Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Azərbaycanda nədən ət idxalı artır? - EKSPERT

Tarix 15.01.20, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu il ərzində Azərbaycana xarici ölkələrdən 79 milyon 448 min dollar dəyərində 51 min 546 ton ət idxal edilib.
 
AzFakt.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
 
İqtisadçı-ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan özünün ət ehtiyacını ödəyə bilmir:

"Çünki son illər Azərbaycana gətirilən ət məhsullarının həcmi çoxalıb. Həm diri mal-qaranın, həm də dondurulmuş ət məhsullarının ölkəyə gətirilməsi artır. Dondurulmuş ət və ət məhsulları əsasən dövlət satınalmalarında, məsələn, orduda və digər yerlərdə istifadə olunur. Amma həm də həmin ət məhsulları restoran və kafelərə də verilir. Amma diri mal-qaranın da Azərbaycana gətirilməsi artıb. Bu o deməkdir ki, özümüz ölkənin ət ehtiyacını təmin edə  bilmirik”.
Natiq Cəfərli bunun bir necə səbəbi olduğunu vurğulayıb:

"Son zamanlar ölkədə əhali artımı yüksəldiyindən ətə olan tələbat da artıb. Ölkəyə gələn turistləin də sayı çoxalıb, məsələn ötəl il Azərbaycana 3 milyon turist gəlib. Onların da istehlak etdiyi ət və ət məhsulları ümumi bazardan götürülür. Əsas səbəblərdən biri də yerli istehsal üçün yem bazasının zəifləməsidir. Yem üçün nəzərdə tutulan əkin sahələrinin bir qismində pambıq əkilir. Bu da yem bazasını olduqca zəiflətdi və bahalaşdırdı. Təbii ki, bütün bunlar mal ətinin satışına təsirsiz ötüşmədi. Yerli istehsal azalan kimi xarcdən idxal da artır”.



Xəbərin oxunma sayı : 697




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap