Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Beyləqanda Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edildi - FOTOLAR

Tarix 03.04.26, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Bu il qəhrəmanlıq salnaməsi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel döyüşlərinin 10-cu ildönümü tamam olur. Bu döyüşlərdə qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsi respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqanda da daim dərin hörmət və ehtiramla anılır.

“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və aidiyyəti şəxslər Aprel döyüşləri zamanı şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri işğaldan azad edilib. Dörd gün davam edən döyüşlər Azərbaycan ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş ruhunu bir daha nümayiş etdirib.

Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb və əldə olunan qələbə sonrakı uğurların, o cümlədən Vətən Müharibəsində qazanılan Şanlı Zəfərin mühüm təməlini təşkil edib.








Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap