Türkiyədə şagirdlərin telefonlarına nəzarət gücləndirilir: Xüsusi SIM-kartlar tətbiq olunacaq
-
“Yaponiya sənayesi nafta təchizatında fasilələr riski ilə üzləşir“ - Nikkei
-
“Dizə kimi palçığın içində evə gedirik“ - Problem niyə həll olunmur? (VİDEO)
-
Tramp İranın Xarq adasını ələ keçirmək əməliyyatını dəstəkləməkdən imtina edib - “The Wall Street Journal“
-
Elektromobil sahiblərinin nəzərinə: Çin istehsalı olan maşınlar daha çox risk altındadır
-
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
-
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa - Rəsmi
-
16 kq marixuana və 3500 metamadon həbi ilə yaxalandı - Əməliyyat
-
Qərb keçmiş Sovet respublikalarının Rusiya ilə münasibətlərini kəsməyə çalışır - Sergey Lavrov
-
“ABŞ-ın yeni təkliflərinə hələ cavab verilməyib“ - İran Ali Milli Təhlükəsizlik Şurası
-
“Leobank“dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...
-
Bakıda evlərdən 20 minlik silsilə oğurluq - Saxlanılan var
-
Fransız hərbçi öldürüldü - Makron “Hizbullah”ı günahlandırdı
-
Xırdalanda qətl hadisəsi - 27 yaşlı gənc saxlanıldı
-
Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - ARAŞDIRMA
-
Qızıl biznesinə görə 33 minini aldı - Məhkəmədə qaytardı
-
“İran donanması döyüşə hazırdır“ - Müctəba Xamenei
-
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - “Fərəcov da bizə kömək etmir...“
-
Bank borcunu ödəməyənlərlə bağlı YENİ QAYDA
-
Yer kürəsində maqnit fırtınası başlayıb - XƏBƏRDARLIQ
-
“Hörmüz boğazını keçməyə çalışan iki ticarət gəmisi atəşə tutulub“ - “Reuters”
-
Tahir Qədəşovun istirahət mərkəzi hərraca çıxarıla bilər - İş adamı üçün çəmbər daralır
-
Mehriban Əliyeva Antalyada paneldə iştirak etdi - FOTOLAR
-
Abdin Fərzəliyev jurnal satan şirkətdən ət alır - 96 000 manatlıq
-
Dünya çempionatının biletləri niyə bahadır? - Canni İnfantino
-
İranla bir-iki gün ərzində razılaşma gözləyirəm - Tramp
-
25 dərəcə isti olacaq - Sabahın havası
-
Bazarda kilosu 75-80 manata satılan təhlükə - FOTOLAR
-
Kartla ödəniş edənlərə pis xəbər - VİDEO
-
“ABŞ blokadası davam edənə qədər Hörmüz bağlı qalacaq” - SEPAH
-
Maskdan unikal təklif - Əhaliyə pul paylayın…
-
“Qərb bizi Rusiyaya qarşı qaldırır” - Lukaşenko
-
İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı - Paylaşım
-
ABŞ hökumətinə məxsus təyyarə uzun illər sonra Kubaya endi - Detallar
-
Güclü külək, yağış, sel gəlir - Nazirlik əhaliyə xəbərdarlıq etdi
-
Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq - Elçin Əmirbəyov
-
ABŞ İranın blokadasını keçməyə çalışan 21 gəmini geri qaytarıb - CENTCOM
-
General Məmmədov vəzifədən azad edildi - Əmr imzalanıb
-
Paytaxtda qorxulu vəziyyət: Bu evlər hər an dağıla bilər (VİDEO)
-
“Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır” - Ukrayna XİN
-
Bakıda təhlükə saçan yol: Sürücülər nə istəyir? (VİDEO)
-
“Azeri Light”ın qiyməti düşdü - Qara qızıl 104 dollara satılır
-
Tahir Qədəşovun istirahət mərkəzi hərraca çıxarıla bilər - İş adamı üçün çəmbər daralır
-
Gürcüstanda etiraz aksiyası - Soydaşlarımız maaşlarını ala bilmirlər
-
Azərbaycan və Aİ yeni ikitərəfli sazişi müzakirə etdi - Fotolar
-
Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər - TRAMP
-
Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər - FOTO
-
Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO
-
“Vaşinqton və Ankara sanksiyalar məsələsini tezliklə həll edəcək“ - Barrak
-
Birinci xanımlar Antalya Forumunda - FOTO
-
“Neftçi”dən üzr istəyirəm” - Rəşad Sadıqov
-
Prezident İlham Əliyev Ərdoğanla görüşdü - Antalyada (FOTO)
-
“İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb“ - Tramp
-
“Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir“ - Rəsmi İrəvan
-
Bəzi silahlar Avropaya gec çatdırılacaq - İrana görə...
-
İnsanlar ən çox hansı banklara əmanət yerləşdirirlər? - Tam siyahı
-
ABŞ İsrailin Livanı bombalamasını qadağan etdi - “Bəsdirin daha!”
-
“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev
-
Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vuruldu - RƏSMİ
-
“Türk Dövlətləri Təşkilatını gücləndiririk“ - Türkiyə Prezidenti
-
ABŞ İranla bağlı həmin sazişi nəzərdən keçirir - “Axios”
-
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır“ - Hakan Fidan
-
“ABŞ Baydenin dövründə dünyanın gülüş hədəfi idi“ - Tramp
-
Əli Əsədovun biznes və tikinti imperiyası - Nələr yoxmuş ki? (FOTOLAR/SİYAHI)
-
Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər - FOTOLAR
-
“Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb” – Prezidentin köməkçisi
-
Prezident Şahbaz Şəriflə görüşdü - Antalya (FOTO)
-
Bakıda kişi arvadını öldürərək evi yandırıb, sonra intihar edib - BİRGƏ MƏLUMAT
-
Nərə balığını Rusiyadan 2 manata, Yaponiyadan 57 manata alırıq - QİYMƏTLƏR
-
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin nümayəndələri ilə görüşdü - Fotolar
-
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb - RƏSMİ
-
“Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək“ - Çavuşoğlu
-
Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər - Hikmət Hacıyev
-
Türk məşqçi tarixə keçdi - Qələbəni Ukrayna xalqına həsr etdi
-
Zakir Həsənov hərbi hissələrdə görülən işlərlə tanış oldu - FOTOLAR
-
Bakıda məşhur aktyorun elmlər doktoru olan qardaşı qızı mənzilində ölü tapıldı - VİDEO
-
“ABŞ bu müharibədə qalib gələ bilməyəcək“ - Pezeşkian
-
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq “otkat“ işi imiş
-
Özəl bankların ümumi mənfəətinin 65%-i 2 banka məxsusdur - Tam siyahı
-
Prezident Antalyada həmkarları ilə görüşdü - FOTOLAR
-
Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı - Deputat
-
“Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir“ - Ali Məhkəmə
-
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb - FOTO
-
Beyləqanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu - Fotolar
-
Tramp İranla müharibənin bitməsi üçün daha çox kompromisə hazırdır - “Politico”
-
Hakan Fidan Suriya lideri ilə görüşdü - Antalyada
-
Azərbaycanın məhsul ixrac etdiyi Avropa İttifaqı ölkələri -TOP 10
-
Bağça müdiri azyaşlı övladının həyatını təhlükəyə atdı - Polis araşdırır
-
İntensiz yağışdan sonra Lökbatan yolu dağılıb, hərəkət çətinləşib - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 115 dollara satılır
-
“Çətin vəziyyətdəyik, qazımız yoxdur“ - Qubada kritik durum (VİDEO)
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
-
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir?
-
İnstaqramda bu gün bunlar paylaşıldı - FOTOLAR
-
Mbappenin ÇL-də etdiyini nə Ronaldu edə bilib, nə də Messi - Rekord reallaşdı
TOP 10
ARXİV






